Bazar ertəsi günü, 23 noyabr 2026
     

AŞPA-nın Qarabağ barədə önəmli qətnaməsinin qəbul olunduğu iclasın detalları ABŞ mediasında...

Image


"AŞPA-nın Siyasi Məsələlər Komitəsi Ermənistan silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərindən geri çəkilməyə çağırır"

Amerika Birləşmiş Ştatlarının postsovet məkanını öyrənən nüfuzlu mərkəzinin www.cxssr.org portalında millət vəkili Elxan Süleymanovla müsahibə dərc olunub. Müsahibənin tərcüməsini oxucularımıza təqdim edirik.
Paris, 4 noyabr 2015-ci il: Bir neçə saat davam edən olduqca gərgin müzakirələrdən sonra AŞPA Siyasi Məsələlər Komitəsi 26 səs lehinə, 10 səs əleyhinə və 3 səs bitərəf olmaqla, böyük çoxluqla qətnamə qəbul etdi. Qətnamə Assambleyaya "Ermənistan silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərindən geri çəkilməyə və bu ərazilərdə Azərbaycanın tam suverenliyini təmin etməyi" təklif etməyə çağırır.
Uzun illər boyu aparılan kəskin mübarizədən sonra bu, Azərbaycanın AŞPA beynəlxalq parlament təşkilatının diqqətini yenidən bu məsələyə yönəltmək üçün göstərdiyi səylərində əldə etdiyi mühüm nailiyyətdir.
Qətnamə eyni zamanda "D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış "məhkəmələri" tərəfindən qanunsuz məhkum edilməsi və orada həbslərinin davam etməsinə birbaşa aidiyyəti olan bütün tərəfləri onların işğalçı qüvvə olan Ermənistan tərəfindən dərhal azadlığa buraxılmasını təmin etməyə" çağırır.
Bundan əlavə, qətnamədə bildirilir ki, "Assambleya Ermənistanın Parlament Assambleyasındakı nümayəndə heyəti və Ermənistan hökumətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini kəskin pisləyir. Assambleya hesab edir ki, belə rəftar Ermənistanın Avropa Şurası qarşısındakı öhdəliklərinə ziddir və bu mənada hansı tədbirlər görülə biləcəyini nəzərdən keçirməyi və gələcəkdə məruzəçilərin öz mandatlarını icra etməsinə maneə yaradılmayacağını təmin etməyi tapşırır". Məruzəçi Robert Volter (Birləşmiş Krallıq) əsas nitqi zamanı dəqiqləşdirdi ki, Assambleya Ermənistanın əməkdaşlıq etməməsini Assambleya Qaydalarının pozulması halı hesab etməlidir və təkid etdi ki, bu, AŞPA-nın Qaydalar Komitəsi tərəfindən araşdırılsın, bunun isə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalarla nəticələnəcəyi gözlənir.
"Nəhayət, uzun illərin ümidsiz sükutundan sonra Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı yenidən tamamilə beynəlxalq gündəmdədir", - deputat Elxan Süleymanov vurğuladı.
Süleymanovun bu məsələni beynəlxalq siyasi gündəmə gətirmək üçün təxminən 3 ildən bəri irəli sürdüyü bir neçə təşəbbüsün qarşısı alınmışdı və Ermənistan dəstək göstərən deputatlara tərəddüd etmədən mane olmuşdu. Belə rəftar bu dəfə eynilə Parisdə müşahidə edildi. Həlledici səsvermə zamanı erməni deputat əllərini qaldırmaqla, Azərbaycanın xeyrinə səs verən deputatların şəkillərini mobil telefonu ilə çəkməyə başladı. Erməni deputatın məqsədi sonradan deputatlara açıq-aşkar təzyiq göstərmək, hətta onları şantaj etmək idi. Ermənilərin bu ədəbsiz və qalmaqallı rəftarı, əxlaqi qaydalara zidd hərəkət kimi, bir çox deputatlar tərəfindən böyük etirazla qarşılandı, lakin qərəzli katiblik bu erməni deputatına mane olmadı. Əksinə, Azərbaycanın böyük qələbəsi ilə nəticələnən yekun səsvermədən sonra baş katib Saviçki (yalnız mühüm vəziyyətlərdə lazım olduğundan, o da iclasda iştirak edirdi) Komitənin qərarına kəskin etirazını artıq gizlədə bilmədi. Onun açıq neqativ jestləri bir çox deputatları heyrətləndirdi. O dərhal və hiddətlə iclas otağından çıxıb, açıq-aydın bir neçə olduqca təcili zəng etmək üçün kiçik kabinetə keçdi. O kimə zəng edirdi? Biz yalnız güman edə bilərik, lakin şübhəsiz, bu, Azərbaycan nümayəndə heyətini təbrik etmək üçün edilən zəng deyildi... Bütün bunlardan təxminən bir saat sonra bir neçə Avropa ölkəsinin deputatlarına artıq öz hökumətlərindən erməni rəsmilərinin ermənilərin məğlubiyyətindən narahat olması barədə zənglər gəlməyə başladı. Avropalı deputatlara öz səslərini yenidən nəzərdən keçirmək üçün böyük təzyiq göstərilir, erməni rəsmiləri hətta onları açıq-aydın şantaj edirdi. Ermənilər təzyiqin bütün növlərindən, əsasən geostrateji və dini ruhlu təzyiqdən istifadə edirdi, lakin aydındır ki, onlar Azərbaycan ərazilərini qanunsuz işğal etmələri məsələsinə birbaşa aidiyyəti olan tək bir arqumentdən istifadə etmirlər. Onlar müsəlman ölkəsi olan düşmən Azərbaycana qarşı hər zaman böyük beynəlxalq xristian icmasına çağırış edirlər, halbuki, din baxımından Azərbaycanın Ermənistandan daha tolerant olduğu hamıya məlumdur. Ermənilər hətta müvafiq arqumentləri olmadıqda belə, Azərbaycanın iddialarının düzgün və ədalətli olduğunu qəbul edə bilmirlər.
Biz yalnız ümid edə bilərik ki, Parisdə Azərbaycanın lehinə səs vermiş bütün deputatlar güclü iradə nümayiş etdirib, ermənilərin bu böyük və çox mütəşəkkil təzyiqinə müqavimət göstərə biləcək və haqq işimizi gələcəkdə də müdafiə edəcəklər.

