Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycan parlamentarizminin tarixi

Image


Azərbaycanın üç min ildən artıq dövlətçilik tarixi var. Bu cür qədim dövlətçilik tarixinə malik olan bir ölkədə hakimiyyətin seçki yolu ilə formalaşdırılması böyük tarixi yol keçmişdir. Qədim tarixi mənbələrdə, o cümlədən türklərin mədəniyyət abidəsi olan Dədə Qorqud dastanında qədim türklərdə bir çox məsələlərdə kollektiv rəyin əsas götürülməsi haqqında məlumatlar var.
Hələ Rusiyada və Avropanın əksər ərazilərində dövlət olmadığı bir zamanda 498-ci il may ayının 13-də Azərbaycanda kollektiv şəkildə, müasir dövrdə də aktuallığını itirməmiş Aquen qanunu kimi bir hüquqi sənəd qəbul olunmuşdur. Baxmayaraq ki, Aquen məclisi feodalizm cəmiyyətinə xas toplantı idi, bu məclisi müəyyən mənada ilkin burjua cəmiyyətlərinin parlamentləri ilə müqayisə etmək mümkündür. Çünki Aquen məclisində qəbul edilmiş qanunlar kollektiv əməyin məhsulu olmaqla yanaşı, məclis iştirakçılarının ümumi razılığı ilə qəbul olunmuşdur. Bundan başqa, bütün Alban zadəganları bu sənədə öz möhürlərini vurmuşdular. Azərbaycan tarixinin qədim və orta əsir dövrlərinə aid bu cür faktlar olmasına baxmayaraq, seçkilərin keçirilməsi və vətəndaşların seçkilərdə iştirakının əsası XIX əsrin sonu - XX əsrin əvvələrində, milli şüurun oyanışı ilə bir vaxtda qoyulmuşdur.
Rusiya imperiyasının tərkibində olan müsəlman əhali, o cümlədən azərbaycanlılar XX əsrin əvvəlindən keçirilməyə başlamış Duma və yerli özünü-idarə seçkilərində iştirak etmişlər.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyası siyasi və iqtisadi islahatlar dövrünə qədəm qoyduğu vaxtda Azərbaycan Rusiyada yaşayan müsəlman xalqların demokratik və azadlıq hərəkatının mərkəzinə çevrilmişdi. O dövrün azərbaycanlı aparıcı siyasətçiləri birinci və ikinci çağırış Rusiya Dövlət Dumasının deputatları olmuşlar. Dumada ən iri fraksiyalardan biri olan müsəlman fraksiyasının sədri Əlimərdan bəy Topçubaşov seçilmişdi. Beləliklə, Azərbaycanın bir sıra görkəmli siyasi xadimləri Rusiya Dövlət dumalarında zəngin parlament təcrübəsi qazanmışlar.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə seçkilər

1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cumhuriyyətinin parlament respublikası kimi formalaşması tarixi reallıqla şərtlənmişdir. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilmiş iclasında parlament yaradılması barədə qərar qəbul edilmişdir. Parlament əsasən 1917-ci ildə Müəssislər Məclisinə seçilmiş deputatlardan formalaşdırılmışdır. Parlament 120 nəfərdən ibarət idi. Onlardan 80 nəfəri müsəlmanları, 21 nəfəri erməniləri, 10 nəfəri rusları, 1 nəfəri almanları və 1 nəfəri yəhudiləri təmsil edirdi. 1918-ci ilin dekabrından 1920-ci il aprelin sonuna qədər AXC parlamenti 145 iclas keçirmiş və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə və müstəqilliyin qorunub saxlanmasına, insan hüquq və azadlıqlarının tam həcmdə təmin ediləcəyi demokratik dövlət yaradılmasına yönəlmiş çox mühüm qanunlar və qərarlar qəbul etmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu 23 ay ərzində, vəziyyətin gərgin və ziddiyyətli olmasına baxmayaraq, bələdiyyə seçkiləri də keçirilmişdir.

