Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı iki mühüm təklifi tam dəstəklədi
Tarix: 11.02.2016 / 02:57
Bölmə: Siyasət
XİN AŞPA-da uğursuz Qarabağ qətnaməsinə görə ABŞ rəsmisinin "qəbahətinə" rəsmən reaksiya verdi
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallströmün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və İsveç arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, həmçinin iki ölkə arasında turizm, iqtisadiyyat və biznes sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin formatı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və bu istiqamətlərdə geniş potensialın olduğu qeyd edilib.
Nazir Elmar Məmmədyarov Cənubi Qafqaz regionundakı vəziyyətə toxunaraq ATƏT-in Minsk Qrupunun üzvü olan İsveçin aktiv səylərini yüksək dəyərləndirdiyini, lakin bu günə kimi status-kvonun dəyişmədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv siyasətinə görə həll edilmədiyini və bunun regionda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu nəzərə çatdırıb. Münaqişənin həll edilməsi üçün, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Xanım Vallström İsveçin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini bölüşərək, ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həlli dəstəklədiyini və Minsk Qrupu üzvü kimi töhfəsini verməyə hazır olduğunu, həmçinin münaqişənin həlli prosesinə qadınların cəlb edilməsinin vacib olduğunu bildirib. Nazir Vallström danışıqlar prosesinin əsas iştirakçılarının həmsədrlər olduğunu, lakin münaqişənin sülh yolu ilə həlli üçün bütün tərəflərin səy göstərməsinin faydalı olacağını bildirib. Xanım Vallström beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında münaqişənin həllinin mümkün olduğunu qeyd edib.
Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" imzalanıb.
Daha sonra İsveçin xarici işlər naziri Marqot Vallström və Elmar Məmmədyarov mətbuat konfransında bir sıra maraqlı bəyanatlarla çıxış ediblər. E.Məmmədyarov xanım nazirlə çox önəmli bir sənədi - "Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nı imzaladıqlarını bildirib: "Bu, iqtisadi və hüquqi baxımdan çox vacib bir sənəddir. Baxmayaraq ki bir sıra İsveç şirkətləri Azərbaycanda fəaliyyət göstərir, bu sənəd İsveç şirkətlərinə Azərbaycana daha çox investisiya yatırmağa imkan yaradacaq.
Mən xanım naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyi barədə məlumatlandırdım. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi ədalətlidir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. İsveç gələn ildən BMT Təhlükəsizlik Şurasının üzvü seçilmək istəyir. Bu yaxınlarda Nyu-Yorkda bununla bağlı səsvermələr keçiriləcək. Mən inanıram ki, İsveç BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi təqdirdə, həmin qətnamələrin yerinə yetirilməsinə öz töhfəsini verəcək.
Sonra humanitar məsələlərə toxunduq. Xanım nazir qadın və ailə məsələlərinə böyük maraq göstərir. Mən də öz tərəfimdən onu dəstəklədiyimi bildirdim. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşlarının 48 faizi qadınlardan ibarətdir. Bu, İsveçlə müqayisədə bir az aşağı rəqəm olsa da, Azərbaycan üçün çox yaxşı nəticədir. Xanım nazir yaxşı bir təklif irəli sürüb. Münaqişənin həll edilməsi prosesinə qadınların cəlb olunması və bu prosesdə, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsində qadınların rolunun artırılması təklifini irəli sürüb. Biz bu təklifi həmişə dəstəkləmişik. Düşünürük ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında nə qədər çox görüş olarsa, o qədər münaqişənin həll olunması prosesinə kömək etmiş olar. Bizim hazırda didərgin vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıtmış olarlar. Ona görə biz bu təklifi tam şəkildə dəstəkləyirik.
Bir məsələni də qeyd edim ki, Azərbaycan artıq rəsmi şəkildə Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişi layihəsini Aİ-yə təqdim edib. Mən İsveç tərəfinə bununla bağlı danışıqların başlanmasına dəstək verdiyi üçün təşəkkür edirəm.
Biz viza məsələsini də müzakirə etdik. Biz Avropa İttifaqı ölkələri ilə bütün növ pasportlar üçün vizaların sadələşdirilməsinə çalışırıq. Biz istəyirik ki, bizim vətəndaşlar Avropa ölkələrinə sərbəst gedib-gələ bilsinlər".
Marqot Vallström isə deyib ki, İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun geniş iclasının çağırılmasını təklif edir. Onun sözlərinə görə, İsveç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına töhfə verə bilər.
M.Vallström qeyd edib ki, E.Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini və münaqişə regionunda gərginliyin azaldılması yollarını müzakirə edib.
