Baki-xeber.com xəbər verir ki, bu fikirləri Secki-2015.az saytına açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
Müşfiq Ələsgərli ötən gün ABŞ-da keçirilən qərəzli tədbirə münasibət bildirərək deyib ki, məsələləri diqqətlə izləyəndə ortaya maraqlı nüanslar çıxır: "Əgər ciddi problem olsaydı, o zaman beynəlxalq jurnalist təşkilatları dinləmələrdə iştirakla deyil, bəyanatlarla çıxış edərdilər. Ancaq gördüyümüz kimi, müxtəlif tədbirlər vasitəsilə bunu etməyə çalışırlar. Orada iştirak edən qurumlara nəzər salsaq görərik ki, onların heç də hamısı jurnalist təşkilatları deyil. Daha dəqiq desək orada iştirak edənlər ABŞ-a bağlı olan qurumlardır. Azərbaycana qarşı qərəz nümayiş etdirən təşkilatların əksəriyyətinin kursu Amerika dairələrindən verilir”.