Bazar günü günü, 22 noyabr 2026
     

Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

Image


İranın Yəməndə dəstəklədiyi husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna zərbə endirib. Bu hücum Səudiyyənin təşəbbüsü ilə yaradılmış yeni hərbi alyansın üzvlərinin münaqişəyə cəlb olunması riskini artırıb. Husilər Yəmən hökumətinin nəzarətində olan liman şəhərinə də hücum ediblər. Bütün bunlar BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə əldə olunmuş atəşkəsi daha da zəiflədib.

Səudiyyə Ərəbistanının Cizan şəhərində "Saudi Aramco" şirkətinə məxsus neft emalı zavodunda yanğın baş verdiyini Səudiyyənin Energetika Nazirliyi təsdiqləyib. Yanğın söndürülüb, xəsarət alan olmayıb. Nazirlik yanğının səbəbini göstərməyib. Bundan əvvəl Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanla müdafiə paktı imzalayıb. Bu addım ABŞ və İsrailin İranla müharibəsinin yaratdığı regional təhlükələrə cavab olaraq atılıb. Sazişə görə, üç ölkədən hər hansı birinə silahlı hücum onların hamısına hücum sayılır. Bu prinsip NATO müqaviləsinin 5-ci maddəsinə bənzəyir. Yəmən hökumətinin hərbi mənbələri isə bildiriblər ki, husilərin kritik Bab əl-Məndəb boğazı yaxınlığındakı Moxa limanına dron və raket hücumundan azı 11 nəfər həlak olub, 20 nəfər yaralanıb. Yəmən Yaxın Şərqdə ən yoxsul ölkə sayılır. 2014-cü ildə husilər paytaxt Sənanı ələ keçirərək beynəlxalq səviyyədə tanınan hökuməti hakimiyyətdən salıb. Ölkədə vətəndaş müharibəsi başlayıb. Tehranın dəstəklədiyi bu qruplaşma hazırda ölkənin şimal-qərbinin böyük hissəsinə, Qırmızı dənizdə Hüdeydə kimi ərzaq və yanacaq tədarükü üçün vacib limanlara nəzarət edir. Sünnilərin idarə etdiyi Səudiyyə Ərəbistanı ilə əhalisinin əksəriyyəti şiə olan İran uzun illərdir Yaxın Şərqdə geosiyasi və dini təsir uğrunda rəqabət aparırlar. Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər, krallığın tankerlərinə və neft infrastrukturuna zərbələr endirirlər. İran da Hörmüz boğazını blokadada saxlayır. Yəmən hərəkatı isə Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin Məkkədə kollektiv hərbi cavab bəndini özündə birləşdirən tarixi müdafiə müqaviləsi imzalamasından bir neçə gün sonra hücumlarını əhəmiyyətli dərəcədə artırdı. Husilər, Ankara, Ər-Riyad və İslamabad arasında danışıqlar prosesinin elementlərindən birinin Bab əl-Məndəb boğazının müdafiəsi olduğu nəzərə alındıqda, vəziyyət daha da qəlizləşir. Məkkə müqaviləsini şərh edən Husi hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat, Səudiyyə Ərəbistanının Yəmənə qarşı siyasətini dəstəkləyən hər hansı bir ölkənin də təcavüzkar olduğunu vurğulayıb.

