Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycandan Türkiyəyə gedənlərin say azalmasında terror təşkilatlarının rolu...

Image


Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyədə yeni hökumətin yaradılmaması bu ölkə iqtisadiyyatına əvvəlki kimi mənfi təsir edir. Eləcə də İŞİD və PKK terrorçularının fəaliyyəti ölkənin turizm sektorundan gəlirlərini azaldır. Azərbaycandan da Türkiyəyə istirahətə üz tutanlar artıq bu ölkəyə səfərlərini təxirə salmağa başlayıblar.
Turizm şirkətləri qonşu ölkəyə satılan turpaketlərə müraciətlərin əvvəlki günlərlə müqayisədə azaldığını deyir. Hətta bir sıra vətəndaşların öz səfərini başa vurmadan geri qayıtdığı deyilir. Türkiyənin bir sıra turizm şirkətlərinin otellər üçün rezervasiyaları ləğv etdiyi də gələn xəbərlər sırasındadır.
Xatırladaq ki, Türkiyə turizm sahəsində ən çox gəlir əldə edən ölkələrdən biridir. Xüsusilə də yay mövsümündə bura Rusiyadan, həmçinin Azərbaycandan gələn turistlər çoxluq təşkil edir. Lakin indi vəziyyət dəyişir. Azalma isə tək Azərbaycandan gedən turistlərin deyil, digər qonşu ölkələrdən səfər edənlərin sayında da müşahidə olunur. Türkiyədə koalisiya hökumətinin qurulması üçün müzakirələrin nəticə verməməsi isə ölkənin milli valyutasına daha çox zərbə vurub. Belə vəziyyətdə Türkiyə erkən seçkilərin keçirilməsini tezləşdirə bilər. Koalisiya görüşlərindən bir nəticə alınmadığından, yenidən seçki keçirilməsi üçün lazım olan 90 günlük vaxt avqustun 23-dən başlayacaq. Parlament bu vaxta müdaxilə edərək 90 günü gözləmədən seçki tarixini erkən bir vaxtda da müəyyən edə bilər. Bunun üçün parlamentdə fövqəladə iclas keçirilərək seçki qərarı qəbul olunmalıdır. AKP iqtidarının məhz bu metoddan istifadə etməsi gözlənir.
Bu arada qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı ona həvalə olunan səlahiyyətlərini təhvil verib. Prezident Rəcəb Tayyib Ərdoğanla 1 saat 25 dəqiqə sürən görüşdən sonra baş nazirin öz missiyasını dövlət başçısına həvalə etdiyi haqqında yazılı açıqlama yayılıb. Açıqlamada bildirilir ki, prezident koalisiya hökumətinin qurulması istiqamətində göstərdiyi xidmətlərə görə baş nazirə təşəkkür edib. Beləliklə, Əhməd Davudoğlu müxalif siyasi partiyalarla koalisiya danışıqlarında uğur əldə edə bilmədikdən sonra hökumət təşkili mandatını Rəcəb Tayyib Ərdoğana qaytarıb. Ərdoğan nəzəri baxımdan hökumətin təşkili üçün mandatı ən böyük müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasına (CHP) verə bilər. Əslində CHP prezidentə belə bir müraciət səsləndirib. Lakin təhlilçilər bildirir ki, CHP-nin hökumət koalisiyasını qanunla nəzərdə tutulan müddətdə, yəni 23 avqustadək yaratması ağlabatan görünmür. Digər iki müxalif partiyanın, yəni MHP-nin və kürdpərəst HDP-nin isə onunla koalisiyaya gələcəyi ehtimal edilmir.
Konstitusiyaya görə, avqustun 23-dək hökumət təşkil olunmazsa, bütün partiyaların hakimiyyəti paylaşacağı keçid hökuməti yaradılmalıdır. Sözügedən 4 partiyanın bir-birindən ideoloji baxımdan son dərəcə fərqləndikləri nəzərə alınarsa, bu, çox zəif bir hökumət ola bilər. Lakin hətta belə bir "seçki hökumətinin" yaradılmasının özü də mürəkkəb məsələdir. HDP əksinə, prosesə qatılmağa hazırdır. Məhz buna görə də hakim AKP ümid edir ki, millətçi MHP kürdyönlü HDP-nin kabinet kürsülərinə sahib olmaması üçün əlindən gələni edəcək və prosesə qoşulmağa məcbur olacaq. Lakin MHP lideri Dövlət Baxçalı bildirib ki, HDP-nin kabinetdə yer alması elektoratı qəzəbləndirəcək və onun partiyasının nüfuzu artacaq. Bu durumda HDP həmsədri Səlahəddin Dəmirtaş referendum təklif edib: "Çox dəqiq bir təklifimiz var, bunu parlamentə də təqdim etməyi düşünürük. Mümkün təkrar seçkidə seçicinin qarşısında referendum sualı da qoya bilərik: prezident respublikasını istəyirsiniz, yoxsa yox. Millət bunu istəyirsə, hörmət edirik. Demokratik mühit yaradılsın, xalqdan soruşaq. Özlərinə güvənirlərsə, referendum keçirək. Xalq nə desə, hər kəs hörmət edəcək".
Koalisiya danışıqlarının baş tutmaması və yeni seçkilərin baş tutma ehtimalının dəyərləndirilməsi üçün prezident, HDP də daxil olmaqla, digər partiyaları dəvət edib onlarla görüşməlidir. Bununla bağlı Brüsseldə yerləşən Karnegi İnstitutundan Sinan Ulgen bildirir: "Konstitusiyaya görə o, HDP-ni nazirlər kabinetində vəzifəyə sahib olmaqdan kənarlaşdıra bilməz. Ona görə də bu, cənab Ərdoğan üçün ən az istənilən seçimdir. Onun bunu istəməsinin digər səbəbi isə seçki kampaniyası boyunca AKP-nin dövlət resurslarından faydalanmasıdır ki, bu da çoxpartiyalı hökumətdə mümkün olmayacaq". HDP lideri bildirib ki, belə hökumətə qatılmağı nəzərdən keçirir. Əsas müxalifət partiyasi CHP isə kürdpərəst HDP kənarlaşdırılacağı halda hökumətin təşkilində iştirak etməyəcəyini vurğulayıb. Ekspert Semih İdiz bildirib ki, HDP-nin hökumətin qurulmasında iştirak edəcəyi mübahisəli olaraq qalır: "Ultramillətçi MHP HDP-nin cinayətə cəlb olunmasını və bağlanmasını tələb edir. Onlar kabinetdə HDP ilə hər hansı danışığı qəbul etmir. Beləliklə, bizim ilk gündən artıq problemimiz mövcuddur və bu, siyasi qeyri-stabillik deməkdir".
Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