"May ayında "Ağ blok”un qurultayı keçiriləcək. Bloku partiyaya çevirəcəyik”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, "Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib.
T. Abbaslı bildirib ki, blokun partiyaya çevrilməsi barədə artıq ilkin qərar verilib və qurultayda elan olunacaq: "Bizim əsas məqsədimiz ondan ibarətdir ki, tam qeydiyyatlı siyasi partiya olaraq fəaliyyət göstərək. Buna görə də blokun qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyi düşünürük”.