Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məlumat yoxdur.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"Təbii ki, tədbirin özünün formatı var və həmin format kontekstində hansı ölkələrin dəvət olunması nəzərdə tutulubsa, buna uyğun da prosedur həyata keçiriləcək. Eyni zamanda tədbir çərçivəsində ilk dəfə liderlər sammiti də təşkil olunacaq. Əlbəttə, burada bütün dünya liderləri iştirak etməyəcək. Bu istiqamətdə dəstəyə ehtiyac olan ölkələr dəvət olunub. Ermənistanın WUF13-ə dəvət olunması ilə bağlı məndə məlumat yoxdur", - nazir qeyd edib.