Bazar ertəsi günü, 08 dekabr 2025
     

Nobel mükafatı laureatı? - Qorbaçov

Image

Rusiyanın ikitərəfli oyunu nəticəsində Azərbaycanda baş verən hadisələr Azərbaycan türkünü hövsələdən çıxarmış, 1989-cu il sentyabr ayının 2-də Azadlıq meydanında başlayan mitinqə qatılanların sayı 1 milyona yaxınlaşmışdı. Bu mitinqdə Azərbaycan Cümhuriyyətinin ay-ulduzlu üç rəngli bayrağı ilə M.Ə.Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz" və "Bütün dünya türkləri birləşin" şüarları ilə azərbaycanlılar bütün Türk dünyasını birliyə çağırırdılar.
Beləcə azərbaycanlılar səslərini bütün dünyaya çatdırmağa çalışırdılar.
O zamanlar erməni daşnaklar Azərbaycana qarşı uydurulmuş fikirlər irəli sürür, qərarlar alırdılar. 1990-cı il yanvar ayının 9-da Ermənistan Ali Soveti 1990-cı ilin büdcəsində Azərbaycan torpağı olan "Dağlıq Qarabağın Sosial və iqtisadi inkişafı" üçün bu bölgəni öz proqramına əlavə etdi və Ermənistana bağlı bir bölgə kimi göstərməyə çalışdı. Doğrudur, Sovet İttifaqı Ali Soveti bu qərarı keçərsiz saydığını açıqladı. Fəqət Ermənistan Ali Soveti bu qərara verdiyi cavabda Ermənistan Respublikasında öncə Ermənistanın qanunlarının keçərli olduğunu bildirdi.
Məgər apaydın antikonstitusiya aksiyası olan bu qərara səs verən parlament üzvləri o qədər kəmsavad idilər? Neçənci dəfəydi belə qanunsuz qanun qəbul edirdilər? Şübhəsiz ki, bu sonuncu qanunsuzluqda əsas məqsəd Azərbaycanda vəziyyəti daha da gərginləşdirməkdən, kütləvi intizamsızlıq yaratmaqdan başqa bir şey deyildi. Fəqət Azərbaycan xalqı həmişəki kimi təmkinli idi. Sakit mitinqlərdə öz mənəvi haqqının, Konstitusiya hüquqlarının qorunmasını tələb edirdi.
Mitinqdə çıxış edən ziyalılar xalqı birliyə, təhriklərə uymamağa, şəhərdə qayda-qanun, sakitlik yaratmağa çağırırdılar. Erməni millətindən olanlara dəyib-toxunmamaq, onların təhlükəsizliyini təmin etmək dönə-dönə təkrarlanırdı.
1990-cı il yanvar ayının 11-də Azərbaycan Milli Məclisi Ermənistan Milli Məclisinin Dağlıq Qarabağ ilə əlaqəli 9 yanvar 1990-cı il tarixli qərarını millətlərarsı qanunlara qarşı kobud bir müdaxilə olaraq dəyərləndirərək etiraz etdi.
1990-cı il yanvar ayının 12-də ermənilərin Xanlar və Şaumyan bölgələrində havadan və yerdən etdikləri hücumlar nəticəsində 12 nəfər öldürülmüş, 22 nəfər girov götürülmüş, 1 nəfər yaralanmışdır.
Yanvarın 16-da Ə.Vəzirovun bürosu 13-14 yanvar günü Bakıda törədilən cinayətlərə "siyasi qiymət" verdi, bütün günahı qaçqınların üzərinə yıxdı. Qaçqınlar isə bunun yalan olduğuna baxmayaraq, sadəlövlüklə deyirdilər: "Belə yaxşıdır, qoy kənarda elə bilsinlər ki, qırğını biz törətmişik, bizi yurdumuzdan-yuvamızdan qovan daşnaklardan bu yolla qisas almışıq... Təki günah bütün xalqımızın üstünə düşməsin." Sadəlövhlər bilmirdilər ki, bu "siyasi qiymət"in məqsədi başqadır - yerli əhali ilə bu zavallılar arasında dərin konflikt yaratmaq və bu konflikti qırğına çevirməkdir. Hökumət yaxşı bilirdi ki, artıq xalq Vəzirovun yalanlarına inanmır.
Xalq hər şeyi açıq-aydın görürdü, bilirdi ki, bu cinayətlər yuxarılardan, haralardansa idarə olunur, "xüsusi təlim keçmiş" adamlar tərəfindən həyata keçirilir və qaçqınlarla heç bir əlaqəsi yoxdur.