Azərbaycan parlamentarizmi sovet dövründə

Aprel işğalının ertəsi günü - 1920-ci il aprelin 28-də RK(b)P-nin qərarı ilə təşkil olunan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (Azərbaycan Hərbi-İnqilab Komitəsi, Azərbaycan İnqilab Komitəsi) respublikanın ali dövlət hakimiyyəti orqanı elan edildi. Qanunvericilik funksiyalarını həyata keçirən Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə (AMİK-ə) yalnız azərbaycanlı kommunistlərin daxil edilməsi isə gözdən pərdə asmaq niyyəti güdürdü. Çox keçmədi AMİK-in yerlərdə orqanları - qəza, nahiyə, kənd inqilab komitələri yaradıldı. Ali dövlət hakimiyyəti orqanı olmasına baxmayaraq, bu təşkilatın real səlahiyyəti yox idi və müstəqil deyildi. Real hakimiyyət əslində RK(b)P-nin yerli təşkilatı olan AK(b)P MK-ya, daha dəqiq desək, onun Bakı bürosuna məxsus idi.
Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı və 1920-ci il sentyabrın 30-da Azərbaycan SSR Sovet Rusiyası ilə bağlamağa məcbur olduğu hərbi-iqtisadi ittifaq haqqında müqavilə ilə özünün formal olan hərbi və iqtisadi müstəqilliyini itirdi.
Azərbaycan Xalq Cumhuriyyətini devirən Rusiya Azərbaycanda sovet hakimiyyəti qurulduğunu elan etsə də, ilk əvvəl - 1920-ci ilin sentyabrında yoxsul komitələri yaradılmağa başladı. Bu, ölkədə sovetlərin yaranması üçün əlverişli şəraitin olmadığını göstərirdi. Sovetlərin "yuxarıdan" tətbiqi və qeyri-demokratik tədbirlərin (seçki hüququnun məhdudlaşdırılması və s.) həyata keçirilməsi nəticəsində Azərbaycanda 1921-ci ilin baharında yerlərdə fəhlə və kəndli deputatları sovetləri "seçilməyə" başladı. Deputatların əsasən savadsız fəhlə və kəndlilərdən, kommunistlərdən seçilməsi parlamentin yuxarıdan idarə edilməsini asanlaşdırırdı. I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda sovetlərin hakimiyyətinə hüquqi status verildi. AMİK ləğv edildi, onun yerinə ali dövlət orqanı kimi Ümumazərbaycan Sovetlər qurultayı, qurultaylararası dövrdə isə qurultayın seçdiyi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi təsdiq edildi. Qanunverici, sərəncamverici və nəzarətedici orqan kimi yeni formatda və tərkibdə fəaliyyət göstərən Azərbaycan MİK-ə seçkilər çoxpilləli idi. Əvvəl ali hakimiyyət orqanı olan Ümumazərbaycan Sovetlər qurultayına seçkilər keçirilir, sonra qurultay qanunvericilik orqanı olan Mərkəzi İcraiyyə Komitəsini, o isə özünün rəyasət heyətini seçirdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 75 üzvü və 25 namizədi var idi. Rəyasət heyəti isə 13 nəfərdən ibarət seçilirdi. Oraya, demək olar ki, bütün partiya rəhbərləri daxil idi.
Bolşeviklər öz siyasi məqsədlərinə çatmaq naminə Azərbaycanın olan-qalan müstəqilliyinin də ləğv edilməsi istiqamətində işə başladılar və 1922-ci il martın 12-də Cənubi Qafqazın 3 respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlətdə - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirildi. Buna baxmayaraq, Rusiya Azərbaycanın müstəqilliyinin az-çox saxlanılmasından narahat olub, 9 ay keçməmiş - 1922-ci il dekabrın 10-da keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etdi. Vahid qanunvericilik və icra orqanları olan ZSFSR-nin yaradılması Azərbaycanın müstəqilliyinə növbəti sarsıdıcı zərbə endirdi. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi.
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rusiya, Ukrayna və Belorusiya ilə birlikdə SSRİ-nin təşkil edilməsi haqqında qərar qəbul etdi. 1922-ci il dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. Azərbaycan SSR SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını - bayraq, gerb, himn və konstitusiyanı qoruyub saxlasa da, beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi və hüquqi cəhətdən bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi. SSRİ-də ali dövlət hakimiyyəti sovetlər qurultayı, qurultaylararası dövrlərdə isə qurultayın seçdiyi Mərkəzi İcraiyyə Komitəsi idi.
Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə qatılması Azərbaycan MİK-in mövcud formal müstəqilliyini itirməsi, birbaşa Zaqafqaziya və SSRİ MİK-lərindən asılı vəziyyətə düşməsi ilə nəticələndi.
İnzibati-amirlik üsuli-idarəsinin inkişaf etməsi qanunvericilik orqanının işinə də təsir edirdi. Mövcud siyasi və iqtisadi sistemin qorunması, məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində qanun yaradıcılığı prosesi xeyli sürətləndi. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstutusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-in II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu.
1921-1937-ci illərdə Ümumazərbaycan Sovetlərinin qurultayları aşağıdakı ardıcıllıqla keçirilib:
I Ümumazərbaycan Sovetlər qurultayı - 6-19 may 1921-ci il
II Ümumazərbaycan Sovetlər qurultayı - 28 aprel-03 may 1922-ci il
III Ümumazərbaycan Sovetlər qurultayı - 25 noyabr-01 dekabr 1923-cü il
IV Ümumazərbaycan Sovetlər qurultayı - 10-16 mart 1925-ci il
V Ümumazərbaycan Sovetlər qurultayı - 18 mart 1927-ci il
VI Ümumazərbaycan Sovetlər qurultayı - 1-9 aprel 1929-cu il
VII Ümumazərbaycan Sovetlər qurultayı - 19-25 yanvar 1931-ci il
VIII Ümumazərbaycan Sovetlər qurultayı - 11-17 yanvar 1935-ci il
IX Ümumazərbaycan (Fövqəladə) Sovetlər qurultayı - 17 noyabr 1936-cı il; 10-14 mart 1937-ci il
Ali Sovet
Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın qanunvericilik orqanı - respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi.
Azərbaycan SSR Ali Soveti - 1938-1991-ci illərdə Azərbaycan SSR ərazisində ali dövlət hakimiyyət orqanı aşağıdakı müddətlərdə fəaliyyət göstərib:
I çağırış (1938-1946)
II çağırış (1947-1950)
III çağırış (1951-1954)
IV çağırış (1955-1959)
V çağırış (1959-1962)
VI çağırış (1963-1966)
VII çağırış (1967-1970)
VIII çağırış (1971-1975)
IX çağırış (1975-1979)
X çağırış (1980-1984)
XI çağırış (1985-1990)
XII çağırış (1991)
1991-ci ildən Ali Sovetin səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Milli Məclisinə verilir.

