çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Türkiyə Ukrayna müharibəsində neytrallığına son qoyur...

Image


Mehmet Gökhan Özçubukçu: “Bunu yalnız Türkiyənin birtərəfli qaydada qəbul etdiyi qərar kimi qiymətləndirmək doğru olmaz”

ABŞ Dövlət Departamenti hazırda Türkiyədə olan 12 ədəd M270 buraxılış qurğusunu, 70 ədəd ATACMS yer-yer ballistik raketini, kaset sursatını və mərmiləri Ukraynaya təhvil vermək niyyətindədir. Silah göndərişinin dəyəri 28 milyon dollardır. Dövlət Departamenti bu barədə ABŞ Konqresini məlumatlandırıb.

Nazirlik qeyd edib ki, ABŞ "hərbi, siyasi və iqtisadi amilləri nəzərə alaraq" təhvil verməyə icazə verməyə hazırdır və çatdırılmanın özü ABŞ-ın təhlükəsizlik yardımı məqsədlərinə cavab verir. Beləliklə, Türkiyə köhnəlmiş silah ehtiyatlarını azaldacaq.

Avqustun 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ABŞ-dan Amerika istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri üçün aylıq raketlər alacağını açıqlayıb. O bildirib ki, çatdırılmalara baxmayaraq, bu raketlər ölkənin ballistik hücumlardan müdafiəsi üçün hələ də kifayət etməyəcək.

Avqustun 1-də Zelenski Ukraynanın hava hücumundan müdafiə raketlərinin tükəndiyini və ordusunun artıq Rusiya ballistik raketlərini vura bilməyəcəyini açıqlayıb.

Belə başa düşmək olarmı ki, Türkiyə Ukrayna-Rusiya müharibəsində neytrallığını kənara qoyur və artıq

Türkiyə də Ukraynanın silahlanmasıda iştirak edir? Türkiyə Ukrayna-Rusiya müharibəsində neytrallığa son qoyubmu? Bu dəyişiklik nə ilə bağlıdır? Bu dəyişiklik doğrudanda Türkiyənin neytrallığına son qoyursa bu vəziyyət Rusiyanın məğlubiyyəti prosesinin başlandığını artıq qəti şəkildə söyləməyə əsas verirmi?

Beynəlxalq münasibətlər mütəxəssisi Mehmet Gökhan Özçubukçu “Mənim fikrimcə, bu hadisəni birbaşa “Türkiyə Ukrayna-Rusiya müharibəsində neytrallığını tərk etdi” kimi şərh etmək hazırkı mərhələdə həddindən artıq qəti qiymətləndirmə olardı. Bununla belə, Türkiyənin müharibənin başlanğıcından etibarən yürütdüyü siyasətdə əhəmiyyətli bir dönüşüm baş verdiyini və Ankaranın Ukraynaya verdiyi müdafiə dəstəyinin artıq daha irəli mərhələyə keçə biləcəyini söyləmək mümkündür”-deyə baki-xeber.com-a bildirdi.

Mehmet Gökhan Özçubukçunun sözlərinə görə, ilk növbədə, Türkiyənin müharibə boyunca həyata keçirdiyi siyasət klassik mənada tam neytrallıq siyasəti olmayıb. “Ankara Rusiyanın Ukrayna ərazisinə qarşı hərbi müdaxiləsini tanımamış, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmiş və Ukraynaya müdafiə sənayesi məhsulları təqdim etmişdir. Bununla yanaşı, Rusiya ilə diplomatik və iqtisadi əlaqələrini də qoruyub saxlamış, Qara dənizdə Montrö Konvensiyası çərçivəsində hərbi gəmilərin keçidi ilə bağlı qaydaları tətbiq etmiş və özünü hər iki tərəf arasında əlaqənin qurula bildiyi bir aktor kimi mövqeləndirmişdir. Buna görə də Türkiyənin yanaşmasını “neytrallıq”dan daha çox aktiv balans siyasəti və çoxşaxəli diplomatiya kimi xarakterizə etmək daha doğru olar.

Yeni inkişafın əhəmiyyəti isə Türkiyənin arsenalında olan ABŞ istehsalı M270 sistemlərinin və ATACMS raketlərinin Ukraynaya ötürülməsinin gündəmə gəlməsindən qaynaqlanır. Burada xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, bunu yalnız Türkiyənin birtərəfli qaydada qəbul etdiyi qərar kimi qiymətləndirmək doğru olmaz. ABŞ rəsmilərinin Konqresə təqdim etdiyi bildiriş göstərir ki, sözügedən transfer Amerika Birləşmiş Ştatlarının ixrac nəzarəti və yenidən transfer mexanizmləri çərçivəsində həyata keçirilir. Buna görə də məsələ Türkiyə-ABŞ-Ukrayna münasibətləri ilə yanaşı, NATO daxilində müdafiə sahəsində əməkdaşlıq kontekstində də qiymətləndirilməlidir.