Pakistan Bab əl-Məndəb boğazı ilə bağlı sərt mövqe tutaraq, ərazidə onun bayrağı altında üzən gəmilərə edilən hər hansı bir hücumun milli təhlükəsizliyə təhdid hesab ediləcəyini bəyan edib. Bu hallara baxmayaraq, Pakistan tankerləri Bab əl-Məndəbdən nümayişkaranə şəkildə tranzit etməyə davam edir. Bu arada, Türkiyə Qırmızı dəniz təhlükəsizliyi ilə bağlı məsləhətləşmələrdə fəal iştirak nümayiş etdirib və naviqasiya təhlükəsizliyini təmin etmək üçün koalisiya səylərinə töhfə verməyə hazır olduğunu bildirib. Türkiyənin Səudiyyə Ərəbistanının Qırmızı dənizi qorumaq üçün yaratmağa çalışdığı beynəlxalq dəniz koalisiyasının hərbi və texniki imkanlarını artırması mümkündür. Ər-Riyadın dəstəklədiyi Yəmən mərkəzi hökuməti Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı ittifaqı alqışladı. O, çox güman ki, ittifaq tərəfdaşları ilə gücləndirilmiş hərbi koordinasiya nəzərə alınmaqla, Səudiyyə Ərəbistanının husilərə qarşı quru əməliyyatını gücləndirmək üçün daha çox maliyyə, kəşfiyyat və lojistik dəstək verə biləcəyinə ümid edir. Bundan əlavə, Ər-Riyadın Məkkə Sazişinin digər tərəfləri tərəfindən Yəmən mərkəzi hökumətinin Baş Qərargahına təqdim edilən peyk və radar kəşfiyyat məlumatlarını paylaşması gözlənilir. Mənbələr Qətərin “The Middle East Eye” portalına bildiriblər ki, iyul ayında husilər Səudiyyə Ərəbistanının dəniz limanlarını blokadaya aldıqdan sonra Səudiyyə Ərəbistanının hakim palatası Yəməndə tammiqyaslı müharibəni bərpa etməyi nəzərdən keçirib. Onların sözlərinə görə, Ər-Riyad İranın Bab əl-Məndəb boğazında husilər vasitəsilə mövqeyini gücləndirməsinin qarşısını almaq üçün müxtəlif variantları araşdırır. Bir neçə məlumata görə, Ənsarullahın Səudiyyə limanlarına tətbiq etdiyi blokada İranın təzyiqinin nəticəsi olub. Əslində, Tehran hazırda qonşu Məsqətlə aralarında gərgin danışıqların mövzusu olan Hörmüz bölgəsində olduğu kimi, Bab əl-Məndəb boğazında da eyni gəmiçilik məhdudiyyətləri rejimini tətbiq etmək istəyir. Yəməndə Husi üsyançıları ilə mərkəzi hökumət ordusu arasında quru döyüşləri artıq davam edir. Yəmən ordusunun sözçüsü polkovnik Məcid ən-Nuzeyli bu yaxınlarda bildirib ki, "Silahlı qüvvələrimiz təmas xətti boyunca bir neçə istiqamətdə Husi milislərinin qüvvələrinə və aktivlərinə qarşı hərbi əməliyyat keçirib". O, bu əməliyyatların Husi hücumuna cavab olduğunu bildirib. Mərkəzi hökumət sözçüsü vurğulayıb ki, cəbhənin istənilən hissəsinə edilən hücum bütün hökumət mövqelərinə edilən hücum kimi qiymətləndiriləcək. Əl-Nuzeyli Yəməndəki silahlı münaqişənin şiddətlənməsinə görə Husi üzvləri və onların xarici sponsorlarının tam məsuliyyət daşıdığını bildirib. Bundan əlavə, hərbi sözçü üsyançıları xarici maraqları daha da artırmaq üçün Yəməndəki münaqişələrə cəlb etməyə çalışmaqda günahlandırıb və Yəmən qəbilələrini dövlət qurumlarını bərpa etmək üçün qanuni hökumətin ətrafında birləşməyə çağırıb. BMT Baş katibinin Respublika üzrə xüsusi elçisi Hans Qrundberq bildirib ki, "Yəmən bu gün BMT-nin vasitəçiliyi ilə 2022-ci ilin aprel ayında əldə edilən atəşkəsdən bəri ən böyük tammiqyaslı münaqişənin yenidən başlama riski ilə üzləşir". O əlavə edib ki, eskalasiya 2022-ci il atəşkəsinin nailiyyətlərini təhlükə altına qoyaraq ölkəni xalqı üçün dağıdıcı nəticələrə səbəb olan daha geniş regional qarşıdurmaya sürükləmək riskini daşıyır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