Bazar ertəsi günü, 23 noyabr 2026
     

Azərbaycanlı alimin Avropa Parlamentinə müraciəti...

Image


Azərbaycan torpaqlarında, yəni İrəvan xanlığı ərazisində qeyri-qanuni bir Ermənistan elan edən ermənilər, tarix boyu qonşularına qarşı dərd-bəla olublar. Oradan-buradan qovulan ermənilər Azərbaycan torpaqlarına yerləşib, azəri türklərini qaçqın və didərgin vəziyyətinə salıblar. Digər bölgələrdən qovulan ermənilər öz planlarını Azərbaycan torpaqlarında mərhələ-mərhələ həyata keçirməyə başlayıblar.
Nəticədə, azəri türklərinin ata-baba yurdu olan İrəvan xanlığında (9.000 kv.km) qeyri-qanuni elan etdikləri Ermənistanın sahəsini bu gün 46,200 kv. km.yə çatdırıblar.
1918-ci il may ayının 28-də müstəqilliyini elan edən Azərbaycan ermənilərin torpaq iddiaları ilə üz-üzə qalıbdır. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olan İrəvan xanlığının (sonradan İrəvan quberniyası) ərazisində, azəri türklərinin ata-baba yurdunda uydurma bir Ermənistan Respublikası qurublar. Yəni, ermənilərin məkrli siyasəti nəticəsində Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhəri olan bir erməni dövləti yaradılıbdır. Beləcə, azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulmaları və onlara qarşı etnik təmizləmə siyasətinin mərhələsi başlanıbdır. Nəticədə, XX əsrin müxtəlif dövrlərində üç milyona yaxın vətəndaşımız öz tarixi torpaqlarından qovuldular, etnik təmizləmə siyasətinin qurbanlarına çevrilərək öz yurd-yuvalarından didərgin salındılar.
Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı mono-etnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsul ilə 1935-1991-ci illərdə "Ermənistanda" minlərlə Azərbaycan toponimi xəritədən silinibdir. Etnik təmizləmə və "Türksüz Ermənistan" uğrunda ermənilərin apardıqları gizli mübarizəyə 1991-ci ildə son qoyuldu. 1991-ci il aprel ayının 19-da L.Ter-Petrosyanın imzaladığı bir fərmanla 97 türk kəndinin adı dəyişdirilib erməniləşdirildi. Yəni "Türksüz Ermənistan" yaradıldı. Artıq Ermənistanda nə bir azərbaycanlı, nə azərbaycanlıların yaşadıqları bir kənd, nə də bu kəndlərin çox qədimdən bəri daşıdıqları türk mənşəli bir ad qalıbdır. Heç şübhəsiz, zaman gələcək bu adlar bərpa olunacaqdır, çünki o yerlər Azərbaycan türkünün ata-baba yurdudur. Tarixi faktlardan aydın olur ki, Ermənistanda toponimlərin çoxu türk mənşəli olubdur. Z.Korkodyanın 1932-ci ildə nəşr olunan "Sovet Ermənistanının əhalisi" adlı kitabında qeydə alınan 2310 yaşayış məntəqəsindən təqribən 2000 türk mənşəlidir. (Z.Korkodyan, "Sovet Ermənistanının əhalisi," Yerevan, 1932, s.162). Türk coğrafi adlarını dəyişdirmək siyasəti inqilabdan sonra yeni vüsət alıb, rəsmi qərarlarla minlərlə qədim tarixi kənd adları qondarma ermənicə adlarla dəyişdirilibdir.