13-14 yanvar hadisələrindən və 20 yanvar faciəsindən sonrakı günlərdə Xalq Cəbhəsinə layiq olduğu qiyməti vermək lazımdır. Xalq Cəbhəsi ermənilərin təhlükəsizliyini təmin edərək onları kinoteatrlara, milis şöbələrinə, başqa etibarlı yerlərə topladı, dəmiryol və hava yolu vasitəsilə şəhərdən sağ-salamat çıxarılmasında çox iş gördü. Moskva da, Vəzirov da yəqin ki, bunu gözləmirdi. Ona görəmi ordunun Bakıya daxil olması ləngidi? Axı, yanvarın 15-dən sonra ermənilərin təhlükəsizliyi təmin edilmişdi, sakitcə köçürülmə, daha doğrusu köçmə prosesi başlanmışdı. O günlərdə Bakı dəmiryol vağzalında ermənilərin deyə-gülə qatara mindiklərini görmüşük...
Mərkəz xüsusi təlim görmüş amansız zirehli qoşunun Bakıya yeridilməsini əvvəlcədən hazırlamışdı, bu aksiyaya bəhanə üçün 13-14 yanvar hadisələrini törətmişdi və güman etmişdi ki, demokratik qüvvələr və bütün Azərbaycan xalqı törədilmiş cinayəti dərhal dayandıra biləcəkdir. Ona görə də 15 yanvardan 19 yanvaracan yaranmış nisbi sakitliyi pozmaq, ehtirasları qızışdırmaq üçün nəyə desən, əl atırdılar.
Vəzirov zavodda keçirdiyi görüşdə xalqı könüllü dəstələr yaratmağa səsləyirdi. Amma izdihamların təmizliyi pozulmurdu, sakit mitinqlər davam edirdi. Rəhbərliyin istefası qətiyyətlə tələb olunurdu.
Moskva bilmirdimi xalqa dönə-dönə xəyanət etmiş, onun başını qatmaq, aldatmaq üçün cürbəcür cildə girmiş Vəzirovun daha Azərbaycanda qalıb işləməsi mümkün deyil? Bilmirdisə, bəs niyə faciədən qabaq onu Bakıdan "qaçırmışdı"? Bəs Vəzirov necə? Tarixin və xalqın heç kəsə bağışlamayacağı bu ağır cinayətdə kimə xidmət edirdi, keçmiş komsomol dostu Qorbaçovamı, komsomol dostu Harutunyanamı?
Harutunyan Vəzirovu həqiqətən yaxşı tanıyırdı. Vəzirov Ümumittifaq komsomolu MK-sının katibi işləyəndə o, Ermənistan komsomoluna başçılıq edirdi və sonra Vəzirovun kabinetində əyləşdi, onun vəzifəsini tutdu. O illərin komsomolunda bir cəhət vardı ki, adamlar bir-birini tez tanıyırdılar. Özü də eyni xətt üzrə biri Moskvada, o biri isə respublikada ola!
Qorbaçov da Stavropol diyarında komsomol başçısı olanda Vəzirovu yaxşı tanımışdı, şübhəsiz, elə bu tanışlıq onu Pakistandan gətirib Azərbaycana rəhbər təyin etmişdi ki, əməllərini üsulluca, sakitcə həyata keçirə bilsin və proqnozunda yanılmamışdı. Məgər Azərbaycan partiya təşkilatında bircə nəfər layiqli birinci katib tapılmırdı ki, Vəzirovu hardan-hara gətirib təyin ettilər?
Bu sualın cavabı çoxdan aydın idi. Amma respublika rəhbərinin yanvar soyqırımında ağır xəyanəti, bütöv bir xalqı kiməsə, nəyəsə çox ucuz satması, aciz düşmənçiliyi heç kəsin ağlına gəlməzdi. Onu da gödük...
Əlbəttə, Azərbaycan soyqırımı "ssenarisi"nin hazırlanmasında, həyata keçirilməsində çox adam iştirak edib. Amma faciənin baş "ssenaristləri" və iştirakçıları Qorbaçov - Harutunyan - Vəzirov üçlüyüdür.
Bütün bu hadisələr nəticəsində Bakıda fasiləsiz davam edən nümayişlər, mitinqlər və iclaslar yüksək mərhələyə çatmışdı. Beləcə erməni uydurmaları və vəhşiliklərinə qarşı heç bir tədbir görməyən Sovetlər sistemini tənqid edən mitinqlər Azərbaycandakı Sovet nəzarətinə qarşı çıxırdı. Nəticədə, 20 yanvardan etibarən başlayacaq fövqəladə hal elan edildi. Məqsəd erməni məsələsi ilə əlaqəli Sovetlər siteminə qarşı çıxan mitinqi dağıtmaq, nümayişləri qadağan etmək və azadlıqdan dəm vuran millətin "dərsini" vermək idi. Beləcə, Sovet hərbi hissələri etnik qarşıdurmanı dayandırmaq üçün deyil, Azərbaycanın millətçi