M.Vallströmun sözlərinə əsasən, Dağlıq Qarabağ məsələsində İsveç ATƏT-in Minsk Qrupu vasitəsilə danışıqların aparılması yolu ilə siyasi nizamlanmanın zəruriliyinin tərəfdarıdır: "Biz açıq danışıqları yüksək qiymətləndiririk. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycan üçün vacib məsələdir. Mən azərbaycanlı həmkarımdan İsveçin münaqişənin nizamlanması üçün hansı rol oynaya biləcəyini soruşdum. Biz bu məsələdə iştirak etməyə hazırıq, sərhədlərin sarsılmazlığı və xalqların öz müqəddəratını təyinetmə məsələsinə sadiq qalmalıyıq. Münaqişənin nizamlanması üçün daha geniş formatda görüşün keçirilməsinə zərurət yaranarsa, Minsk Qrupunun üzvü kimi bu görüşdə iştirak etməyə hazırıq".
Nazirlər daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Sual: "İlk növbədə xanım nazirə sualım var. Sualım ondan ibarətdir ki, İsveç həm də ATƏT-in Minsk Qrupunun üzvüdür. Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün İsveç hansı addımı ata bilər? Cənab nazirə də sualım belədir ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan hansı səviyyədə təmsil olunacaq? İkinci sualım da belədir ki, bir neçə gün bundan öncə amerikalı konqresmen Adam Şift AŞPA-da Dağlıq Qarabağla bağlı sənədin qəbul olunmamasında ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın böyük rolunun olduğunu qeyd edib. Azərbaycan tərəfinin buna münasibəti necədir?"
Elmar Məmmədyarov: "Təşəkkür edirəm. Xanım nazir özü mənə münaqişənin həlli prosesində İsveçin rolunun nə ola biləcəyi barədə sual verdi. Biz müzakirələr apardıq. Təkcə Minsk Qrupu həmsədrləri deyil, bütün üzv ölkələrin birgə konfransının təşkil olunması təklifini müzakirə etdik. İsveç də Minsk Qrupunun üzvüdür. Vaxtilə İsveçin təcrübəli diplomati Yan Eliasson bu münaqişə ilə məşğul olub, münaqişəni dərindən araşdırıb, regiona bir neçə dəfə səfər edib və çalışıb ki, münaqişənin həlli prosesinə töhfə versin. Digər bir təklif - münaqişənin həll edilməsi prosesində ictimaiyyət nümayəndələri kimi qadınların rolunun artırılması təklifini müzakirə etdik. Azərbaycan tərəfi hər iki təkliflə razıdır.
Münhen Təhlükəsizlik Konfransında iştiraka gəldikdə, Azərbaycan cənab Prezident səviyyəsində təmsil olunacaq. Konfransda enerji məsələləri ilə bağlı təşkil olunacaq paneldə cənab Prezidentin çıxışı nəzərdə tutulub. İkinci sualla bağlı onu demək istəyirəm ki, ilk növbədə bu sual xanım Nuland və konqresmen Şiftə ünvanlanmalıdır. İkincisi, bu məsələnin araşdırılması ilə bağlı artıq Vaşinqtondakı səfirliyimizə tapşırıq verilib. Məlumat əldə olunan kimi mətbuat katibi məsələ ilə bağlı açıqlama verəcək.
Sual: "İlk sualım xanım nazirədir. Polşa "Şərq Tərəfdaşlığı" proqramının iflasa uğradığını bildirib. İsveç "Şərq Tərəfdaşlığı" proqramının əsas təşəbbüskarlarından biridir.
Bununla bağlı nə düşünürsünüz? Həmçinin Avropa İttifaqı keçmiş postsovet məkanında, Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, yalnız Azərbaycandakı münaqişə ilə bağlı qəti mövqe nümayiş etdirməyib. Buna münasibətiniz necədir? Cənab nazir, sizə sualım da ondan ibarətdir ki, Minsk Qrupu AŞPA-da münaqişə ilə bağlı bir qədər birtərəfli mövqe nümayiş etdirdi. Bundan sonra münaqişənin həllini Minsk Qrupunun mandatı ilə necə görürsünüz və yüksək səviyyəli görüşlər planlaşdırılırmı?"
Elmar Məmmədyarov: "Mənim cavabım çox qısa olacaq. Minsk Qrupu həmsədrləri ilə hələ ki, hər hansı bir görüş planlaşdırılmır.
Baki-xeber.com
DİGƏR XƏBƏRLƏR
Tarix: 21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Tarix: 21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
Tarix: 21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
Tarix: 21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
Tarix: 21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
Tarix: 21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
Tarix: 21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
Tarix: 21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
Tarix: 21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
Tarix: 21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
Tarix: 21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
Tarix: 21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