Erməni şovinistlər 1988-1993-cü illərdə planlı şəkildə, bütün dünya ictimaiyyətinin gözü qarşısında son etnik təmizləmə siyasətini həyata keçiriblər. Onlar bu illərdə Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Tərtər (13 kənd),Qazax (7 kənd), Gədəbəy (2 kənd), Ağcabədi (1 kənd), eləcə də Ağstafa, Beyləqan, Tovuz və Naxçıvanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən qovulan Azərbaycan türkünün sayı bir milyonu keçir. Bu faciəvi qorxunc hadisənin baş verməsindən 23 il keçməsinə baxmayaraq, bu insanların çoxu qarğıdan-qamışdan "tikilmiş" yuvalarda yaşamağa davam edirlər. Hərbi təcavüz nəticəsində sənaye və kənd təsərrüfatı obyektləri, texnikumlar, orta məktəblər, uşaq bağçaları, xəstəxanalar, poliklinikalar, təcili yardım stansiyaları, maşın və texnikalar, elektrik stansiyaları, dəmiryolları və dəmiryolu vağzalları ermənilər tərəfindən qəsb edilib, dağıdılıbdır. Ata-baba yurdundan didərgin düşən bir milyondan artıq azəri türkünün evləri, ev əşyaları, maşınları, iş yerləri, mal-qarası ermənilər tərəfindən qarət edilibdir. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini də qəddarlıqla məhv ediblər. Onlar ələ keçirdikləri ərazilərdə 12 muzeyi, 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıb, 40 min muzey sərvətini və eksponatını talan edib, 44 məbəd və 18 məscidi dağıdıblar. Dağıdılan və yandırılan kitabxanalarda 4.600.000 ədəd kitab və misilsiz əlyazma nümunələrini məhv ediblər.
Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda, Azərbaycanın milli mədəniyyət ocaqlarında Çexiya ekspertlərinin apardıqları hesablamalara görə Azərbaycana dəyən zərər 170 milyard dollara yaxındır. Talan və məhv edilən sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri idi. Bütün bunları qeyd etmək bizim üçün o qədər də asan deyildir... Vətən! Bu kəlmə nə qədər sevimli, ülvi və müqəddəsdir; ömrümüzün mənası, həyatımızın zinətidir. Vətən bizim şərəfimiz, vüqarımız və qeyrətimizdir. Vətən kəlməsi nəsildən-nəslə keçərək ürəklərdə yaşamalı, həmişə təravətli qalmalıdır. Bizə qüvvə verən də, torpağa bağlayan da Vətəndir!
Ermənilər Azərbaycandan torpaq tələb edərkən Sovet İttifaqı Konstitusiyasının 78 və 87-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 76, 77, 78 və 84-cü maddələrinə qarşı çıxıb, şovinist düşüncələrini qeyri-insani hərəkətlərlə həyata keçiriblər.
Məlumdur ki, 1988-ci ildə ermənilərin başlatdıqları müharibə nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilibdir. Azərbaycan ərazilərinin işğal edilməsi nəinki şəhər və kəndlərin dağılmasına, eyni zamanda bitki və heyvanat aləminin məhv edilməsinə və bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olubdur. Bu ərazilər işğal olunduqdan indiyə kimi orada mövcud olan təbii sərvətlərin və mədəni-tarixi abidələrin cinayətkarcasına dağıdılması ermənilər tərəfindən davam etdirilməkdədir.
Azərbaycanda rəsmi qeyd olunmuş 14 dövlət qoruğu və bir çox təbii-tarixi abidələr hazırda işğal altındadır.
Qeyd edək ki, qoruqların əsas vəzifəsi mövcud ərazi üçün nadir landşaft, qiymətli heyvan və bitki növlərinin saxlanılması, etalon təbii-ekoloji sistemlərin, həm də həmin regionlara xas olan orqanizmlərin qorunmasıdır.
Hazırda işğal altında qalan qoruqlarımız və təbii-tarixi abidələrimiz bunlardır:
1.Bəsitçay dövlət qoruğu. Əsasən Zəngilan rayonu ərazisində, Bəsitçay ətrafında yerləşən bu qoruq 1974-cü ildə yaradılıbdır. 107 hektar sahəni əhatə edən bu qoruqda qiymətli ağaclardan - Qafqaz vələsi, Gürcüstan palıdı, ardıc, iydə və qədim tarixə malik müxtəlif çinarlar vardır. Bəsitçay qoruğunda diametri 4 metr, hündürlüyü 50 metr, yaşı 170 ilə çatan qiymətli və nadir çinar ağaclarına təsadüf edilirdi. Mütəxəssislərin fikrincə bu çinarların bəzilərinin yaşı 1200-1500 ilə çatır.
