O bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı da daxil olmaqla, bəzi Müsavat üzvlərinin təsis etdiyi "Ağ blok” partiyaya çevriləcəksə, bu şəxslər Müsavatdan çıxarılacaq: "Belə bir hadisə baş verərsə, bu məsələ təbii ki, araşdırılacaq. Başqa partiyada təmsil olunan adamlar Müsavat Partiyasından çıxarılacaq. Müsavat Partiyasının üzvü digər partiyada təmsil oluna bilməz”.
Qeyd edək ki, T. Abbaslı parlament seçkiləri ilə əlaqədar yaratdığı "Ağ blok”un partiyaya çevriləcəyini deyib.