Bazar ertəsi günü, 23 noyabr 2026
     

Moskvanın Qarabağ planının detalları yavaş-yavaş üzə çıxır

Image


Rusiya XİN rəsmisi Lavrovun İrəvan səfərinin təfərrüatlarını açmasa da...

Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın həlledici mövqedə olması danılmaz həqiqətdir. O da bəllidir ki, Moskva Ermənistana böyük təsir imkanlarına malikdir və İrəvanı konstruktiv mövqe sərgiləməyə vadar edə bilər. Məhz belə bir vaxtda son dövrlərdə Rusiyanın Dağlıq Qarabağ ətrafında bir neçə rayonun Azərbaycana qaytarılması üçün Ermənistana təzyiqlərini artırması barədə məlumatlar intensivləşməyə başlayıb.
Düzdür, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirir ki, Moskva Azərbaycan və Ermənistan tərəfinə zərər gətirəcək heç bir addım atmır. O, xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərində Ermənistan rəhbərliyi ilə işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını müzakirə etdiyinə dair yayılan xəbərlərə də münasibət bildirib. Qeyd edib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər iki tərəflə əməkdaşlıq edir: "Rusiya XİN rəhbəri İrəvanda apardığı müzakirələrlə bağlı İrəvanda keçirdiyi mətbuat konfransında açıqlama verib. Səfərlə bağlı bundan başqa heç nə deyə bilmərik. Məlumatı dəqiqləşdirmək istəyənlər Rusiya XİN-in rəsmi internet səhifəsinə müraciət edə bilər".
M. Zaxarova qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməyib: "Ümid edirəm ki, səsləndirdiyimiz mövqe erməni tərəfini sakitləşdirəcək". Qeyd edək ki, Ermənistanın Rusiyanın istəyinə uyğun olaraq işğal olunmuş əraziləri geri qaytarması haqda yayılan informasiyalar bu ölkədə böyük qorxu və təlaşla qarşılanıb. Məlumatlara görə, işğal olunmuş rayonların 6-sı Azərbaycana qaytarılır, Laçın dəhlizi saxlanır. Məhz bu məlumatlar da Ermənistan cəmiyyətində qorxulara səbəb olub. Rusiyanın "Kommersant" qəzeti də bu günlərdə belə bir iddia ilə çıxış edib ki, sülh planının hazırda müzakirə olunan variantlarından biri belədir: Ermənilər Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin böyük hissəsi üzərində nəzarəti Azərbaycana qaytarır. Lakin bu zaman Qarabağın Ermənistanla əlaqəsini təmin edən Laçın dəhlizini özlərində saxlayırlar. Bakı isə məsələni hərbi yolla həll etməmək öhdəliyi götürür. Qəzet yazır ki, planda həmçinin buna təminat vermək üçün münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi, Azərbaycana qaytarılmış rayonların demilitarizasiyası barədə də söhbət gedir. Kremlə yaxın rusiyalı mənbə "Kommersant"a deyib ki, cəbhədəki toqquşmalarla dünyaya siqnal göndərilir ki, müharibə, aşağı intensivliklə də olsa, hələ davam edir, onu unutmaq olmaz, çıxış yolu axtarmaq lazımdır.
Rusiyalı politoloqlar da eyni mövqe sərgiləyir. Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov da məsələ ilə bağlı maraqlı açıqlama verib: "Rusiya Qarabağ münaqişəsinin həlli üçün böyük səylər göstərir. 8 ay öncə tərəflər münaqişənin həllinə çox yaxınlaşmışdı. Lakin bu baş tutmadı". Kremlə yaxın siyasətçi münaqişənin həlli variantını da təqdim edib: "Hesab edirəm ki, tarixi güzəşt üçün imkan var. Ermənistan Azərbaycan və Türkiyənin blokadasından çıxmağı çox istəyir. Çünki bu onun iqtisadi inkişafının qarşısını alır. Fikrimcə, Ermənistan blokadadan çıxmağının qarşılığında işğal olunmuş 7 rayonun altısını Azərbaycana qaytarsın. Laçın dəhlizi saxlansın. İşğal olunmuş 6 rayonun indiyə qədər dağılmış vəziyyətdə qalmasına beynəlxalq ictimaiyyətin heç bir təsir göstərməməsi sadəcə biabırçılıqdır. Rusiya diplomatiyası hər iki xalqın xeyrinə olan sülhə nail olunması üçün çalışır. Hesab edirəm ki, mübadilə olmalıdır: blokada qaldırılır və Ermənistan 6 rayonu geri qaytarır. Lakin Ermənistan daha böyük şeylər istəyir ki, bu da müharibəyə səbəb ola biləcək addımlardır". S.Markov rəsmi Bakının mövqeyini bəyəndiyini deyib: "Heç kim Azərbaycanın ərazi bütövlüyünü inkar etmir. Azərbaycan da böyük təmkin göstərir. Artıq əsrin dörddə biri qədər müddətdə Azərbaycan işğal olunmuş ərazilərini qaytarmaq üçün real hərbi əməliyyatlara başlamayıb. Beynəlxalq ictimaiyyət Azərbaycanın bu təmkinini yetərincə qiymətləndirmir. Hesab edirəm ki, bu təmkin, göstərilən səbr öz bəhrəsini verəcək".
"Politrus" saytının rəhbəri Vitali Arkov da Laçın dəhlizinin saxlanması şərtilə Ermənistanın nəzarətində olan digər rayonlarının Azərbaycana qaytarılacağını açıqlayıb: "Son vaxtlar Rusiya və Ermənistanın yüksək vəzifəli məmurları hər iki ölkənin paytaxtında sıx-sıx görüşürlər. Bu qanunauyğun haldır. Birincisi, Ermənistan Rusiyanın tarixi dostudur və çoxsaylı mədəni əlaqələrə malikdirlər. İkincisi, Rusiya və Qazaxıstanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqının üzvlərindən biri də Ermənistandır". Lakin politoloq qeyd edir ki, Rusiya Azərbaycanı da Avrasiya İqtisadi İttifaqında görmək istəyir: "İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Buna qədər Rusiyaya qarşı sanksiyalar tətbiq ediləndə Azərbaycan azad şəkildə öz məhsullarını rus bazarlarına çıxardı. Bu baxımdan, iki ölkənin eyni ittifaqda təmsil olunması mümkündür. Amma Avrasiya İttifaqının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının nəzarətdə saxlaması Bakının ittifaqa gəlişində əsas əngəldir. Bundan əvvəl Kremlə yaxın mənbələrə söykənərək, mən Moskvanın çoxillik münaqişənin həlli üçün yeni planının olduğunu açıqlamışdım. Bu plan hər kəsi - Bakını ərazi bütövlüyü, İrəvanı iqtisadi, Moskvanı isə geosiyasi cəhətdən məmnun edə bilər. Plana görə, Laçın dəhlizi istisna olmaqla, Ermənistanın nəzarətində olan 6 rayon Azərbaycana qaytarılır. Bakı Qarabağdakı etnik ermənilərə öz ana dillərində, yaxud rus dilində təhsil almasına, həmçinin, mədəniyyətlərinin qorunmasına zəmanət verir. Sakinlər öz istəkləri ilə Ermənistana köçmək istəyərsə, Azərbaycan onlara kompensasiya verir".V.Arkov əlavə edib ki, hazırda münaqişənin həlli üçün Kremldə iradə mövcuddur və planın detallarının necə olmasından asılı olmayaraq, problemə son qoyulması qərarı verilib. Hər halda, maraqlı iddialardır.
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