2. Qaragöl dövlət qoruğu. Qoruq 1987-ci ildə yaradılıbdır. Dəniz səviyyəsindən 2568 metr yüksəklikdə yerləşən və 300 hektar sahəni əhatə edən bu qoruq əsasən yüksək dağ gölü olan Qaragöl ekoloji sistemindən ibarətdir. Göldə 1967-ci ildən Qırmızı kitaba düşən Göyçə ala-balığı vardır. Qoruğun faunası - 68 cins və 27 növdən, florası - 102 bitki növündən ibarətdir. Qoruğun sərhədləri kənarında nadir və tükənməz olan bitki növlərindən "ezepçuk, al-qırmızı dərman bitkisi" bitir. Bəsitçay və Qaragöl qoruqlarının hazırki ekoloji vəziyyəti çox bərbaddır.
3. Laçın yasaqlığı. İşğal altında qalan yasaqlıqlarımızdan biri Laçın yasaqlığıdır. 1961-ci ildə təşkil olunan bu yasaqlıq 20 min hektar ərazini əhatə edir. Yasaqlığın heyvanat aləmi - Qafqaz qonur ayısı, qaban, bozyar keçisi, dovşan və sairədən ibarətdir.
4. Qubadlı yasaqlığı. Bu yasaqlıq cüyür, bozyar keçisi, Qafqaz qonur ayısı və s. heyvanların mühafizəsi və saylarının artırılması məqsədilə yaradılıbdır.
5. Daşaltı yasaqlığı. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən yasaqlıq 450 hektar ərazini əhatə edir. 1992-ci ildən işğal altında olan bu yasaqlıq hazırda tamamilə məhv edilibdir.
Qarabağın bitki aləmini öyrənmək üçün Ağdərə rayonu ərazisində yaradılan təcrübə-sınaq stansiyasını ermənilər buldozer vasitəsilə yerlə-yeksan ediblər. Bundan başqa Füzuli rayonu yaxınlığında Ərgünəş adlanan yerdə meşə sahəsi, qiymətli ağaclar tamamilə məhv edilibdir.
Hadrut və Tuğ yaşayış məskənlərində olan meşə sahələri tamamilə məhv edilibdir. İşğal altında qalan ərazilərin ekoloji vəziyyətinin gərgin olması haqda kifayət qədər faktlar vardır və bütün bunlar ermənilərin beynəlxalq hüquq qaydalarını pozaraq ekoloji cinayət törətdiklərini bir daha sübuta yetirir. Bununla yanaşı, onlar işğal zonasında təbii sərvətlərin talan edilməsi və mədəni-tarixi abidələrin məhv edilməsi ilə də məşğuldurlar. Məsələn, Füzuli şəhərinin 17 kilometrliyində Quruçay dərəsinin sol sahilində Tuğ çökəkliyində yerləşən, 1,2 milyon il bundan əvvəl əmələ gələn Azıx və Tağlar mağaraları tarixi abidələrin dağıdılması deyilənlərə sübutdur.
Qeyd edək ki, işğal zonasında olan və Füzuli rayonu ərazisində yerləşən Azıx və Tağlar abidələri qədim dövr mədəni abidələri kimi YUNESKO-nun siyahısına düşübdür. Azıx paleolit düşərgəsində aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci il dekabrın 8-də Fransada Parisin İnsan muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilibdir. Təəssüflər olsun ki, erməni vandalizmi nəticəsində Azıx, Tağlar və s. dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz hazırda bərbad vəziyyətdədir. Azıx və Tağlardan başqa, Füzuli rayonu ərazisində yerləşən, tunc dövrünə aid olan Qaraköpəktəpə və Meynətəpə yararsız hala salınıbdır.
Hazırda Şuşa mağarası, Şuşanın qala divarları, Şuşada görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Füzulidə Şah Abbas karvansarası, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və s. yaşayış məskənlərində olan mədəni-tarixi abidələrimiz tamamilə dağıdılıbdır. Qarabağ ərazisində yerləşən qədim Alban kilsələrini ermənilər silah anbarlarına çevirərək yararsız hala salıblar. İşğal olunan ərazilərdə 43-ə qədər hidrometereoloji müşahidə məntəqələri məhv edilibdir ki, bütün bunlar YUNESKO və Ümumdünya Metereoloji Təşkilatının prinsiplərinə ziddir.