Hadisələr
2013-cü ilin aprel ayında Elxan Süleymanovun və AŞPA-dakı 24 həmkarının imzası ilə irəli sürülən və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən qanunsuz işğalına göz yummasını tənqid edən ilk qətnamə layihəsi 2013-cü ildə Strasburqda keçirilmiş yaz sessiyasında Assambleyanın o vaxtkı prezidenti cənab Minyonun veto qərarı ilə rədd edilmişdi.
Elxan Süleymanov izah edir: "Mən 9 may 2013-cü ildə AŞPA-nın 31 üzvü ilə birlikdə yeni qətnamə layihəsi irəli sürdüm və bu qətnamə layihəsinə Assambleya prezidenti tərəfindən veto qoyulmasa da, bu dəfə onun dəstəyi ilə Sədarət Komitəsində sənədin qarşısı alındı". Beləliklə, 2013-cü ildə irəli sürülmüş hər iki qətnamə layihəsi qaydalara açıq-aydın müvafiq olsa da, ədalətli olaraq gözlənilən siyasi reaksiyaya nail ola bilmədi. "Nə üçün? Nə üçün AŞPA erməniləri kor-koranə dəstəkləyir, Azərbaycanın ədalətli hüququna isə məhəl qoymur? Təkrarlanan bu hərəkətlər nə məqsəd daşıyır?", - Süleymanovun bu sualları cavabsız qaldı.

Sərsəng su anbarı
Lakin asanlıqla təslim olmaq Süleymanovun üslubu deyil. İşğal edilmiş ərazilərə dair istənilən ümumi müzakirənin qarşısı alındıqdan sonra o, nəzarətsiz Sərsəng su anbarının strateji əhəmiyyətini və yaratdığı həqiqi təhdidi vurğulayaraq, bu müzakirənin təcililiyini nümayiş etdirdi: "Mən 26 iyun 2013-cü ildə AŞPA-nın 18 müxtəlif ölkəsindən olan 45 deputatın imzası ilə üçüncü qətnamə layihəsini irəli sürdüm. Bu qətnamə layihəsi Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının ən azı bir milyona yaxın azərbaycanlı əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan çox bərbad və təhlükəli vəziyyətə düşməsinin fövqəladə hal yaratdığını vurğulayaraq, AŞPA-nı dərhal və təcili siyasi tədbir görməyə çağırır". Lakin bu qətnamə layihəsi də prezident və Sədarət Komitəsi tərəfindən rədd edildi. Bu yeni uğursuzluq çoxlarını məyus edərdi, lakin Elxan Süleymanovu yox. O, 1 apreldə Sərsəngə dair yeni qətnamə layihəsi hazırladı və əhəmiyyətli səylərdən sonra qərarvericiləri sənədin Büro tərəfindən məruzə və müzakirə üçün Sosial Məsələlər Komitəsinə yönləndirilməsinə inandıra bildi. Elxan Süleymanov: "Bu, irəliyə doğru atılmış böyük addım idi, çünki uzun illərdən bəri ilk dəfə belə mövzuda hər hansı məruzə barədə razılığa gəlindi. İndi biz ümidvarıq ki, 2015-ci ilin əvvəlinə qədər Sərsəng su anbarına dair bu məruzənin nəticəsi ədalətli, bitərəf və hərtərəfli olacaq".

