Bazar günü günü, 22 noyabr 2026
     

Türkiyəni Qarabağ sülh prosesinə buraxmırsınız, heç olmasa Krım probleminə buraxın...

Image


Asəf Seyidli: "Rusiya Dumasının deputatları və bəzi politoloqlar tərəfindən Rusiya ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsinə yenidən baxılmasına dair fikirlər səsləndirilir"
"Belə olacağı təqdirdə, Türkiyə tərəddüd etmədən Krımla bağlı danışıqlara qoşulacaq"

Ukraynanın xarici işlər naziri Pavel Klimkin çıxışı zamanı bildirib ki, ölkəsi Krımla bağlı danışıqlarda Türkiyənin iştirakını dəstəkləyir. O deyib ki, Türkiyə nümayəndələri Krımda humanitar problemlərlə bağlı məsələlərin müzakirəsində iştirak etməlidir: "Onlara dəvət göndərilə bilər.
Cenevrə formatı əsas müzakirə platforması olaraq qalacaq, lakin digər nümayəndələr də cəlb olunmalıdır".
Nazir qeyd edib ki, Krımın Rusiya tərəfindən ilhaq edilməsi ilə bağlı danışıqlara beynəlxalq təşkilatların qoşulması da mümkündür.
Qeyd edək ki, Ukrayna prezidenti P.Poroşenko Krımın geri qaytarılması üçün Avropa İttifaqı, ABŞ və 1994-cü il Budapeşt memorandumunu imzalayan ölkələrin daxil olduğu Cenevrə formatını təklif etmişdi.
Artıq Krımla bağlı Avropa institutları ciddi hərəkətə keçib.
"Şərq Tərəfdaşlığı" proqramının vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsinin üzvü, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovun verdiyi məlumata görə, təmsil olunduğu qurumun Krımda insan hüquqlarının, xüsusən Krım tatarlarının hüquqlarının vəziyyəti barədə Avropa Parlamentinin qətnaməsindən irəli gələn bəyanatı qəbul olunub. Bəyanatda qeyd edilir ki, forumun rəhbər komitəsi (RK) Krımda insan hüquqlarının, xüsusən Krım tatarlarının hüquqlarının vəziyyəti barədə Avropa Parlamenti (AP) tərəfindən 4 fevral 2016-cı il tarixli qətnamənin qəbul edilməsini alqışlayır. Qətnamə vaxtında qəbul edilib və həlledici əhəmiyyət daşıyır, belə ki, o, Krımda insan hüquqlarının pozulmasının Avropa İttifaqının gündəliyinə salınması kimi aktual məsələni qaldırır. RK xüsusən de-fakto yerli hakimiyyət orqanlarına qarşı çıxış edən krımlılar barəsində insan hüquqlarının pozuntularının çoxluğundan, eləcə də məhz Krım tatarları icmasına qarşı yönələn sui-istifadə hallarından narahatdır. Qeyd etmək vacibdir ki, bu yaxınlarda Ukrayna Ali Radası 1944-cü ildə Krım tatarlarının deportasiya olunmasını Krımın yerli xalqına qarşı soyqırımı kimi tanıyıb.
RK AP-nin Krımda vətəndaş cəmiyyəti fəallarının və müstəqil jurnalistlərin mütəmadi olaraq təqib edilməsini pisləyən fikirlərinə şərikdir. Eynilə, RK vətəndaş cəmiyyəti təşkilatlarına və kütləvi informasiya vasitələrinə tətbiq edilən məhdudlaşdırıcı xarakterli yenidən qeydiyyat qaydalarından narahatdır. Krımda məhbuslara işgəncə verilməsi halları faktiki hakimiyyət orqanları tərəfindən araşdırılmalı və siyasi məhbuslar azad edilməlidir.
İfadə, birləşmək və dinc toplaşmaq azadlıqlarına qarşı məhdudiyyətlərin mövcud olması acınacaqlı haldır. RK bu ərazi, beynəlxalq hüquqa uyğun olaraq, bütünlüklə Ukraynanın hüquq sisteminə qaytarılmayana qədər Krımda ayrı-ayrı malların və texnologiyaların, investisiyaların, ticarət fəaliyyətlərinin və xidmətlərin ixracı ilə bağlı sanksiyaların dəstəklənməsi barədə AP-nin çağırışını dəstəkləyir.
Xatırladaq ki, "Şərq Tərəfdaşlığı" proqramının vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsinin üzvləri 6 "Şərq Tərəfdaşlığı" ölkələrindən (Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna) olan milli koordinatorlar, forumun işçi qrupunun koordinatorları və Avropa Birliyi ölkələrindən olan nümayəndələrdən ibarətdir.
Bütün bunların fonunda, Türkiyənin də Krımla bağlı danışıqlara qatılması hansı nəticəni verə bilər?
Konfliktoloq Asəf Seyidlinin sözlərinə görə, Krım uğrunda daim Rusiya ilə Türkiyə arasında müharibələr gedib: "Bütün bunlar tarixdə açıq-aydın yazılıb. Belə müharibələrin olmasını heç bir tərəf inkar etmir. Dünyanın silahlı işğallardan qaçdığı bir vaxtda Rusiya qoşun yeridərək Ukraynanın ərazisini ilhaq etdi. Bütün bu addımları Rusiya Qərbin Ukraynada öz maraqlarına uyğun bir hakimiyyəti formalaşdırmaq istəyinə cavab kimi atdı. Rusiya yalnız Krımla kifayətlənmədi. Özü ilə Ukrayna arasındakı bufer zonanı daha da genişləndirərək bir neçə separatçı qurumun yaradılmasına dəstək verdi. Məhz bu cür hərəkətlərinə görə Rusiyaya qarşı dünyanın aparıcı dövlətləri bir yumruqda birləşdi. Rusiya beynəlxalq sanksiyalarla üz-üzə qalıb. Bütün bu hadisələrin fonunda, Rusiya ilə Türkiyə arasındakı münasibətlər də kəskin pisləşdi. Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni vurması iki ölkə arasında ciddi qalmaqala səbəb oldu. Hazırda yaranan situasiya Ukrayna və digər Qərb ölkələrinə sərf edir. Bu səbəbdən də rəsmi şəkildə Krımla bağlı müzakirələrdə Türkiyənin iştirakını istəyirlər. Artıq Rusiya Dumasının deputatları və bəzi politoloqlar tərəfindən Rusiya ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsinə yenidən baxılmasına dair fikirlər səsləndirilir. Bu, Türkiyəyə qarşı açıq ərazi iddiası deməkdir. Belə olacağı təqdirdə, Türkiyə tərəddüd etmədən Krımla bağlı danışıqlara qoşulacaq".
Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