hərəkatını dayandırmaq üçün insanlıq tarixinin ağır cinayətlərindən birini həyata keçirdi. M.Qorbaçov Sovet xalqına müraciət edərək "Azərbaycan millətçiləri iqtidarı zorla ələ keçirmək istədiklərinə görə, Moskvanın Bakıya Sovet hərbi həssələrini göndərmək məcburiyyətində qaldığını..." açıqladı. Əslində M.Qorbaçov Azərbaycan xalqının əlindəki ov tüfənglərini toplatdırıb, Sovet əsgərlərini tanklarla Bakıya göndərərək, milli haqlarını tələb edən azərbaycanlı vətəndaşlarını qırdırmamalıydı, əksinə, bu hərbi hissələri Dağlıq Qarabağ bölgəsinə göndərib azərbaycanlıların köçə zorlanmalarının qarşısını almalıydı. Bu da bir həqiqətdir ki, Bakıya göndərilən əsgərlərin əksəriyyəti erməni soylu "əsgərlər," daha doğrusu banditlər idi. Ümumiyyətlə, Moskvanın Azərbaycana göndərdiyi əsgərlərin sayı 24 minə yaxın olubdur.
Bakıda elan olunan fövqəladə vəziyyət 20 yanvar gecə saat 00.00-dan etibarən başlayacaqdı. Bakı şəhərinə giriş yolları və şəhərdəki hərbi hissələrin yerləşdiyi yerlərin giriş-çıxışları avtomobillər və avtobuslarla bağlanmışdı. 19 yanvardan 20 yanvara keçən gecə tanklar bu maşınların üstündən keçərək şəhərdəki silahsız insanlara qarşı qırğına başladılar. Bununla yanaşı Bakıya havadan və dənizdən də müasir silahlarla təchiz olunmuş "Sovet əsgərləri" basqın etdilər. Yüzlərcə azərbaycanlı öldürüldü və yaralandı. Tankların altında əzilən və avtomat silahlarla yaxın məsafədən öldürülən insanların cəsədləri tük ürpərdici idi. İnsanlar ağır tanklar altında parça-parça edilmiş, bəzi cəsədlər yandırılmışdı. O gecə şəhəri bərbad hala gətirən tanklar minik maşınlarının üstündən keçirdilər. İnsanlar vəhşicəsinə qətlə yetirilirdilər. Sonradan məlum oldu ki, rus əsgərinin çoxunu ermənilər təşkil edirmişlər. Bu şərəfsiz "adamlar" dinc əhaliyə, hətta yaralıları daşıyan təcili yardım maşınlarına avtomat silahlardan atəş açırdılar. Mən bütün bunları öz gözlərimlə gördüm. Bir insan olaraq bu qanlı vəhşətə, bu dəhşətli cinayətə heç bir haqq qazandıra bilmirdim. Şəhərin küçələri yüzlərcə günahsız insanın qanına boyanmışdı. Bu qanlı qırğın, sözün əsl mənasında bütün insanlığa qarşı törədilən bir cinayət idi. "Qanlı yanvar" Azərbaycanın yeni tarixinin dəhşətli səhifələrindən biridir.
Bəli, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhəri faciəli bir gecə yaşadı. M.Qorbaçovun əmri, Yazovun komandanlığı ilə Sovet qoşunları şəhəri gülləbaran etdilər. Azadlıq, istiqlal eşqilə əliyalın ayağa qalxan neçə-neçə oğul və qızlarımız öz sinələrini tankların, zirehli maşınların hücumuna sipər edərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldılar. O gecə haqsızlığa qarşı qəzəbli ana səsi haray salaraq insanları imdada çağırırdı. Bu səs, bu haray indi də Bakının səmasında dolaşır, yaddaşlarda qaynayır. İndi o faciəni görənlər Bakının o dəhşətli gecəsinin səsi, o fəryadın əks-sədası ilə yaşayırlar.
Sovet ordusunun Bakıya giriş səbəbi mövzusunda müxtəlif açıqlamalar verildisə də, o döv-rün müdafiə naziri D.Yazovun daha sonra "İzvestiya" qəzetinə verdiyi açıqlamada ordunun Bakıya Azərbaycan Xalq Cəbhəsinin quruluşlarını dağıtmaq məqsədilə girdiyini bildiribdir. Bu da bir həqiqətdir ki, Azərbaycana əsgər göndərilməsini şəxsən M.Qorbaçov uyğun görübdür. O, digər respublikalardakı millətçi hərəkatların Azərbaycandan dərs almalarını istəyirdi. Yəni, siz də millətçi hərəkatlara davam etsəniz, sonunuz Azərbaycan kimi olacaqdır... demək istəyibdir.
