Bazar günü günü, 22 noyabr 2026
     

Neft qiymətlərində yüksəliş dövrü başlayır

Image


Dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyərək müxtəlif istiqamətlərdə dəyişməkdə davam edir. Amma bir məqam dəqiqdir ki, neftin aşağı qiyməti ümumilikdə dünya iqtisadiyyatına ciddi təhdid yaradıb və onun yeni böhran mərhələsinə daxil olmasına gətirib çıxarıb. Bu fonda indi maraq doğuran məqam neftin qiymətinin hansı istiqamətdə dəyişəcəyidir.
Avropa Komissiyası neftin qiymətinin 2016-cı ildə 35,8 dollar, 2017-ci ildə isə 42,5 dollar olacağını proqnozlaşdırır. Avrokomissiya bundan əvvəlki hesabatında "qara qızıl"ın bir barrelinin 2016-cı ildə 54,2 dollar, 2017-ci ildə isə 58,8 olacağını nəzərdə tutmuşdu. Proqnozun aşağı salınmasına səbəb kimi geosiyasi gərginliklər, sanksiyaların ləğvindən sonra İranın neft ixracını artıracağı ilə bağlı açıqlamalar və bazarda yaranacaq təklif çoxluğu göstərilir. Amma məsələyə nikbin yanaşmalar üçün də müəyyən əsaslar var. Belə ki, növbəti hesabat həftəsindən ABŞ-ın neft ehtiyatlarının azalmağa başlaması proqnozlaşdırılır. ABŞ-da fevralın 5-də açıqlanan və bu günə qədər olan həftəlik aktiv neft buruqlarının sayını əks etdirən göstərici son 21 həftədə 20-ci dəfə azalaraq 498-dən 467-yə enib. Beləliklə, aktiv neft buruqlarının sayı 29 yanvar - 5 fevral tarixləri arasında 31 ədəd və ya 6,2% azalıb. İl ərzində isə ABŞ-da aktiv buruqların sayı 1 029 ədəd və ya 61,1% azalıb.
Buruqların sayının azalması neft qiymətlərinin kəskin düşməsi nəticəsində bu sahəyə investisiya qoyuluşlarında məhdudiyyətlərin yaranması ilə izah olunur. Ekspertlər hesab edir ki, bu həftədən etibarən ABŞ-da hasilatın azalması və ehtiyatların düşməsi proqnozu fonunda WTI markalı neftin qiyməti yenidən "Brent"in qiymətini ötəcək və ümumiyyətlə, neft qiymətlərində artım baş verəcək. Neftin bahalaşmasına OPEK ölkələrinin nəzərdə tutulan iclasının da müsbət təsiri olduğu ehtimal edilir. Belə ki, fevralın 7-də Səudiyyə Ərəbistanının neft naziri venesuelalı həmkarı ilə keçirdiyi görüşdə neft hasilatını azaltmaq istiqamətində ilkin razılığa dair bəyanatlar səsləndirilib. Bu da neft qiymətlərinin yaxın tezlikdə ən azı 50 dollara kimi yüksələcəyini ehtimal etməyə əsas verir. Rusiya Dövlət Dumasında "Ədalətli Rusiya" fraksiyasından millət vəkili Oleq Paxolkov isə bildirir ki, Rusiya neft satışını dayandıra bilər. Bu baş verərsə, neftin qiymətində yüksəliş daha böyük rəqəmlə ifadə olunacaq. Oleq Paxolkov müvafiq təkliflə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin ünvanına məktub göndərib. Həmin məktubda yaxın 5 il ərzində xarici ölkələrə neft satışının tamamilə dayandırılması təklif olunur: "Bu gün qətiyyətimizi toplayıb elan etməliyik ki, dünya bazarlarına neft satışı bizim üçün prioritet deyil və ölkə daxilində iqtisadiyyatı gücləndirməyə başlamalıyıq. Rusiya bir dəfə də ayağa qalxmaq imkanında olduğunu göstərməlidir. Bunun üçün hər cür ehtiyatlarımız mövcuddur". Baş verənlər Azərbaycanın da xüsusi maraq dairəsindədir. Neftin bahalaşması ölkənin bu məhsulun satışından əldə etdiyi gəlirlərin həcminin yenidən artması deməkdir.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan indiyə qədər əldə etdiyi neft gəlirlərindən daha çox mənfəət götürmək üçün fəaliyyətini genişləndirir. Bunu Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov "Financial Times"a müsahibəsində də diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanın öz iqtisadiyyatını şaxələndirəcək islahatların tempini sürətləndirmək üçün güclü bazası var. Ş.Mövsümov, Azərbaycan da daxil olmaqla, bir çox karbohidrogen ixrac edən ölkələrin əsasən neftin qiymətinin ucuzlaşmasının dünya iqtisadiyyatına təsiri ilə əlaqədar çətinliklər yaşadığını bildirib: "Lakin Azərbaycanın bu zərbələrə tab gətirəcək, neft-qazdan asılılığı azaltmaq məqsədilə iqtisadiyyatını şaxələndirəcək islahatların tempini sürətləndirmək üçün güclü bazası var. Azərbaycanın iqtisadiyyatı son 10 ildə üç dəfə böyüyüb, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 5 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə düşüb, ölkədə bütün infrastruktur tamamilə yenilənib".
Qeyd edək ki, Dövlət Neft Fondu artıq daşınmaz əmlak fondlarına daha çox sərmayə qoymağa başlayıb. Fond bildirir ki, daşınmaz əmlaka qoyula biləcək sərmayələrin payı 5-dən 10 faizədək artırılıb. Qurumun bu sahədə məqsədi aşağı risqli və ya orta dərəcəli risqli daşınmaz əmlaka sərmayə qoymaqla portfelin şaxələndirilməsinə nail olmaqdır: "Bu sərmayələrin başlamasınadək Dövlət Neft Fondunun son məqsədi bir sıra istiqamətləri əks etdirən geniş şaxəli portfelin yaradılması olub. Dövlət Neft Fondu, həmçinin, daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Neft Fondu üçün bu investisiyalar gəlirliliyin artması istiqamətində vacib vəsait olacaq".
Qeyd edək ki, Dövlət Neft Fondu ilk dəfə olaraq 2012-ci ildə London və Moskvada elit daşınmaz əmlaklar alıb, eləcə də Fond tərəfindən Paris, Yaponiya, Milanda daşınmaz əmlaklara investisiya qoyuluşları həyata keçirilib.
Nahid SALAYEV
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