Rusiyalı deputatları NATO-nun Avropada təlimlərini müdafiə məşqindən çox təhlükə və provokasiya adlandırıb. Swift Response 15 adlı müharibə oyunlarında 11 NATO ölkəsindən 5 min əsgər iştirak edir. Onlar Almaniya, İtaliya, Bolqarıstan və Rumıniya üzərində uçuşlar həyata keçirilər. Təlimlər avqustun 15-dən sentyabrın 13-dək davam edəcək.
ABŞ ordusu oyunları avqustun 18-də elan edəndə məqsədin "yüksək hazırlığı” və "güclü və təhlükəsiz Avropanı saxlamaq” bacarığını nümayiş etdirmək olduğunu deyib.
Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Komoyedov isə avqustun 19-dan söyləyib ki, Rusiya da cavabında qüvvələrini "həyəcan” durumunda saxlayır. Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçyov isə bildirib ki, bu təlimlər Ukraynanın şərqində son gərginliyi daha da qızışdırır.
Bu arada yayılan məlumatlara görə, ABŞ Türkiyə də daxil olmaqla NATO müttəfiqlərinin ballistik raketlərdən müdafiəsi üçün Aralıq dənizinə "İcis” (Aegis) raket hücumundan müdafiə sisteminin quraşdırıldığı əlavə gəmi göndərəcək.
Amerika Hərbi Dəniz Donanmasının nümayəndəsi Pamela Rou bildirib ki, gəmi payızda yerləşdiriləcək və beləliklə Aralıq dənizində "İcis” sistemli gəmilərin sayı dördə çatacaq: "Bu dörd gəminin yerləşdirilməsi "Avropa mərhələli adaptasiya yanaşması”nın (EPAA) bir hissəsidir. "İcis” sistemi ilə təchiz olunan gəmilər və yerüstü obyektlər Avropanı Yaxın Şərqdə yaranan raket təhlükələrindən müdafiə etmək üçün nəzərdə tutulub”.
Baki-xeber.com