İranın İŞİD-ə qarşı Suriyada hərbi əməliyyat keçirmək istəyir. Baki-xeber.com xəbər verir ki, bu iddianı İngiltərənin "Independent” qəzeti ortaya atıb.
Qəzet yazır ki, İran anti-İŞİD koalisiyasına qoşulmaq niyyətindədir. İranlı diplomatlar bununla bağlı bölgədəki sünni ölkələrdə danışıqlar aparır, Tehran İraqda İŞİD-ə qarşı əməliyyatları Suriyaya da daşımağa çalışır.
Xəbərdə iranlı bir diplomatın İranın İŞİD-i məğlub edə biləcəyi fikirlərinə də yer verilir. Diplomat İraq və Suriya arasında sərhəd qalmadığını, İŞİD-in mərkəzi də Suriyada olduğu üçün əməliyyatların İraqla məhdudlaşmasının əleyhinə olduqlarını bildirib.
İranın dəstəklədiyi şiə qrupların hazırda İraqda İŞİD-ə qarşı döyüşdüyü və ABŞ-ın da hava əməliyyatları ilə şiələri bilvasitə dəstəklədiyi qeyd edilən xəbərdə, İranın bu əlaqəni artıq rəsmi bir şəkilə salmaq istədiyi bildirilir.