Yeni Azərbaycan Partiyası (YAP) V çağırış Milli Məclisə keçirilmiş seçkilərdə partiyanın icazəsi olmadan iştirak etmiş üzvləri ilə bağlı qərarını verib.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend-ə deyib ki, belə üzvlərin sayı 53 nəfər idi: "Onlardan 50-si müəyyən söhbətlər aparılandan sonra namizədliklərini geri götürdü. 3 nəfər isə seçkilərdə iştirak etdi. Sonradan həmin üzvlərlə təmsil olunduqları rayon təşkilatları tərəfindən söhbət aparıldı və onlar da öz səhvlərini etiraf etdilər”.