Ermənistana qarşı sanksiyalar?
Bu arada Elxan Süleymanovun təşəbbüsü əsasında Ermənistanın Azərbaycan ərazilərinin silahlı işğalını davam etdirdiyinə görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqini tələb edən yeni qətnamə layihəsi 18 iyun 2014-cü ildə AŞPA-nın internet səhifəsində dərc edildi. Bu sənəd AŞPA-nın 14 üzv dövlətini təmsil edən azı 58 deputat tərəfindən imzalanmışdı.
Lakin AŞPA-nın baş katibi cənab Saviçki erməni maraqlarının məşəlini uca tutaraq, qətnamə layihəsinə qarşı saxta prosedur etirazı qaldırdı. Buna baxmayaraq, o, etirazını əsaslandırmaq üçün heç bir "qayda"nı sitat gətirə bilmədi. Lakin Süleymanov bu məqamdan istifadə edərək, yeni qətnamə layihəsi təklif etdi. "İkicə saat ərzində 16 üzv dövlətdən olan həmkarlarımdan 28 yeni imza topladım və hələ əvvəldən bizə qarşı mübarizə aparan cənab Saviçki bu hərəkətə elə təəccübləndi ki, yeni qətnamə layihəmi qəbul etməli oldu!"
Ancaq mübarizə başa çatmamışdı. Elxan Süleymanov Büronun cümə günü, 27 iyun 2014-cü il tarixli iclası barədə şərh verir: "Qurumun əməkdaşı kimi bitərəf olması hesab edilən cənab Saviçki təşəbbüsümü hətta açıq-aşkar Ermənistana qarşı provokasiya, təklif edilən məruzə başlığını isə tamamilə qəbuledilməz adlandırır. Ermənilərin qəyyumunun maskası düşür!" Büro iclası Katibliyin müəyyən ziddiyyətli müdaxilələrindən sonra tam çaşqınlıq vəziyyətində bitir və qərar yenidən Büronun Parisdə keçiriləcək 2014-cü il sentyabr iclasına qədər təxirə salınır. "Bu qədər çox yalan, bu qədər çox maneə və təxirəsalmalardan sonra 2 sentyabr 2014-cü il tarixli Paris iclası" Elxan Süleymanov üçün "qərarverici olmalıdır".
Xoşbəxtlikdən, Parisdə sağlam düşüncə Katiblik rəhbərinin davamlı manevrlərinə üstün gəldi. Qətnamə layihələri 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirildi. Lakin cənab Saviçki asanlıqla təslim olmur: o, Büroya xəbərdarlıq edir ki, qərar hələ Palata tərəfindən ratifikasiya edilməlidir və Komitədə hələ də sual altına qoyula bilər. "Şübhəsiz, Paris qələbəsi, Elxan Süleymanov üçün tarixi gün idi, lakin açıq-aşkar aydın oldu ki, növbəti ay ərzində bütün hücumlar bərpa olunacaq. Məhz bu da baş verdi".

