Cümə axşamı günü, 26 fevral 2026
     

Trampın səfir qudası Makronu heçə saydı, Makron isə səfiri məhrum etdi...

Image


Abutalıb Səmədov: "Səfir fəaliyyət göstərdiyi ölkədə XİN-ə dəvət olunub, amma getmədi, bu nadir haldır"

Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Parisdəki səfiri Çarles Kuşneri Tramp administrasiyasının Lionda ifrat sağçı fəal Kventin Derankın ölümü ilə bağlı verdiyi açıqlamalara görə izahat verməyə çağırıb. Səfir görüşə qatılmadıqdan sonra Fransa hökuməti onun hökumət üzvləri ilə birbaşa təmas imkanlarını məhdudlaşdırıb. Bununla belə, səfirin diplomatik fəaliyyətini davam etdirməsinə və Xarici İşlər Nazirliyi ilə işçi qaydada təmas saxlamasına icazə verildiyi bildirilib.

Hadisə 23 yaşlı fəalın Lionda keçirilən etiraz aksiyası zamanı aldığı xəsarətlər nəticəsində ölməsi fonunda baş verib. Aksiya solçu La France Insoumise partiyasından olan siyasətçiyə qarşı keçirilib və ölkədə seçkilər ərəfəsində siyasi gərginliyi artırıb.

ABŞ Dövlət Departamenti və səfirlik hadisə ilə bağlı açıqlamalarında “zorakı radikal solçuluğun artması”ndan narahatlıq ifadə edib və məsul şəxslərin cəzalandırılmasını gözlədiklərini bildiriblər. Fransa tərəfi isə faciənin siyasi məqsədlər üçün istifadəsini rədd edib və xarici müdaxilə xarakterli bəyanatları qəbul etmədiyini vurğulayıb.

Hadisə Vaşinqtonla Paris arasında diplomatik gərginliyə səbəb olub, lakin tərəflər diplomatik kanalların açıq qalacağını və müzakirələrin davam etdiriləcəyini bəyan ediblər.

Politoloq Abutalıb Səmədov “Bakı-Xəbər” nəşrinə bildirib ki, səfirin fəaliyyət göstərdiyi ölkədə XİN-ə dəvət olunması, amma səfirin dəvəti qəbul etməyərək XİN-ə getməkdən imtinası

diplomatiya tarixində çox nadir hadisədir. Bu, Fransa hökumətini çətin vəziyyətə salıb. ABŞ-ın Fransadakı səfiri prezident Donald Trampın kürəkəninin atasıdır və digər səfirlər üçün belə davranış qeyri-mümkün olardı. Buna görə də Fransa XİN-i səfirin hökumət üzvləri ilə əlaqəsini məhdudlaşdırmaqla kifayətlənib, lakin onun nazirliklə işçi qaydada əlaqə saxlamasına icazə verib.

Səmədov qeyd edib ki, ABŞ-ın Fransadakı səfiri peşəkar diplomat deyil, o, səfir təyinatına qədər bizneslə məşğul olub. Səfir bundan əvvəl də Fransa hökumətini tənqid etdiyi üçün XİN-ə dəvət edilmişdi. Baxmayaraq ki, səfirin fəaliyyət göstərdiyi ölkə rəhbərliyini tənqid etməsi yanlış addım hesab olunur. Buna görə də bənzər hadisələrin gələcəkdə baş verməsi istisna olunmur, amma səfir diplomatiyanı öyrənərək qalmaqaldan nəticə çıxarmaq yolunu seçib.

O əlavə edib ki, Fransa-ABŞ münasibətləri son illərdə gərgin olub. Lakin Tramp administrasiyasının son dövründə vəziyyət dəyişə bilər. Paris iqtidarı ABŞ-la münasibətləri qorumağa çalışır və səfir məsələsində nümayiş etdirdiyi mövqeyi ilə diplomatik gərginliyi yumşaltmağa nail olub. Dünya diplomatiyasındakı dəyişikliklər fonunda gələcəkdə belə qalmaqalların baş verəcəyi ehtimalı olsa da, yaxın zamanlarda ciddi qarşıdurma gözlənilmir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident və Birinci xanım Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar, şəhər və kənd sakinləri ilə görüşüblər - FOTO/YENİLƏNDİ

Trampın həftəsonu İranı vurmaq planının (?) arxasında şəxsi mənafeyi var...

Kreml Şimal-Cənub dəhlizində İrəvana ağır həmlə etdi... Apreldə başlayacaq...

SON XƏBƏRLƏR

26.02.2026 / 15:59
Ukrayna üçün yeni təhlükə - Çin və Almaniya "bərabər iştirak" təşəbbüsü qaldırdi...

26.02.2026 / 15:57
Kulevi limanına görə Aİ-Tiflis ziddiyyətləri kəskinləşdi - məsələnin Azərbaycana birbaşa dəxli var...

