"Hakim partiyanın namizədlərinə alternativ görmürəm". Bu sözləri müstəqil sosioloq, dəfələrlə müxtəlif sosioloji araşdırmaların keçirilməsində yaxından iştirak etmiş Əli Əliyev Secki-2015.az saytının qarşıdakı parlament seçkiləri ilə bağlı suallarını cavablandırarkən deyib.
Müxalifətin iddialarına gəlincə, sosioloq bildirir ki, onun müşahidə etdiyi əksər seçkilər zamanı sözügedən düşərgə daim əsassız arqumentlərdən və yalanlardan yararlanmağaçalışıb. O deyib: "Əgər xatırlayırsınızsa ötən prezident seçkilərində Azadlıq qəzetinin saytı məlumat yaymışdı ki, guya dünyaca məşhur GELLAP sosioloji araşdırma xidməti bizdə sorğu keçirib və sən demə müxalifətin vahid lideri "öndə” imiş. Halbuki reallıq tamam başqa idi. O zaman mən GELLAP-ın əsas ofisi ilə əlaqə saxladım və mənə bildirdilər ki, onlar bu arada Azərbaycanda heç bir sorğu keçirməyiblər. Mən bunu jurnalistlərin diqqətinə çatdırsam da, Azadlıqın əməkdaşları adi üzrxahlıq belə etmədilər. Onlar həmişə cəmiyəti çaşdırmağa çalışıblar”.
Sosioloq qeyd edib ki, son on ildə müxalifət təmsilçilərinin reytinqi ən yaxşı halda 3 faizdən çox olmayıb. Bu, siyasi iflas və ya elektoratın tam itirilməsidir.