Növbəti döyüş
Bazar ertəsi, 29 sentyabr, saat 15:00, plenar iclas: Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərə dair məruzənin ratifikasiyası, səsvermələr
Həftənin ən mühüm anı, şübhəsiz, bazar ertəsi aralıq məruzəyə dair müzakirə və səsvermələr oldu, belə ki, buraya Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə dair məruzə hazırlanması barədə Büronun qərarının Parisdə Palata tərəfindən ratifikasiyası daxildir. Normal halda bu məruzə Büronun qərarları ilə birlikdə həmişə səsvermə keçirilmədən, yekdilliklə qəbul edilir. Məruzənin təşəbbüskarı Elxan Süleymanov da təəccüb içində idi: "Bazar ertəsi günorta iclasında Palatada bu dəfə bu qədər çox deputatın iştirakı çox qəribə idi. Aydındır ki, bütün bunlar erməni diplomatların güclü lobbiçiliyi və səfərbərliyinin nəticəsi idi, belə ki, onlar son həftələr ərzində Avropanın bütün paytaxtlarında deputatları bazar ertəsi iclasda iştirak etməyə və Büronun qərarını ratifikasiya etməməyə inandırmaq məqsədilə onların hər birinə müraciət ünvanlamışdı. Lakin həmin deputatların çoxu ermənilərin hiyləgər planları barədə özləri mənə məlumat verdi, ona görə də biz hazır idik".
Bütün ermənilər çıxış edərək Büronun qərarını kəskin tənqid etdilər və bu məsələnin ATƏT-in Minsk Qrupunun səlahiyyətində olduğunu və heç kəsə bunu müzakirə etməyə icazə verilmədiyini hiddətlə bildirdilər. Elxan Süleymanov bildirdi: "Lakin bu məndə təbəssüm oyatdı, çünki açıq-aşkar onların özünə qarşı çevriləcək arqument idi: "Parlamenti onun səlahiyyətli olmadığına inandıraraq sonra necə onun rəğbətini qazanmaq olar?"
Digər bir neçə deputat Azərbaycanın xeyrinə əlavə arqument kimi, məruzəyə dəstək olaraq, Parisdə 20 səs lehinə, 5 səs əleyhinə olmaqla nəticələnən böyük çoxluğu xatırlatdı.
İki saatlıq müzakirədən sonra səsvermə keçirildi. Bu, qətnamə layihəsinin müəllifi Elxan Süleymanovun həyatında ən gərgin anlardan biri idi: "Ermənilərin qətnamə layihəmin məruzə üçün yönləndirilməsinin qarşısını almaq üçün etdikləri təklif 74 səs əleyhinə, 41 səs lehinə və 13 səs bitərəf olmaqla rədd edildi. Azərbaycanın bu parlaq qələbəsi bir çox dostlar tərəfindən alqışlandı, lakin mən anladım ki, məruzənin adını təsdiqləmək və Komitədə məruzəçi təyin etmək uğrunda mübarizə hələ davam etdirilməlidir".
Çərşənbə, 1 oktyabr, saat 14:00, Siyasi Məsələlər Komitəsi: Səsvermə vasitəsilə Ermənistan tərəfindən məruzənin rədd edilməsi, başlığın dəyişdirilməsi, məruzəçinin təyin edilməsi istiqamətində son cəhdi
İclasda iştirak edən 70-ə yaxın deputat əvvəlcə ermənilərin bu məruzənin başlanmasını rədd etmək üçün göstərdiyi son cəhd ilə qarşılaşdı. Lakin Palatada aparılan müzakirələrdən bəri ermənilərin arqumentlərinin etibarlı olmaması deputatların böyük əksəriyyətinə aydın oldu. "Ermənistanın mövqeyi yalnız 3 deputat tərəfindən dəstəkləndi, halbuki onlarla deputat öz istəkləri ilə Azərbaycanın mövqeyini dəstəklədi. Bu məndə həqiqi ümid yaratdı ki, ola bilsin, bu gün mən ölkəm üçün tarix yaza bilərəm!",- deyə Süleymanov bildirdi.
Gözlənildiyi kimi və hiyləgər baş katib Saviçkinin proqnozlaşdırdığı kimi, məruzənin adı - "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" ermənilərin qərəzli, faydasız etirazına səbəb oldu. Məruzənin adı səsvermə vasitəsilə təsdiq edildikdən sonra ermənilər Komitə otağının qapılarını çırpdı. Onların mübarizəsi sona çatdı.
Lakin hər şey hələ qabaqda idi! Məruzəçinin təyin edilməsi ən son, lakin şübhəsiz, məruzənin özü başlamazdan əvvəl ən vacib qərar idi. Yeganə namizəd cənab Bob Volter qrup rəhbərləri tərəfindən qeyri-rəsmi qəbul edildi və onun təyin ediləcəyi güman olunurdu. Lakin son məqamda sosialist qrupunun rəhbəri cənab Qross Assambleyanın keçmiş prezidenti cənab Minyonun namizədliyini irəli sürdü..! Komitədə hər kəs keçmiş prezident səlahiyyətinə malik şəxsin daha müvafiq namizəd olduğunu anlayaraq bu təklifə təəccübləndi.
"Bu son gizli hiylə mənim üçün qəbuledilməz idi. Minyon öz prezidentliyi dövründə iki dəfə bu məruzəyə veto qoyduğu üçün onun bu sənədə qarşı çıxacağı məlum idi. Belə bir adam necə məruzəçi kimi təklif oluna bilər? O, bir neçə gün əvvəl namizəd idi, daha sonra geri çəkilir və indi yenidən önə çıxır. Ermənistan nümayəndə heyətinin üzvləri iclasda "iki ölkə arasında dialoqun tərəfdarı olduğu üçün məruzəyə etiraz etdiklərini" bildirərək Minyonun əvvəllər istifadə etdiyi ifadələri eynilə işlətdi. Bu isə onun ermənilərə və erməni diasporuna nə dərəcədə yaxın olduğunu bir daha göstərir",- deyə Süleymanov bildirir. Süleymanov sözlərinə davam edir: "Bundan başqa, məhz o vaxtkı prezident Minyon Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini dayandırmışdı. Belə qərar onun "dialoq tərəfdarı" olmasından irəli gəlirdimi? Minyon yaxşı bilir ki, ermənilər işğal etdikləri ərazilərdə törətdikləri cinayət əməlləri ilə üzləşməmək üçün "dialoqu gücləndirmək" üçün heç bir iclasda iştirak etməyiblər", - deyə Elxan Süleymanov öz nitqini tamamladı.
"Mən komitə iclasında cənab Minyonun qərəzli mövqeyini bütün komitə üzvlərinə ifşa etdim və hamını onu dəstəkləməməyə çağırdım. Səsvermə keçirildi: cənab Volter çox aşağı nəticə ilə, lakin nəhayət ki, ədalətli olaraq 35 lehinə, 32 səs əleyhinə olmaqla, cənab Minyona qalib gəldi!"