26.02.2026 / 15:54
Avropa İttifaqının Ermənistandakı yeni missiyası Azərbaycanın narahatlıqlarını aradan qaldıracaq...(?)

26.02.2026 / 15:46
Rusiya Ermənistanı yenidən özünün forpostuna çevirmək üçün böyük həmlələr edir...

26.02.2026 / 15:40
ABŞ-ın Qafqaz siyasətində Azərbaycanın həlledici rolu güclənir

26.02.2026 / 15:34
"Moody's" Azərbaycanda iqtisadi artımı 3 faiz həddində proqnozlaşdırdı - mübahisəli məqam.....

26.02.2026 / 15:03
Musəvi-Papikyan görüşündə anlaşılmaz "kənar derjavalar" söhbəti...

26.02.2026 / 14:17
Trampın səfir qudası Makronu heçə saydı, Makron isə səfiri məhrum etdi...

26.02.2026 / 13:57
102-ci Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Paşinyan Polşada danışdı...

26.02.2026 / 13:31
DSMF: Sosial şəbəkələrdəki "1 000 manatlıq ödəniş" xəbəri yalandır

26.02.2026 / 13:23
Pezeşkian: “Xameneinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq”

26.02.2026 / 13:12
AAYDA-da yoxlama... Saleh Məmmədovun fəaliyyəti araşdırılır - ciddi pozuntular aşkarlandı...

26.02.2026 / 13:04
Netanyahu Osmanlını "işğalçı" adlandırdı, İsrailə “supergüc” dedi…

26.02.2026 / 12:56
Trampın müşavirləri İrana ilk İsrailin hücum etməsini təklif edirlər - bu bəhanə olacaq...

26.02.2026 / 12:52
Türkiyə XİN 1992-ci il Xocalı qırğınını qınadı

26.02.2026 / 12:41
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? - "...qərarı onlar verməlidir"

26.02.2026 / 12:32
Xocalı soyqırımı bəşəriyyət tarixinə qara ləkə kimi düşüb - Birol Akgün

26.02.2026 / 12:23
BNMİ-dən əməliyyat... 51 kiloqram narkotik ələ keçirildi - VİDEO

26.02.2026 / 11:55
Araz və Kürda qanunsuz balıq ovlayanlar saxlandı

26.02.2026 / 11:49
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO

26.02.2026 / 11:20
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNDİ

26.02.2026 / 11:12
Ermənistan WUF13-ə dəvət olunub? - Nazirdən açıqlama...

26.02.2026 / 11:07
Nazir plastik cərrahlardan danışdı - 45 həkim...

26.02.2026 / 10:55
Azərbaycan Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək Sammitində iştirak etməyəcək

26.02.2026 / 10:47
Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO

26.02.2026 / 10:32
Ukrayna üçün həyati məsələ - ABŞ, Çin və Ermənistan Rusiyanın “yanında” durdular...

26.02.2026 / 10:20
ABŞ səfirliyindən Xocalı soyqırımı ilə bağlı paylaşım - Azərbaycan xalqına qoşuluruq...

26.02.2026 / 10:08
Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır - Subut Mehdiyev yazır

26.02.2026 / 10:03
"AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir" - Ceyhun Bayramov

26.02.2026 / 08:43
MKİ İran müxalifləri üçün fars dilində video-təlimat yaydı - "ölümcül güc" vədi...

26.02.2026 / 08:20
Tramp Ukraynada müharibəni bir aya bitirəcək - Axios

26.02.2026 / 00:20
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yaydı

26.02.2026 / 00:11
Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib - FOTO

25.02.2026 / 23:32
İran ŞOKda... Xameneyinin qərargahına hücum etdilər, 100-dən çox ölü var…

25.02.2026 / 22:36
Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib - FOTO

25.02.2026 / 21:35
ABŞ İran ətrafına 300-dən çox hərbi təyyarə göndərdi... - TƏFƏRRÜATLAR...

25.02.2026 / 20:48
Bakı Türkoloji Qurultayı 100 ildən sonra eyni məkanda toplanır

25.02.2026 / 20:35
Xocalı soyqırımı və azərbaycanlılara qarşı Ermənistanın törətdiyi digər soyqırımlar beynəlxalq cinayətdir

25.02.2026 / 20:33
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüblər - FOTO

25.02.2026 / 20:30
Rusiyada diaspor rəhbərlərimizə qarşı repressiya davam edir - Kreml dayanmır...

25.02.2026 / 20:12
Baxçalı “Abdulla Öcalana status” çağırışı etdi...Türkiyədə yeni gərginlik...

25.02.2026 / 19:36
4 il müharibədə kim nə qazandı - Rusiya, ya Türkiyə...

