Bazar ertəsi günü, 23 noyabr 2026
     

Avropa İttifaqını dağıdan yeni motivlər - ikili standartlar və islamofobiya...

Image


Avropada son dövrlərdə dini ayrıseçkilik və islamofobiyanın baş qaldırdığı heç kimə sirr deyil. Bu hal miqrantların kütləvi şəkildə Avropaya üz tutması fonunda özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Hazırda Avropada yaşanan miqrant böhranı islamofobiyanın burada daha da genişlənməsi ilə müşayiət olunur. Demokratiyadan dəm vuran Avropa dövlətləri isə problemin çözümündə həvəsli görünmür.
Məhz belə bir vaxtda Lüksemburqun xarici işlər naziri Jan Asselborn qaçqınlarla bağlı böhranla əlaqədar Avropa İttifaqının (Aİ) dağılma ehtimalı və Aİ-yə üzv ölkələrin dövlət sərhədlərində nəzarətin bərpa edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edib. Jan Asselborn güman edir ki, həmrəylik əvəzinə əlaqəsizlik hökm sürərsə, Aİ dağıla və bu olduqca tez baş verə bilər.
O, həmçinin, Avropanın 26 ölkəsinin daxil olduğu Şengen zonası üçün də təhlükənin mövcud olduğunu bildirir. Jan Asselborn hesab edir ki, məsələni həll etmək üçün Aİ-nin, ola bilsin ki, yalnız bir neçə ay vaxtı qalıb. Lüksemburq siyasətçisi bildirib ki, Aİ-də yalnız maddi çərçivələrlə məhdudlaşmayan Aİ dəyərlərinin mahiyyətini sonadək dərk etməyənlər hələ də var":Bizi həm də humanitar dəyərlər birləşdirir". Jan Asselbornun fikrincə, yanlış millətçilik əsl müharibəyə səbəb ola bilər. Millətçilik isə Avropada genişlənməkdə davam edir. Elə bu səbəbdəndir ki, Pakistan bu ölkədən Avropaya köçüb getmiş qaçqınların geriyə qəbul edilməsi haqqında Avropa İttifaqı ilə sazişin qüvvəsini dayandırıb. Pakistanın daxili işlər naziri Çoudri Nisar Əli Xan İslamabadda bildirib ki, pakistanlı miqrantların deportasiya edilməsində çox vaxt aşkar pozuntulara yol verilir. Bununla əlaqədar o, Böyük Britaniya istisna olmaqla, Avropa İttifaqının üzvü olan bütün ölkələrlə hazırda qüvvədə olan müqavilənin dondurulduğunu elan edib. Nazirin sözlərinə görə, 2015-ci ilin son aylarında təhlükəli bir meyl müşahidə olunur":Aİ məkanına sənədsiz gedən Pakistan vətəndaşları müvafiq yoxlama aparılmadan terrorçuluqda ittiham edilərək geri qaytarılır".
Bəzi Avropa ölkələri isə artıq miqrantları qəbul edə bilməyəcəklərini bəyan edir. İsveçin ədliyyə və miqrasiya məsələləri naziri Morgan Yuhanson iddia edir ki, ölkəsinin qaçqınların yerləşdirilməsi üçün sığınacaq imkanı artıq yoxdur: "Hazırda ən mühüm problem ondan ibarətdir ki, qaçqınların sayı onları qəbul etmək imkanlarımızı üstələyir. İsveç gələnlərin hamısını sığınacaqla təmin edə bilməz. Bizdə artıq yer yoxdur. Onlar sığınacaq olan Almaniyada qalmaq və ya İsveçə getmək barədə qərarı özləri qəbul edə bilər. Biz çətin vəziyyətdəyik, son günlər bu vəziyyət daha da ağırlaşıb. Ötən həftə biz azalma müşahidə edirdik, lakin son günlər gələnlərin sayı artıb".
Miqrasiya idarəsinin məlumatına görə, son bir həftədə İsveçə 2000 qaçqın gəlib. Bu mütləq rekord rəqəmdir. Cari ilin on ayı ərzində İsveçə gələn qaçqınların sayı hökumətin illik proqnozunu xeyli üstələyib. Hökumət ötən ayın vəziyyətini nəzərə alaraq qaçqınların qəbulu üzrə öz proqnozunu iki dəfə artırıb. Doqquz milyon əhalisi olan İsveç cari ildə 190 min qaçqının gəlməyini gözləyir. Miqrantların çex və alman əleyhdarları isə Bavariyanın Şirndinq şəhərində iki ölkə arasında sərhədlərin tam bağlanması üçün nümayişə çıxıb. Onların fikrincə, sərhəd yoxlamalarının bərpası Avropa İttifaqı ərazisinə miqrantların nəzarətsiz axını şəraitində düzgün qərardır. Alman sosial-demokratlar isə bu fikri pisləyib. Onlar hesab edir ki, vaxtilə "dəmir pərdə" olan yerdə sərhədlərin bağlanması əvvəlki nəsillərin azadlıq haqqında arzularını pozmaq deməkdir. Alman sosial-demokratlar həmçinin vurğulayıblar ki, sərhədlərin yenilənməsini dəstəkləmək məqsədilə keçirilən nümayiş çexlər və almanlar arasındakı səmimi münasibətləri pozmaq cəhdidir.
"Frontex" Avropa Sərhəd Təhlükəsizliyi Agentliyinin məlumatına görə, cari ilin doqquz ayı ərzindən Avropa İttifaqına 710 mindən çox miqrant gəlib. Avropa Komissiyası bildirib ki, indiki miqrasiya böhranı İkinci Dünya müharibəsindən bəri ən iri böhrandır.
Miqrantlara münasibətdə Avropa İttifaqına üzv ölkələr arasında ayrı-seçkiliyin yer alması isə qurumun özünün gələcəyini sual altına alır. Digər tərəfdən ikili standartlar, radikal qüvvələrin Avropanın siyasi həyatında fəal rol oynması da Avropa İttifaqının sonunu yaxınlaşdırır.
Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