Cümə axşamı günü, 26 noyabr 2026
     

Türkiyədə koalision hökumət problemi Azərbaycanla ticarətə də təsir etməyə başlayıb

Image


Türkiyədə koalisiya hökumətinin qurulmasının müşkül məsələyə çevrilməsi bu ölkənin iqtisadi həyatında, onun ticarət əlaqələrində də öz əksini tapmaqdadır. Xüsusən də baş verənlər fonunda Türkiyə lirəsi rekord səviyyədə dəyər itirməkdə davam edir. Bunun səbəbi, yuxarıda qeyd olunduğu kimi, iyun ayında parlament seçkilərindən sonra aparılan koalisiya danışıqlarının nəticəsiz başa çatmasıdır.
Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cumhuriyyət Xalq Partiyası (CHP) arasında koalisiya hökumətinin qurulması istiqamətində danışıqların heç bir nəticə verməməsindən sonra lirə daha sürətlə dəyər itirir.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın koalisiya hökumətinin qurulmamasına münasibəti belə olub: "Əslində, AKP və CHP-nin son görüşü təyinedici bir nəticə deyil. Baş nazir Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyası (MHP ) ilə görüşdükdən sonra nəticəni mənə bildirəcək. Bu görüşdən sonra mənzərəni görüb, vəziyyəti ona uyğun dəyərləndirmək lazımdır". Qeyd edək ki, avqustun 13-də AKP ilə CHP arasında koalisiyanın qurulması ilə bağlı görüş nəticəsiz başa çatıb. Bundan sonra Əhməd Davudoğlu hökumət qurulması üçün MHP liderindən görüş istəyib. Dövlət Bağçalı isə yazılı açıqlamasında bununla bağlı bildirib: "Hazırkı şərtlər daxilində Türkiyə hökumətsiz buraxılmamalıdır. Gözləntimiz Ədalət və İnkişaf Partiyası ilə Cumhuriyyət Xalq Partiyasının dürüst, heç bir şeyin hesab-kitabını aparmadan, qorxularını aşaraq, fikir ayrılığına səbəb olan təklifləri arxa plana ataraq yenidən bir araya gəlmənin yollarını tapa bilməsidir. Seçkinin təkrarlanmasına müsbət baxmağımız mümkün olmadığı kimi, azlıq hökuməti və ya seçki hökuməti qurulmasına da isti yanaşa bilmərik". Bağçalı vurğulayıb ki, Türkiyədə koalisiya hökumətinin qurulması üçün, az da olsa, ümid var: "AKP və CHP-nin son dəfə bir araya gələrək koalisiya düyününü həll etmələri tarixi zərurət, milli məsuliyyətdir. Bu olmayacaqsa, belə bir görüşə tərəflər yanaşmayacaqsa, Milliyyətçi Hərəkat Partiyası olaraq, AKP sədri Əhməd Davudoğlu ilə əvvəlcədən planlaşdırılan görüşü keçirəcəyik. Bizim prinsip və şərtlərimiz qəbul edilərsə, əvvəlcə ölkəm və millətim deyən türk siyasətinin 46 illik nəhəng çinarı Milliyyətçi Hərəkat Partiyası əlini deyil, gövdəsini belə daşın altına qoymağa qərarlıdır. Heç bir şey bitmiş kimi düşünülməməlidir. MHP varsa, hər zaman türk milləti və Türkiyə üçün ümid var".
Amma MHP-nin irəli sürdüyü şərtlərin AKP tərfindən qəbul edilməsi gözlənilmir və bu səbəbdən erkən seçkilər qaçılmaz sayılır. Belə vəziyyət isə ölkə iqtisadiyyatına da təsirsiz ötüşmür. Türkiyənin Qlobal Mənbə Əməkdaşlığı şirkətindən Atilla Yeşilada deyir ki, beynəlxalq bazar ölkənin çətin vəziyyətə düşməsindən ehtiyatlanır: "Mən qorxuram bu axırıncı zərər olmasın. Bu o deməkdir ki, Türkiyənin 13 il davam edən siyasi stabilliyi sona çatıb və geridə çoxlu tör-töküntü buraxıb. Baxmayaraq ki, Türkiyənin ətrafı alovlara bürünüb, siyasətçilər kompromisə gedə bilmir. Ankaranın kürd üsyançı qrupu PKK-ya və İŞİD qrupuna qarşı mübarizəyə qoşulduğunu nəzərə alsaq, yeni seçkilər ən tezi noyabr ayında keçirilə bilər".
İstanbul Süleyman Şah Universitetinin siyasi eksperti Cengiz Aktar isə xəbərdarlıq edir ki, növbəti seçkilər baş tutarsa, ölkə daha dərin iqtisadi böhrana girə bilər: "İqtisadiyyatda hazırda struktur islahatlarında əskiklik var və indi Türkiyə aşağıya doğru hərəkət edir. İnkişaf norması zəifləyib. Beləliklə, seçkilər də əlavə yük olacaq". İqtisadiyyatın ləngiməsinin səbəbi kimi AKP-nin iyun ayında keçirilən seçkilərdə əksəriyyəti itirməsi qeyd olunur. Təhlilçilər beynəlxalq investorların ümumilikdə inkişaf etməkdə olan bazarlara qarşı artan neqativ hisslərinin olduğunu iddia edir və bunun Türkiyənin vəziyyətini daha da çətinləşdirəcəyini düşünür.
Yaranmış durumda "Goldman Sachs" investisiya bankının ekspertləri isə bildirir ki, hazırda Türkiyə müxtəlif koalisiya ssenarilərinin olduğu, qeyri-müəyyənlik və erkən seçki risqi yaranmış bir siyasi vəziyyətdədir. Bank analitiklərinin proqnozlarına əsasən, yaxın bir il ərzində ABŞ dollarının məzənnəsi 3,15 lirə, 2016-cı ilin sonuna kimi isə 3,4 lirə səviyyəsinə çatacaq. Bundan başqa, ölkə infliyasiya təhlükəsilə də üz-üzədir. Belə vəziyyət Türkiyənin müxtəlif ölkələr, o cümlədən Azərbaycanla ticarətinə təsirsiz ötüşməyəcək. Azərbaycana ixrac olunan məhsulların həcminə görə Türkiyə Rusiyadan sonra ikinci yerdə dayanır. Ölkəmizə Türkiyədən, əsasən tekstil məhsulları, inşaat materialları və məişət texnikası idxal olunur.
Hazırkı vəziyyətdə isə həmin məhsulların qiymətləri lirənin ucuzlaşması fonunda aşağı düşür. Lakin ekspertlər lirənin dəyərdən düşməsinin Azərbaycandan Türkiyəyə ixrac olunan malların qiymətində bahalaşmaya səbəb olacağını bildirir. Bilindiyi kimi, Türkiyədən Azərbaycana böyük həcmdə mallar gəlir. Təbii ki, lirənin dollara, eyni zamanda buna paralel olaraq manata nisbətən qiymətdən düşməsi, əslində, Azərbaycan alıcıları üçün sərfəli bir şərait yaradır. Çünki bu halda onlar Türkiyədən gələn məhsullara daha az vəsait xərcləyir. Lakin yuxarıda qeyd olunduğu kimi, bu hal Azərbaycanın Türkiyəyə ixrac etdiyi məhsulların miqdarını azaldır. Prosesin cari ilin sonuna kimi məhz bu istiqamətdə davam etməsi gözlənir.
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