25.02.2026 / 19:12
Aİ Macarıstan və Slovakiyaya alternativ neft marşrutu təklif etdi

25.02.2026 / 19:12
Xamenei Trampı hədələdi - İranı ruhlandıran güc (?) hamını düşündürür...

25.02.2026 / 18:55
2025-ci ildə dünyada rekord sayda jurnalist öldürülüb - JMK

25.02.2026 / 18:45
“Vicdansız gözümə işıq saldı…” – Qəzənfər Paşayev

25.02.2026 / 18:41
Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gələn rus generalla görüşdü...

25.02.2026 / 18:33
Şəxsi həyata müdaxilə həvəskarlarına böyük zərbə - şantajın qarşısı birdəfəlik alınacaq...

25.02.2026 / 18:25
İKTA-nın təşkilatçılığı və MEDİA-nın dəstəyi ilə media nümayəndələri üçün praktik təlim keçirilib - FOTO

25.02.2026 / 18:19
TDT Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

25.02.2026 / 18:15
Milli kosmik sektorumuzun gəliri inanılmaz sürətlə geriləyir... Niyə...

25.02.2026 / 18:02
Azərbaycan Ermənistana 4500 ton dizel göndərir... - FOTO

25.02.2026 / 17:49
Ermənistanın müdafiə nazirinin Trampdan İrana “gizli mesajları”...

25.02.2026 / 17:35
Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs yaxalandı

25.02.2026 / 17:27
ABŞ BMT-də Ukrayna qətnaməsinə qarşı çıxdı - suverenlik və ərazi bütövlüyü ifadəsi sülhə mane olur?...

25.02.2026 / 17:14
Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 28 nəfər işdən çıxarıldı...

25.02.2026 / 17:11
Nazirlər Kabinetinin bu qərarı ekspertlərdə narahatlıq yaratdı...

25.02.2026 / 17:05
Putinin "Paris və London Kiyevə nüvə bombası verir" iddiasının arxa tərəfləri...

25.02.2026 / 17:01
Avropa İttifaqı ilə Rusiyanın Ermənistanda seçki savaşı başladı...

25.02.2026 / 16:56
Türkiyə də İrana müdaxilə etməli olacaq - hazırlıq başladı...

25.02.2026 / 16:46
İsrailin azı 6 dövlətdən ibarət bloku Türkiyəni hədəfləyib...

25.02.2026 / 16:41
Qara dənizdə ABŞ-Ukrayna mübahisəsi - Trampı maraqlandıran neftdir...

25.02.2026 / 16:33
"Süni intellekt və rəqəmsallaşma media fəaliyyətinə ciddi təsir göstərir" - Natiq Məmmədli

25.02.2026 / 16:26
AMEA-da hamının diqqət mərkəzində olan iclasda süküt - ALİMLƏR YATDILAR... - FOTO

25.02.2026 / 16:20
“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı keçirləcək

25.02.2026 / 16:19
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanabad kəndində görülmüş işlərlə tanış olublar - FOTO

25.02.2026 / 16:18
Allahşükür Paşazadənin oğlu bu səbəbə görə işdən çıxarıldı...

25.02.2026 / 16:09
Prezident və Birinci xanım Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar, şəhər və kənd sakinləri ilə görüşüblər - FOTO/YENİLƏNDİ

25.02.2026 / 16:07
Tramp İraqdakı İran kürdlərini molla rejiminə qarşı təşkilatlandırır...(?)

25.02.2026 / 16:05
Prezident və Birinci xanım Xocavənd kəndində görülmüş işlərlə tanış olublar - FOTO/YENİLƏNDİ

25.02.2026 / 16:03
Azərbaycanda sığorta şirkətləri 156 milyon manat yığıb, 62 milyon ödəyib...

25.02.2026 / 15:49
İran Amerikaya zərbə endirə biləcək raketlər hazırlayır? - Tehrandan Trampın iddialarına cavab...

25.02.2026 / 15:32
Hakimiyyətlə sabiq prezidentin və iki oliqarxın arasında qırğın başladı...

25.02.2026 / 15:06
İraq Küveytin 2 adasını özününküləşdirdi, 7 ərəb dövləti etiraz notası verdi...

25.02.2026 / 14:38
Babəkdə ödəmə terminalını soyan şəxs saxlanıldı

25.02.2026 / 14:25
Əli Əsədov Fuat Oktayla görüşdü

25.02.2026 / 14:10
Anar Kərimova yeni vəzifə verildi

25.02.2026 / 13:44
Tərtərdə narkotikin satışını təşkil edən şəxs tutuldu

25.02.2026 / 13:26
Почему Москва не остановила резню азербайджанцев в Ходжалах? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.02.2026 / 13:08
Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxslər saxlanıldı

25.02.2026 / 12:23
Dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanat yaydı

Rəqəmsal biliklərin təhsildə aşılanması strateji zərurətdir...

XƏBƏR ARXİVİ