Bütün bunlar M.Qorbaçovun münafiqliyindən, onun bir aktyor kimi rolunu mükəmməl oynamasından irəli gəlirdi. Doğrudur, o, rəhbərliyə gəlmədən əvvəl artist deyildi. Amma vəzifə başına keçdikdən sonra aktyorluğa başlayıb, bir erməni tərəfdarı olaraq rolunu yaxşı oynayıbdır. Bu da bir həqiqətdir ki, dünya tarixində əsas sənəti aktyorluq olan adamlar arasından dövlət rəhbərliyinə gələnlər olubdur. Məsələn, R.Reyqan kimi. Amma o, vəzifə başına keçdikdən sonra aktyorluğu buraxıb, sözün əsl mənasında bir rəhbər olub, ABŞ kimi böyük bir dövləti müvəffəqiyyətlə idarə edibdir. R.Reyqan ABŞ tarixində ən yaxşı rəhbərlərdən biri olubdur. M.Qorbaçov isə, yuxarıda qeyd etdiyimiz kimi, vəzifə başına keçdikdən sonra "aktyorluğa" başlayıb və o da vəzifəsini "müvəffəqiyyətlə" yerinə yetiribdir, hətta onun "fəaliyyəti" Nobel mükafatına layiq görülübdür!..
20 yanvar qətliamının ardından Azərbaycanda M.Qorbaçova, Kommunist partiyasına və Sovet dövlətinə qarşı nifrət dalğası böyüdü. Xalq cəm halında Kommunist partiyasından istefa edərkən "Qorbaçov qatildir," "Sovet İttifaqı Kommunist Partiyasına xeyr," şüarları səsləndi... 21 və 22 yanvar günlərində yüz minlərlə insanın qatılması ilə Bakının işğalında ölənlər üçün böyük cənazə mərasimi keçirildi. Ölkədə üç günlük matəm elan edildi. Fövqəladə vəziyyət elan olunmasına baxmayaraq 22 yanvar günü matəm numayişi və dəfn mərasiminə təxminən 1,5 milyon insan qatıldı.
Şəhidlərimizə Allah rəhmət eyləsin. Amin!

Fazil QARAOĞLU,
professor







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 20:49
Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...

08.12.2025 / 20:35
Qərbi azərbaycanlıların qayıdışına BMT də cəlb olunur...

08.12.2025 / 20:23
MDU daha bir ilkə imza atdı - Dünyanın 19 ölkəsinin alimləri univetsitetə toplaşdı… - FOTO

08.12.2025 / 20:21
“Trampın təhlükəsizlik qarantiyası əvəzinə Ukrayna torpaqları Rusiyaya verilir" - Zelenskini nəyə məcbur edirlər...

08.12.2025 / 20:08
Qeyri-neft sektorunda inqilabi nəticə - 84 faizdən yuxarı...

08.12.2025 / 19:54
Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...

08.12.2025 / 19:40
Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib - ədalətli olmağın üsulu elə budur...

08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var" - Prezident

08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"

08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

08.12.2025 / 19:10
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi? - “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...

08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır" - Prezident

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:24
Könüllərdə yuva quran şəhid kapitan - Elçin Tağıyev...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

07.12.2025 / 13:53
Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlandı

07.12.2025 / 13:27
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO

07.12.2025 / 13:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

07.12.2025 / 12:45
Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan "ana" saxlandı

77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

XƏBƏR ARXİVİ