ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya-Ukrayna münaqişəsinə bir ay ərzində son qoymaq istədiyini bildirib.
Bu barədə Axios mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Donald Tramp və Volodimir Zelenski fevralın 25-də 30 dəqiqəlik telefon danışığı aparıblar. Söhbətdə ABŞ prezidentinin elçisi Stiv Vitkov və Trampın kürəkəni Cared Kuşner də iştirak edib. Axios-un mənbəyi söhbətin dostcasına və müsbət keçdiyini bildirib.
Söhbət zamanı Ukrayna prezidenti ölkəyə göstərdiyi köməyə görə Donald Trampa təşəkkür edib. Volodimir Zelenski əlavə edib ki, yalnız Tramp Vladimir Putini döyüşləri dayandırmağa inandıra bilər. "Daha sonra Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini bildirib, Tramp isə müharibənin çox uzun sürdüyünü bildirib və bir ay ərzində bitməsini istədiyini deyib", - mənbələrdən biri bildirib.
ABŞ və Ukrayna prezidentləri Vladimir Putinin iştirakı ilə mümkün üçtərəfli görüşü də müzakirə ediblər. Donald Tramp, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dördüncü raundu uğurlu olarsa, bu cür danışıqların təşkili üçün çalışacağını bildirib.
Növbəti üçtərəfli görüş martın əvvəlinə planlaşdırılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin yalnız razılaşmaları yekunlaşdırmaq üçün görüşməli olduqlarını bildirib.
SAMİRƏ