Tarixdən məlumdur ki, müharibələr zamanı başqa əraziləri işğal edən hərbçilər təbiət abidələrinə toxunmayıb, təbii gözəlliklərə qıymayıblar. Lakin XXI əsrin astanasında, - ətraf mühitin və təbii-tarixi abidələrin mühafizəsi haqqında beynəlxalq qanunların mövcud olduğu bir dövrdə, Azərbaycan torpaqlarını Ermənistana zorla birləşdirmək istəyən erməni işğalçıları nəinki şəhər və kəndlərimizi dağıdıb, eyni zamanda zəbt etdikləri ərazilərdə bitki və heyvanat aləmini, təbii-tarixi abidələrimizi məhv ediblər.
Qeyd edək ki, 2000-ci ilin oktyabr ayında Tiflisdə Birinci Beynəlxalq Ekologiya Konqresi keçirilibdir. Bu beynəlxalq forumda dünyanın 16 ölkəsindən 48 nümayəndə, o cümlədən Azərbaycan nümayəndələri də iştirak ediblər. Lakin dəvət edilmələrinə baxmayaraq erməni nümayəndələri konqresdə iştirak etməyiblər. Bu beynəlxalq forumda Xəzər və Qara dəniz hövzələrinin ekoloji vəziyyətini, xüsusən Qafqaz regionunda aparılan müharibələrin ətraf mühitə vurduğu zərər, eyni zamanda Qafqazın nadir flora və faunasının məhvolma təhlükəsinin aradan qaldırılması yolları müzakirə olunubdur. Qarabağ bölgəsində erməni işğalı altında qalan 269 min hektar meşə sahəsi qəddarcasına qırdırılıb, nadir bitki və heyvanat aləmi məhv edilibdir. Ermənistan son beş ildə Qarabağ meşələrini qırmaq hesabına 50 mln. kubmetr ağac emal edibdir. Eyni zamanda Ermənistanda fəaliyyət göstərən AES-in radioaktiv tullantıları işğal edilən Qarabağ torpaqlarında basdırılıbdır. Qarabağ bölgəsində törədilən qeyri-insani hərəkətlərin təsiri ilə təbii sərvətlər dağıdılıb, atmosferin, torpağın, suyun çirkləndirilməsi, qiymətli bitkilərin məhv edilməsi, meşə sahələrinin azaldılması nəticəsində işğal olunan ərazilərdə ekoloji fəlakətlər qlobal xarakter daşıyır.
Ətraf mühitə, təbii-tarixi abidələrə qarşı törədilən qeyri-insani hərəkətlər beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, beynəlxalq cinayət hesab olunur. Yəni ermənilərin bizim ərazilərimizdə törətdikləri ekoloji cinayətlər hüquq təşkilatları tərəfindən cəzalandırılmalıdır.
Qeyd edək ki, 1992-ci ilin iyununda Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində BMT-nin "Ətraf mühit və inkişaf" haqqında keçirdiyi konfransda ətraf mühitin mühafizəsi ilə bağlı 27 prinsipdən ibarət beynəlxalq "Bəyannamə" qəbul olunmuşdur. Bu sənədin 23-cü prinsipində deyilir: "Başqa xalqın əsarəti şəraitində olan, işğal altında qalan ətraf mühit və xalqın təbii sərvətləri qorunmalıdır". Bəyannamənin 24-cü prinsipində isə silahlı münaqişə şəraitində ətraf mühitin qorunması məsələsi beynəlxalq hüquq baxımından daha ciddi qoyulubdur":Müharibə öz mahiyyəti etibarilə sabit inkişafı pozur. Buna görə dövlətlər silahlı münaqişə dövründə ətraf mühitin mühafizəsini təmin etməli, beynəlxalq hüquq qaydalarına hörmət etməlidir".
