Bazar ertəsi günü, 23 noyabr 2026
     

Prezidentin MTN üzərindən bəlli (?) şəxslərə mesajı - "Gözümün işığı da olsa..."

Image


Bağışlanmaq limiti kimlər üçün bitdi?

Özəl sektorun inkişafına, xüsusən də bu sektorun əsas təmsilçiləri olan sahibkarların genişmiqyaslı fəaliyyətinə münbit şərait yaradılması daim hökumətin iqtisadi siyasətinin əsas prioritetləri sırasında yer alıb. Bunu Prezident İlham Əliyevin sosial-iqtisadi məsələlərlə bağlı çıxışlarında da aydın sezmək olar. Sahibkarlığın inkişafını daim ön plana çəkən Prezident buna maneçilik yaradanların, xüsusən də məmurların sərt şəkildə cəzalandırılacağını da hər zaman açıq bəyan edib.
Qeyd edilənlərin əyani təsdiqi isə Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən proseslərin timsalında özünü aydın şəkildə tapdı.
Çoxları üçün toxunulmaz görünən milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun çevrəsində yer alanlar məhz sahibkarların başına olmazın oyunlar açdıqlarına görə sərt şəkildə cəzalandırıldılar.
İllər uzunu sahibkarlara qan udduran Eldar Mahmudov və ətrafındakı komandanın qanunsuzluğu indinin özündə də geniş araşdırma predmetidir. Bu mənada tamamilə gözləmək olar ki, qanun pozuntularına yol verənlərin cəzalandırılması prosesi davam edəcək. Yayılan bilgilərdən isə belə bəlli olur ki, Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz olaraq böyük məbləğdə vəsait ödəməyə məcbur edilmiş sahibkarlar artıq Baş Prokurorluq yanında istintaq-əməliyyat qrupuna müraciət ediblər. Xatırladaq ki, MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
Artıq MTN-in 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Onu da xatırladaq ki, MTN-in həbs olunan vəzifəli əməkdaşları tərəfindən təzyiqlərə məruz qalan bəzi sahibkarların açıqlama və videogörüntüləri artıq yayımlanıb. Bütün bunlar bir daha onu göstərir ki, Eldar Mahmudovun dövründə MTN-də sabiq nazirə yaxın adamlardan sahibkarları soymaq üçün qrup yaradılıb və məhz onların fəaliyyəti sahibkarlığa kifayət qədər ciddi zərbə olub. Bu isə həm də ümumilikdə özəl sektorun qarşısında çəkilmiş səddə çevrilib. Amma necə deyərlər, haqq nazilər, üzülməz. Eldar Mahmudov və komandası da məlum əməlləri qarşılığındı əvvəl-axır layiqli cəzasını almalı idi və aldı da. Sahibkarlar üçün yaratdıqları problemə görə MTN-in müəyyən əməkdaşları barəsində artıq istintaq hərəkətləri başlanıb. Cəzalar isə qanunvericilik çərçivəsində və təbii ki, kifayət qədər sərt olacaq.
O da aydındır ki, sahibkarlara qan uddurduğuna görə sərt cəzalanan MTN-çilərlə bağlı olay sahibkarlıq fəaliyyətinə hansısa formada müdaxilə imkanları olan digər dövlət qurumları üçün də çox ciddi dərs oldu. Bir halda ki, yalnız Prezident qarşısında hesabat verən və mövqeyi digər strukturlarla müqayisədə kifayət qədər ciddi olan MTN-i sahibkarlığa müdaxiləyə görə dövlət başçısı sərt cəzalandırdı, digər qurumların iş adamlarının fəaliyyətinə hər hansı mənfi rakursda təsiri onların da cəzadan kənarda qalmayacağını deməyə əsas verir. Özü də bu cəzaların kifayət qədər sərt olacağı da artıq hər bir dövlət qurumuna tam aydındır.
İndi sahibkarlıq fəaliyyətini araşdıra bilən istənilən dövlət qurumu, o cümlədən hüquq-mühafizə orqanları daha yaxşı bilir ki, istənilən qanunsuzluq mütləq şəkildə cəzalandırılacaq. Çünki sahibkarlarla bağlı məsələ birbaşa Prezidentin nəzarəti altındadır. Prezident isə sahibkarların fəaliyyətinin genişlənməsi üçün son günlərdə daha bir neçə konkret addım atdı. Məsələn, sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandı. "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərmanla isə sahibkarların daha bir problemi çözüldü. Qeyd edək ki, sənəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq. Artıq xüsusi razılıq tələb edən fəaliyyətlə məşğul olmaq istəyən sahibkardan bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə durmaq, nə də çoxlu sənəd toplamaq tələb ediləcək.
Sahibkarlar müvafiq elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaq. Prezidentin bu diqqətindən və MTN ətrafında baş verənlərdən sonra hansısa dövlət qurumunun və vəzifəli şəxslərin sahibkarlara cüzi maneə yaratması isə onlara baha başa gələcək. Bu mənada MTN-dəki cinayətkar "ÇT"nin darmadağın edilməsi və bu işdə Prezidentin şəxsi qətiyyəti sahibkarlarla bu və ya digər kontaktı olan bütün digər dövlət qurumlarına aydın bir mesaj sayıla bilər: "Gözümün işığı da olsa, sahibkarlara qarşı soyğunçuluq edənləri bağışlamaq yoxdur".
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