Bazar günü günü, 22 noyabr 2026
     

Gürcüstan Azərbaycan üçün sərfəsiz qaz oyunlarını davam etdirir

Image


Qonşu Gürcüstan Azərbaycanla qaz məsələsində hələ də səmimi olmayan siyasət yürütməkdə davam edir. Hər halda, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladzenin açıqlamaları da təsdiq edir. Xatırladaq ki, bir neçə gün əvvəl o, Bakıda səfərdə olub və burada iki ölkə arasında qaz ticarəti əsas müzakirə mövzusu olub. Səfərdən sonra gözlənirdi ki, Gürcüstan qaz məsələsində, belə demək mümkünsə, Azərbaycana qarşı xəyanətkar mövqeyindən əl çəkəcək, lakin hələlik bu müşahidə olunmur.
Bakıya səfərinin yekununa dair açıqlama verən Kaxa Kaladze isə vurğulayıb ki, Gürcüstan hökuməti Cənubi Qafqaz boru kəməri vasitəsilə Azərbaycandan əlavə həcmdə təbii qaz almağa ümid edir. Nazir qeyd edib ki, Gürcüstan hökuməti 2011-ci ildən əlavə qaz həcmləri almaq xahişi ilə Cənubi Qafqaz boru kəməri konsorsiumuna müraciət edib, lakin dəfələrlə danışıqlar aparmaq barədə təkliflərinə yazılı şəkildə rədd cavabı alıb. Kaladzenin sözlərinə görə, hazırda danışıqlar olduqca fəal mərhələdədir, lakin razılaşma, hələ ki, əldə olunmayıb. O bildirib ki, Gürcüstan konsorsiumu razı sala bilsə, boru kəmərinin əlavə qaz həcmi nəql etmək üçün imkanları var.
Onun sözlərinə görə, danışıqlar müsbət nəticələnərsə, Gürcüstanın bu gün Rusiyadan almaq istədiyi qaz həcmlərinə ehtiyac qalmayacaq. Kaladze əlavə edib ki, bu gün söhbət Rusiyadan 300-400 milyon kubmetr qazın alınmasından gedir. Maraqlıdır ki, Cənubi Qafqaz boru kəməri konsorsiumunun bu dəfə gürcü tərəfinin xahişini yerinə yetirəcəyi gözlənirdi. Bu məsələdə Azərbaycan da maraqlı tərəf kimi çıxış edir və Bakı Gürcüstana əlavə 300-400 milyon kubmetr qazın satılmasını mümkün sayır. Yəni bu halda gürcü tərəfinin Rusiya ilə anlaşmasına ehtiyac yox idi. Bundan sonra Gürcüstanın baş naziri Georgi Kvirikaşvili də bildirdi ki, "Qazprom" mövzusu ölkəsi üçün bitib: "Bu məsələ bitdi, çünki söhbət hər hansı strateji danışıqlardan getmir. Söhbət bir sıra texniki xarakterli problemlərin həllindən gedirdi, ona görə də siyasi fərziyyələri davam etdirməyin tamamən əsassız olduğunu düşünürəm". Belə bir vaxtda isə bəlli olub ki, gürücü tərəfi heç də mövzuya son qoymayıb.
Kaxa Kaladze ruslarla təmasların əslində davam etdiyini bildirir: "Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlarımız davam edir və biz tezliklə bu şirkətlə razılaşma memorandumunu imzalayacağıq". O, "Qazprom"la razılaşma memorandumunun imzalanma vaxtının hələ müəyyən olunmadığını, amma imzalanmanın tezliklə baş tutacağını bildirib. Kaladze "Qazprom" şirkəti ilə Gürcüstan hakimiyyəti arasında heç bir problem olmadığını bildirib: "Bizim aramızda heç zaman problem olmayıb, amma müəyyən edilmiş memorandum var ki, biz hər il onu yeniləyir və imzalayırıq". Xatırladaq ki, daha əvvəl Gürcüstanın energetika naziri bundan əvvəl də "Qazprom"la bir neçə dəfə danışıqlar keçirib. Hər dəfə isə bu, Gürcüstanda etirazlarla qarşılanıb. Müxalifət hökuməti ölkəni Rusiyadan asılı vəziyyətə salmaq cəhdində və Azərbaycanla münasibətləri korlamaqda ittiham edir. Hətta müxalif Vahid Milli Hərəkat Partiyasının fəalları "Qazprom"la danışıqlara etiraz olaraq hökumətin "boz kardinalı" hesab edilən milyarder Bdzina İvanişvilinin iqamətgahı qarşısında aksiya keçiriblər. Kaxa Kaladze isə etirazları sakitləşdirmək üçün aparıcı ekspertlərdən ibarət qrupla görüş keçirib. Lakin bu da müsbət nəticə ilə sonuclanmayıb. Məsələnin həm də geosiyasi tərəfi var. Belə ki, Qara dəniz və Türkiyə ilə Xəzər hövzəsi arasında strateji tranzit rolunu oynayan Gürcüstanda Rusiyanın nüfuzunun artması Qərbin, ən azı, ürəyincə olmayacaq. Gürcüstanın Azərbaycan üçün əhəmiyyətini nəzərə alsaq, bu ölkədə Kremlin təsirinin yenidən bərpa olunması Bakının da maraqları ilə tam uzlaşmır. Digər tərəfdən, Gürcüstan yenidən Rusiyanın orbitinə yuvarlanır və bu da ölkənin gələcəyi üçün təhdid yaradır.
Hazırkı gedişlərlə Gürcüstan rəhbərliyi həm aldığı qazın qiymətinin ucuzlaşmasına ümid edir, həm də konkret dövlətin asılılığında qalmamağa çalışır. Amma bu hal Gürcüstanın Rusiyanın təsir dairəsinə keçməsini də qaçılmaz edir. Onu da xatırladaq ki, Gürcüstan bazarında mövqelərini möhkəmlətmək, bazara qazın orta perspektivdə stabil verilməsini təmin etmək üçün SOCAR Gürcüstanın Kaxetiya bölgəsindəki köhnə neft yatağında yeraltı qaz anbarı tikmək təklifi ilə çıxış edib və bu ideya Gürcüstan hökuməti tərəfindən rəğbətlə qarşılanıb.
Bu ideyanın gerçəkləşməsi üçün də addımlar atılır. Belə vəziyyət artıq qonşu dövlətin bazarında bütün tələbin uzunmüddətli dövr üçün SOCAR tərəfindən qarşılanmasına imkan verir. Amma bununla belə, gürcülər hələ də Rusiya ilə qaz oyunundan əl çəkmir.
Nahid SALAYEV
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