Cənab Volter tərəfindən məruzənin və qətnamənin hazırlanması
Cənab Volter Azərbaycan və Ermənistan hökumətlərinə ünvanlanan eyni məktubda hər iki ölkəyə və hər iki tərəfdən işğal edilmiş ərazilərə və təmas xəttinə səfər etmək niyyəti ilə bağlı təklif etdi. O, Azərbaycan hökuməti tərəfindən müvafiq olaraq tam əməkdaşlıq və səfərlərlə təmin edildi. Onun Ermənistan hakimiyyətinə ünvanladığı heç bir müraciətə konkret cavab gəlmədi. Ermənistan onun mümkün səfərlərini müxtəlif əsassız bəhanələrlə yenidən və yenidən təxirə saldı.
Ermənistan strategiyası, həmişə olduğu kimi, 20 ildən bəri status-kvonun saxlanması və mövcud çıxılmaz vəziyyətin aradan qaldırılması ilə bağlı istənilən müzakirəyə icazə verilməməsi barədə təkid edirdi.
Cənab Volter Ermənistanın bu qəbuledilməz davranışını qətnamədə düzgün şəkildə vurğulayır: "Assambleya qeyd edir ki, 600000 məcburi köçkünün regiondan köçkün düşməsi status-kvonun qəbuledilən olmadığına və sırf bir tərəfin xeyrinə "post-faktum" hesab edilmədiyinə dəlalət edir".
AŞPA-nın Siyasi Məsələlər Komitəsi tərəfindən qəbul edilən bu məruzə və qətnamə indi AŞPA-nın rəsmi sənədidir.
Azərbaycanın hər iki məruzədən gözləntiləri nə ola bilər?

Sərsəng məruzəsi
Məruzəçinin faktaraşdırıcı səfərləri və dəyərləndirmələr barədə məruzə etməsi gələcək faciə barədə məlumatlılığı xeyli artıra bilər. Bitərəf beynəlxalq ekspert Sərsəng su anbarının pis vəziyyətdə olduğunu və orada yaşayan minlərlə insan üçün yaratdığı təhlükəni sübut edəcək. Belə olan halda, sanksiyalara çağırış nəticə etibarilə qaçılmaz olacaq və bu, su anbarını ədalətli sahibi olan Azərbaycana qaytarmaq üçün mümkün hərəkətverici qüvvəsi kimi icra edilə bilər.
Su çatışmazlığı yaxın gələcəkdə milyonlarla insanı təhlükəyə atacaq qlobal problemə çevrilməkdədir. Birləşmiş Millətlər Təşkilatı proqnoz verir ki, Azərbaycan 2018-ci ilə qədər dünyada su çatışmazlığından əziyyət çəkən ölkələr arasında 37-ci yerdə olacaq. Beləliklə, bu məruzə istənilən halda çox aktual olacaq.

