Cümə axşamı günü, 26 noyabr 2026
     

Fətullahçılar Ərdoğana yeni zərbə hazırlığı görür

Image



Fəaliyyətləri hələ də ciddi təhlükə mənbəyi olan nurçularla sıx işbirliyi quran prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara barədə Türkiyə mediası yeni şok məlumatlar yayıb. Həmin məlumatlardan belə bəlli olur ki, nurçu prokurorlar Türkiyəyə növbəti yeni zərbə vurmağa hazırlaşır. Bu barədə danışmazdan öncə xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstana, daha sonra Ermənistana qaçaraq izini itirməyə çalışan Zəkəriyyə Öz və Cəlal Kara hazırda Almaniyaya sığınıb.
Barələrində məhkəmənin yaxalanma qərarı verməsindən sonra ölkəni tərk edən sabiq prokurorların Almaniyanın Frankfurt şəhərinin 25 kilometrliyindəki Hanay qraflığında yerləşən və Fətullah Gülən qrupuna məxsus oteldə olduqları müəyyən edilib. Türkiyə Ədliyyə Nazirliyi axtarışda olan sabiq prokurorların ekstradisiyası üçün Almaniyada olan həmkarları ilə danışıqlara başlayıb. Lakin almanların bu şəxsləri təhvil verəcəyi inandırıcı görünmür.
Türkiyə mediası yazır ki, Zəkəriyyə Öz və Cəlal Karanın Almaniyaya qaçmasının arxasında onlarda dövlətə məxsus gizli sənədlərin olması faktının durduğu üzə çıxıb. Özəlliklə hökumətə qarşı istifadə edilə biləcək bu sənədləri Özün alman kəşfiyyatı ilə paylaşacağı istisna olunmur. Bu isə hökumətə nurçuların yeni zərbəsi kimi dəyərləndirilir. Xatırladaq ki, avqustun 10-da prokurorluq Zəkəriyyə Öz, eləcə də qalmaqallı "Ergenekon" işinin digər prokuroru Cəlal Kara barəsində mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaq və hökuməti devirməyə cəhd göstərmək ittihamı ilə həbs sanksiyası verib.
Lakin həbs sanksiyasının çıxarılmasına az qalmış Zəkəriyyə Öz və Cəlal Kara Gürcüstana qaçıb. Zəkəriyyə Öz yaxın keçmişə qədər Türkiyənin siyasi sistemində hakim mövqeyə malik olan Fətullah Gülənin ən sadiq adamlarından biri olub. "Ergenekon" adlı mifik terror təşkilatı barədə cinayət işi qaldıran, bu cinayət işi çərçivəsində əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin istefada olan generallarını, digər yüksək rütbəli zabitlərini, Atatürkçü ziyalıları, jurnalistləri, daha sonra Türkiyə ordusunun xidmət başında olan komandanları barədə sanksiyalar çıxarmaqla həbsləri davam etdirən məhz Zəkəriyyə Öz olub. Zəkəriyyə Öz ordu generalları, əksər qoşun növlərinin komandanları, o cümlədən silahlı qüvvələrin Baş qərargah rəisi İlkər Başbuğ barəsində "terror təşkilatı qurmaq və ona başçılıq etmək" kimi ağır ittihamla cinayət işi qaldırıb onları bir-birinin ardınca Silivri həbsxanasına göndərirdi. Silivri həbsxanası Özün həbs etdirdiyi generallarla, ziyalı və jurnalistlərlə doldurulmuşdu, onların əksəriyyətini ömürlük həbs cəzası gözləyirdi. Və "Ergenekon" məhbusları üzərində qurulan məhkəmə proseslərində onların əksəriyyətinin barəsində belə hökmlər çıxarılmışdı.
Zəkəriyyə Özün Fətullah Gülənin Türkiyədə təriqət dövləti qurmaq planlarına mane ola biləcək hər kəsi "terrorçu" adı altında həbsxanalara doldurması düz 2013-cü ilə, yəni Ərdoğanla Gülən arasında münasibətlərin pozulmasına qədər davam etdi. Türkiyənin polis və ədliyyə sistemində fətullahçıların kütləvi şəkildə işdən azad edilməsi nurçuların mövqeyini xeyli zəiflətdi. Bu, "Ergenekon" məhbusları üçün də həbsxana qapılarını açdı. İstanbul Cumhuriyyət prokuroru işləyən Zəkəriyyə Özü ucqar rayonlardan birinə prokuror təyin etdilər, səlahiyyətlərini əlindən aldılar. O vaxtdan bu şəxs hökumətə qarşı daha aktiv fəaliyyətə başlayıb. Ümumiyyətlə isə, nurçular indinin özündə də təhdid mənbəyi kimi çıxış edirlər. Xüsusən də terrora qarşı aparılan mübarizə fonunda. Məsələn, bu günlərdə bəlli olub ki, nurçular hələ də PKK-ya qarşı mübarizənin səmərəli olmasına ciddi maneə yaradır. Türkiyənin "Yeni Şəfəq" qəzeti yazır ki, PKK-ya qarşı planlaşdırılan əməliyyatlar təhlükəsizlik orqanlarında çalışan gülənçilər tərəfindən terrorçulara vaxtından əvvəl çatdırılır. Məlumata görə, "Paralel quruluş" bu müddət ərzində PKK-ya kəşfiyyat dəstəyi verib və terrorçuların polislərə qarşı pusqular qurmasına yardım edib. "Paralel quruluş" bu yolla təhlükəsizlik orqanlarını zəiflətməyə çalışıb.
Qeyd edək ki, Türkiyədə ötən ildən start verilən və hələ də tam bitməyən nurçulara qarşı əməliyyatların əsas məqsədlərindən biri də onların lideri hesab edilən Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaqdır. Ümumiyyətlə isə, qardaş ölkədə Gülənə qarşı irəli sürülən ittihamlar olduqca geniş və ciddidir. Hətta o da məlumdur ki, Ankara Prokurorluğunun "Fətullahçı Terror Təşkilatı"nın 7 üzvü barədə irəli sürülən ittihamı məhkəmə tərəfindən qəbul edilib. Həmin şəxslər yeni təyin olunmuş kadrların uğursuz fəaliyyət göstərməsini sübut etmək, hökumətdən intiqam almaq və digər ağır maddələrlə ittiham olunur. İttiham aktının qəbul edilməsi ilə birlikdə Fətullah Gülənin adı rəsmən terror təşkilatının başçısı kimi sənədlərə düşüb.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