Azərbaycan Respublikası

1991-ci ildə Azərbaycan parlamentarizminin tarixində yeni səhifə açılmışdır. Azərbaycan SSR Ali Sovetinə axırıncı seçkilər 1990-cı il sentyabrın 2-də həmin il qanlı 20 Yanvar hadisələrindən sonra ölkədə tətbiq edilmiş fövqəladə vəziyyət şəraitində keçirilmişdir. Bu seçkilər artıq laxlamış sovet hakimiyyəti rejimini qoruyub saxlamaq vəzifəsini güdürdü. Dövlət Fövqəladə Hallar Komissiyasının avqust qiyamı məğlubiyyətə uğradıqdan bir neçə gün sonra - 1991-ci il avqustun 30-da, Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmişdir.
29 dekabr 1991-ci il tarixdə referendumunda xalqın mütləq əksəriyyəti Dövlət müstəqilliyini dəstəkləmişdir.
1995-ci ilin avqust ayında Azərbaycan Milli Məclisi yeni Seçki Məcəlləsi qəbul etdi. Həmin məcəlləyə uyğun olaraq ali qanunverici orqan qarışıq qayda üzrə (100 deputat proporsional, 25 deputat majoritar prinsip üzrə irəli sürülür) seçilən 125 deputatdan formalaşır. Qanuna görə, Azərbaycanın partiya sisteminin qurulduğu dövrdə seçicilərin 8 faizlik səs həddini aşan partiyalar parlamentə düşürdülər. 1995-ci il noyabrın 12-də keçirilmiş seçkilərlə eyni vaxtda ölkənin yeni konstitusiyasını qəbul etmiş ümumxalq referendumu da keçirilmişdi. 1998-ci ildə Azərbaycan parlamentinin nümayəndə heyəti Avropa Şurasında müşahidəçi statusu qazanmış və 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasına qəbul edilmişdi.
Parlament seçkilərində seçici fəalığının səviyyəsi:
* 12 noyabr 1995-ci il. Parlament seçkisi və konstitusiya referendumu - 86,05%
* 5 noyabr 2000-ci il. Parlament seçkisi - 71,33 %
* 6 noyabr, 2005-ci il. Parlament seçkisi - 46,6 %
* 7 noyabr 2010 - Parlament seçkisi - 50,14 faiz
6 noyabr 2005-ci il seçkilərində seçicilərin ümumi sayı 4675572 nəfər olmuş, onlarda 1974036 nəfəri seçkilərdə iştirak etmişdir. 4 DSK-da seçkilərin nəticələri ləğv edilmiş, 121 dairədən millət vəkilləri seçilmişdir. 4 may 2006-cı ildə boş qalaqn 4 yerə seçkilər keçirilmiş və Milli Məclis üzvləri tam tərkibdə işlərini davam etdirmişdir.
7 noyabr 2010-cu il seçkilərində seçicilərin ümumi sayı 4 928.594 nəfər olmuş, onlardan 2 442.365 nəfəri seçkidə iştirak etmişdir. 125 dairədən milləıt vəkilləin seçilmiş, 46 məntəqədə seçkilərin nəticələri ləğv edilmişdir.

