B.Səfərov bildirib ki, bu dairələri həqiqətən insan haqları maraqlandırsaydı, o zaman onlar bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün pozulan hüquqları ilə bağlı məsələni qaldırardılar.
Onun sözlərinə görə, əslində bu cür qərəzli tədbirlər təşkil etməklə həmin dairələr özləri insan hüquqları və digər ali dəyərlərə qarşı hörmətsizlik edirlər.
İcma sədri vurğulayıb ki, seçkilərə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub. O deyib: "Namizədlərin təbliğat-təşviqat kampaniyası keçirməsi üçün hər cür şərait var. Hər bir dairə üzrə kifayət qədər namizəd seçki marafonuna qoşulub”.