Trend-in məlumatına görə, N.Qule Fransa Milli Yığıncağında Sosialist Partiyası fraksiyasının rəhbəri B.Runun "Le Monde” nəşrində dərc edilmiş məqaləsini şərh edib. B.Ru həmin məqalədə eks-prezident Nikola Sarkozinin Moskvaya səfəri, xüsusilə də sabiq Prezidentin Fransa nümayəndə heyətinin Ukraynanın separatçı regionu Krıma səfərini təqdir etməsi barədə tənqidi fikirlər bildirib.
Fransa Senatının (parlamentin yuxarı palatası) üzvü N.Qule "Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb: "Bruno Le Ru, sizin abır-həyanız yoxdur; Fransanın rəsmi mövqeyini pozmaqla Qarabağa səfər edirsiniz, sonra isə Rusiyaya səfərinə görə NS-i (Nikola Sarkozi - red.) tənqid edirsiniz”.