İşğal olunmuş ərazilərə dair məruzə
Məruzə hazırlamaq barədə yekun qərar və indi məruzəçinin təyin edilməsi ədalət naminə mübarizəmizdə əsas istiqamətdir. Təxminən 10 illik sükutdan sonra işğal edilmiş ərazilərlə bağlı davam etməkdə olan ədalətsizliyə yenidən beynəlxalq siyasi diqqətin yönəldilməsinə nail olmaq həqiqi tarixi qələbədir.
Bu o demək deyil ki, işğal olunmuş ərazilər indi və ya yaxın gələcəkdə azad ediləcək, biz realist olmalıyıq. Lakin bu, əlbəttə, Avropada və dünyanın istənilən hissəsində məlumatlılığı artıracaq ki, ermənilər qonşu dövlət Azərbaycanın beşdə bir hissəsini qanunsuz işğal altında saxlayır və onların etnik təmizləmə siyasəti bir milyon insanın məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bu onların beynəlxalq qərarlara riayət etməkdən imtinasını ifşa edəcək. "Məhz bu səbəbdən ermənilər bu məruzə ilə bağlı belə tərəddüd içərisindədir", - Süleymanov izah edir, - "onlar yaxşı bilir ki, işğal Qorbaçovun rəhbərliyi altında baş verib və o zaman bu işğal bütün qlobal qüvvələr tərəfindən qeyd-şərtsiz təsdiqlənib. Onlar son 20 ildə təcavüzkar adlandırılmamağa nail olublar və indi belə bir məruzədən sonra bunun dəyişəcəyindən açıq-aşkar qorxurlar. Əmin olun ki, onlar bu andan etibarən beynəlxalq hüquqi sənəddə təcavüzkar adlandırılmaqdan dəhşətə gəlirlər!"

Nəticə
"Təşəbbüslərimə dəfələrlə veto qoyulması və onların qarşısının alınması yaddaşımda sürrealist səhnə kimi qalır", - Süleymanov xatırlayır, - "hətta Büro, eləcə də plenar iclas lehinə qərar verdikdən sonra da müzakirə bütün səviyyələrdə davam etdi və elə təəssürat yaranırdı ki, məhkəmə artıq qərar verdikdən sonra da vəkillər müzakirəni davam etdirir. Təsəvvür edin, ermənilər nə dərəcədə ümidsizcəsinə həqiqətlə üz-üzədirlər".
"Lakin bu, ilk növbədə, ölkəm üçün böyük bir gündür", - Elxan Süleymanov təsdiq edir, - "çünki ermənilərin artıq bağlı hesab etdiyi, lakin bizim üçün başlıca əhəmiyyət kəsb edən bu mövzu indi ictimai formada yenilənib. Ümid edirəm ki, digər beynəlxalq təşkilatlar da tezliklə bu məsələ ilə məşğul olacaq və bu mövzunu öz gündəliklərinə daxil edəcək".
"Bundan başqa, biz dünyaya bəyan edirik ki, öz haqlı tələblərimizdən əl çəkmirik və ərazi bütövlüyümüzü həmişə qoruyacağıq. Məruzə qərəzli deyil, bitərəf olarsa, bütün dünya yüz minlərlə məcburi köçkünün başına gələnlərdən xəbərdar olacaq. Ümidvarıq ki, bu, Qərb dünyasının gözünü açacaq və onlar ermənilərin hər zaman irəli sürdüyü dini arqumentlərin rəğbət və dəstək qazanmaq və qonşusunun ərazisini qanunsuz işğal etdiyini ört-basdır etmək üçün saxta bəhanə olduğunu görəcəklər. Din hər bir fərdin şəxsi fəaliyyət qabiliyyətidir və cinayət əməlini ört-basdır etmək üçün sui-istifadə edilə bilməz."
"Son olaraq", - Elxan Süleymanov əlavə edir, - "azərbaycanlı həmyerlilərimə bildirmək istərdim ki, Avropa öz maraqları çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyə məmnundur, lakin vəziyyət mürəkkəbləşdikdə Azərbaycan hər zaman tək qalacaq. Hesab edirəm ki, bizim səmimi və həqiqi dəstəyimiz yoxdur və azərbaycanlılar bunu nəzərə almalıdır!".
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