Azərbaycanda parlament seçkilərinin xalqın iradəsinə uyğun və demokratik şəkildə keçiriləcəyinə inanırıq. Çünki ölkəniz bu istiqamətdə müsbət təcrübəyə sahibdir.
Bunu Secki-2015.az saytına açıqlamasında London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Onur Öymen deyib.
Azərbaycanın sürətlə inkşaf edən ölkə olduğunu qeyd edən O.Öymen bildirib: "Bu inkişaf sosial sferaya təsir etdiyi kimi, siyasi sahəyə də müsbət təsir göstərir. Bu baxımdan, seçkilərin gözəl bir nümunə olacağını hesab edirəm”.