Yuxarıda göstərilən beynəlxalq prinsipləri əsas tutaraq deyə bilərik ki, Ermənistanın bizim ərazimizdə törətdiyi qeyri-insani hərəkətlər beynəlxalq qanunlara görə ekoloji cinayətdir. Qədəm qoyduğumuz XXI əsrdə təbiət və cəmiyyətin qarşılıqlı münasibətlərin tənzimlənməsi, ətraf mühitin qorunması bəşəriyyətin gələcəyi deməkdir. Meşələrin amansızcasına qırılması, heyvanatın bəzi növlərinin yer üzündən silinməsi təbiətdəki ahəngdarlığı pozur, cəmiyyətə sirayət edir, insanların mənəviyyatına mənfi təsir göstərir.
Heç şübhəsiz, insanlığın yaranma nöqtəsindən biri olan Qarabağ göz bəbəyi kimi qorunmalıdır! Fəqət, Qarabağda yerləşən Azıx və Tağlar qədim dövr abidələri maddi-mədəniyyət nümunələri kimi 1981-ci il dekabr ayının 8-də Fransada Parisin insan muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilən və qədim dövr abidələri kimi YUNESKO-nun siyahısına düşən bu abidələr hazırda Ermənistan tərəfindən bərbad, yararsız hala gətirilibdir!
Bütün dünyanın gözü qarşısında ermənilərin törətdikləri qeyri-insani hərəkətlərə BMT, AB kimi beynəlxalq quruluşlar lazım olan qiyməti verməyiblər. Doğrudur, BMT Təhlükəsizlik Şurası bu mövzuda dörd dəfə! ? 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edibdir. Fəqət dünyanın ən başda gələn təşkilatının qəbul etdiyi bu qərarlar qərar olaraq qalır. Yəni dünyanın ən gözəl bölgələrindən biri olan Qarabağ bölgəsi ermənilərin tapdağı altında qalmağa davam edir, güclü dövlətlər başda olmaqla bütün dünya ictimaiyyəti də bu gözəl bölgənin ermənilər tərəfindən yandırılıb-yaxılmasını uzaqdan seyr edirlər. Doğrudur, Avropa Şurası 25 yanvar 2005-ci il tarixli 1416 saylı qərarında Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında tutduqlarını qeyd edibdir. Fəqət... Bu da bir həqiqətdir ki, bu hadisələrə seyrçi qalan Qərb dövlətləri ermənilərin törətdikləri qətliamlara və işğal hərəkətlərinə qarşı ciddi reaksiya göstərmirlər. İngilis hökuməti Xocalı qətliamını hərtərəfli incələyib, ermənilərin törətdikləri qətliamı insanlığa qarşı törədilən bir cinayət olaraq qəbul edib, fəqət bu cinayəti törədənlərin cəzalandırılması istiqamətdə heç bir hərəkət etməyibdir. ABŞ Konqresinin Beynəlxalq Əlaqələr Komissiyasının üzvü dr.Barton, konqresi Xocalı soyqırımını tanımağa çağırıb və təmsilçilər quruluşunun iclasındakı çıxışında, "ABŞ Konqresi Xocalı soyqırımını tanımaqla beynəlxalq cəmiyyətin uzun illərdən bəri bu mövzu ilə əlaqəli səssizliyini pozacaqdır"? deyibdir. Göründüyü kimi, yuxarıda qeyd etdiklərimiz bəzi rəsmi şəxslər tərəfindən sözdə ifadə edilir, amma BMT-nin 23 il bundan əvvəl qəbul etdiyi qətnamələr hələ də nəticəsiz qalır. Bütün bunlara baxmayaraq biz, Ermənistanın Qarabağ bölgəsində törətdiyi qeyri-insani hərəkətlər beynəlxalq qanunlara zidd olduğuna görə, Ermənistanın ciddiyyətlə cəzalandırılmasına və BMT Təhlükəsizlik Şurasının ? 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə Avropa Parlamentinin yardımçı olacağına ümid edirik.
Təbiətə, ətraf mühitə doğma münasibət bəşər övladının müqəddəs borcudur!
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