Qadınların seçkilərdə iştirakı

XIX əsrin sonlarına qədər dünyanın heç bir ölkəsində qadınlar seçki hüququna malik deyildi. Qadınlar bu hüququ əldə etmək uğrunda əksər ölkələrdə gərgin mübarizə aparmış və nəhayət XIX əsrin sonlarında buna nail olmuşlar. Qadınlara seçki hüququ ilk dəfə 1893-cü ildən Yeni Zelandiya və daha sonra Avstraliyada verilib. Bundan sonra Finlandiya və Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə, Almaniya, İsveç və Böyük Britaniyada 1918-ci ildə qadınlar bu hüququ əldə ediblər.
Azərbaycanda ilk dəfə qadınların səsvermə hüquqları barədə məsələnin 1907-ci ildə Çar Rusiyasının Dumasında Azərbaycanın nümayəndəsi Xəlil bəy Xasməmmədov qaldırmışdır. III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilməsi, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməməsi Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir nəfər deputatla, Xəlil bəy Xasməmmədov təmsil olunması ilə nəticələnmişdir. Lakin buna baxmayaraq o Dumada türk-müsəlman əhalisinin seçib, seçilmək hüququnu axıradək müdafiə etmişdir. Xəlil bəy Xasməmmədovla yanaşı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Şəfiqə Əfəndizadə, Ömər Faiq, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli şəxsiyyətlər müsəlman - türk əhalisinin seçki hüququ ilə yanaşı, kişilərlə bərabər qadınların da seçki hüquqlarının müdafiə etmiş, 1918-ci ildə qadınların parlament seçkilərində iştirakının elmi və hüquqi əsaslarını hazırlamışlar. Əhməd bəy Ağaoğlu Məhəmməd Peyğəmbərin "Allah Cənnəti anaların ayaqları altına qoydu" hədisini misal göstməklə ilkin islamda qadınlara yüksək qiymət verildiyini sübut etmiş və sonrada onun bu fikri qadın hüquqularının müdafiəsində geniş istifadə olunmuşdur. Əlamətdar haldır ki, Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur.
Azərbaycanda 1918-ci ilin dekabrında qadınlara seçki hüququ verildiyi halda, ABŞ-da 1920-ci ildə, Türkiyədə 1929-cu ildə, Fransada 1944-cü ildə, Yaponiyada və İtaliyada 1945-ci ildə, Yunanıstanda 1956-cı ildə, Meksikada 1958-ci ildə qadınlara seçki hüququ verilib.
Lakin qadınların seçki hüququ əldə etməsinə baxmayaraq, əksər ölkələrin siyasətində qadın liderliyi və qadın-kişi partnyorluğu problemi hələ də həll edilməmiş qalır. Baxmayaraq ki, qadınlar təxminən seçicilərin yarısını təşkil edirlər, onların payına parlamentdə orta hesabla 10%, milli dövlət idarələrində 6% yer düşür. Azərbaycan Parlamentində qadınların təmsilçiliyi 1975-ci ildə 37,8 %, 1980-ci ildə 39,8%, 1985-ci ildə 39,8 %, 1990- cı ildə 4,3 %, 1995-ci ildə 12,1%, 2000-ci ildə 10,7 %, 2005- ci ildə 10,5 %, 2006-cı ildə 11,2 % təşkil edirdisə, 2010- cu ildən sonra 16% təşkil edir.
Azərbaycan Respublikasında 1 noyabr 2015-ci il tarixdə növbəti Parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə Azərbaycan vətəndaşlarının əvvəlki seçkilərlə müqayisədə daha fəal olacağına inam böyükdür. Biz bütün seçicilərə və namizədlərə uğurlar arzulayırıq.
Məhərrəm Zülfüqarlı
t.ü.f.d., dosent






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