ABŞ-ın Türkiyədəki səfiri Con Bass Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, səfirdən ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin PYG terror təşkilatına dair açıqlamasına aydınlıq gətirməsi tələb olunub.
XİN nümayəndəsi Ümit Yalçın Con Kirbinin PYG –yə dair açıqlamasından təəssüfləndiyini ifadə edib.