Bu inkişafın arxasında bir neçə əsas amil dayanır. Birincisi, Türkiyənin müdafiə sənayesi imkanları son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib və Ankara müdafiə məhsulları baxımından yalnız xaricdən sistemlər əldə edən deyil, eyni zamanda beynəlxalq təhlükəsizlik sistemində təchizatçı mövqeyinə yüksələn bir aktora çevrilib. Bu vəziyyət Türkiyəyə malik olduğu köhnə və ya əməliyyat baxımından prioriteti azalan bəzi sistemləri digər platformalarla əvəz etmək və mövcud arsenalını yenidən təşkil etmək imkanı verir”.

Mehmet Gökhan Özçubukçunun bildirdiyinə görə, ikinci amil Türkiyənin Ukrayna siyasətinin yalnız Rusiyaya qarşı mövqe kimi izah edilə bilməməsidir. “Ankara baxımından Ukraynanın ərazi bütövlüyünün qorunması, Qara dənizdə güc balansının davam etdirilməsi və Rusiyanın regional nüfuzunun məhdudiyyətsiz şəkildə genişlənməməsi mühüm təhlükəsizlik parametrləridir. Bununla yanaşı, Türkiyə Rusiya ilə birbaşa qarşıdurmaya getmək və ya Moskva ilə bütün kommunikasiya kanallarının bağlanmasını da istəmir. Nitekim Ankara bir tərəfdən Ukrayna ilə müdafiə sahəsində münasibətlərini davam etdirərkən, digər tərəfdən Rusiya-Ukrayna danışıqlarının yenidən canlandırılması üçün diplomatik səylər göstərir. Prezident Administrasiyası tərəfindən 2026-cı ilin aprelində verilən açıqlamada da Türkiyənin İstanbul Prosesi və davamlı həll istiqamətində diplomatik təşəbbüslərə əhəmiyyət verdiyi açıq şəkildə ortaya qoyulmuşdur.

Bu səbəbdən sözügedən inkişafı “Türkiyə artıq Rusiyaya qarşı müharibəyə qoşulur” kimi qiymətləndirmək də doğru deyil. Silah transferi ilə müharibənin birbaşa tərəfi olmaq arasında hüquqi, siyasi və strateji baxımdan mühüm fərq mövcuddur. Türkiyənin Ukraynaya verdiyi hərbi dəstəyin artması Ankaranın Rusiya ilə münasibətlərindən tamamilə imtina etdiyi anlamına gəlmir. Əksinə, Türkiyənin əsas yanaşması, zərurət yarandıqda Ukraynanın müdafiə qabiliyyətini dəstəkləməklə yanaşı, Moskva ilə diplomatik və iqtisadi kommunikasiya kanallarını açıq saxlamaq kimi görünür.

Eyni səbəbdən bu inkişafdan çıxış edərək “Rusiyanın məğlubiyyət prosesi qəti şəkildə başlayıb” nəticəsinə gəlmək də mümkün deyil. Müharibələrin nəticəsini tək bir silah sistemi və ya bir ölkənin qərarı müəyyən etmir. ATACMS və M270 kimi sistemlərin Ukraynanın əməliyyat qabiliyyətinə töhfə verməsi mümkündür, lakin müharibənin yekun nəticəsini müəyyən edəcək amillər daha geniş hərbi, iqtisadi, demoqrafik, diplomatik və siyasi sistemdən asılı olacaq. Bundan əlavə, Türkiyənin belə bir transferi Rusiya baxımından mühüm siyasi mesaj daşısa da, təkbaşına Moskvanın strateji məğlubiyyətinin göstəricisi kimi qəbul edilə bilməz.

Bu baxımdan mənim qiymətləndirməm belədir: Türkiyənin Ukrayna siyasətində yeni mərhələyə keçdiyini göstərən əlamətlər güclənməkdədir, lakin bu, Türkiyənin balans siyasətini tamamilə tərk etdiyi anlamına gəlmir. Ankaranın yanaşmasında daha aydın şəkildə “Ukraynanın müdafiə qabiliyyətinin dəstəklənməsi” istiqaməti ön plana çıxarkən, eyni zamanda diplomatik vasitəçilik və Rusiya ilə kommunikasiya kanallarının qorunması siyasəti də davam edir. Türkiyənin qarşıdakı dövrdə əsas strateji seçimi Ukraynanın təhlükəsizliyini dəstəkləmək ilə Rusiya ilə birbaşa qarşıdurmaya getmək arasındakı xətti idarə edə bilmək olacaq. Bu baxımdan sözügedən inkişaf Türkiyənin tərəf dəyişdirməsindən daha çox, balans siyasətinin daha çox təhlükəsizlikyönümlü və daha çevik şəkildə yenidən kalibrasiya edilməsi kimi qiymətləndirilə bilər”-deyə Mehmet Gökhan Özçubukçu bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