Cümə günü, 07 avqust 2026
     

Bu gedişlə Rusiya tam mütəffiqsiz qalacaq - artıq həyəcan təbili çalınır...

Image


Rusiya prezidenti Vladimir Putin Yeni ildən sonra ilk açıq görüşünü keçirib. Amma nə ABŞ-nin Venesuelaya reydindən, Nikolas Maduronun ələ keçirilməsindən danışıb, nə də İranı çalxalayan, minlərlə insanın öldürüldüyü etirazlardan.

Putin baş nazir müavini ilə Rusiyanın emal sənayesini, acınacaqlı kosmik proqramını müzakirə edib. Düşünmək olardı ki, müttəfiq ölkələrdə sabitliyin bunca pozulmasına Moskva daha dinamik reaksiya verəcək. Axı Kreml onlarla illərlə isti əlaqə saxlayıb, iqtisadi, hərbi səbəbləri də olub, Birləşmiş Ştatları çıxdaş etmək niyyəti də. Ceyms Martin Nüvə Silahlarının Yayılmaması Mərkəzində Avrasiya Proqramının direktoru Hanna Notte bildirib: "Rusiyalılar bu məsələlər haqda nəsə deməlidir, amma ümumilikdə Rusiya ABŞ-ı çox açıq tənqid etmək istəmir, buna görə də Kreml və Putin tamamilə susur". Onun fikrincə, ABŞ administrasiyası öz maraqlarını hərbi vasitələrlə, həm də cəzasız qalaraq həyata keçirir və Rusiya da bunun fonunda zəif görünür: "Məncə, Rusiya ABŞ-ın hərəkət istiqamətini dəyişdirmək və ya onu müəyyən mənada dayandırmaq üçün heç nə edə bilməz. Belə bir durumda Vladimir Putin nə deyə bilər? O heç nə demir".

Yaxın Şərq üzrə ekspert Nikol Qrayevski isə Kremlin susduğunu düşünmür: "Bəlkə də, sadəcə, arxa planda nələr etdiklərini görmürük, xüsusilə də İranda". Yaxın Şərq üzrə mütəxəssis Ruslan Süleymanov isə bugünlərdə Moskvanın əsas prioritetinin Ukrayna olduğunu deyir: "Kreml hazırda tamamilə fərqli problemlərlə məşğuldur. Putin üçün Ukraynada daha bir kəndin ələ keçirilməsi Əsəd rejimini xilas etməkdən daha önəmlidir". Beynəlxalq məsələlər üzrə ekspert Mayk Ekkel yazır ki, keçmişdə belə bir hərbi hücum, hökumətə qarşı etirazlar, yaxud mübahisəli seçki olanda, Vaşinqton da birbaşa, yaxud dolayısı ilə qatılanda Rusiya rəsmiləri dərhal reaksiya verərdilər, təmkinli olmağa, kənar ölkələri, yəni ABŞ-ı kənar durmağa çağırardılar.

Putin 2007-ci ildə Münhendə deyirdi: "Bir ölkə, Birləşmiş Ştatlar hər sahədə milli sərhədlərini aşıb". Ötən ilin yanvarında Donald Tramp Ağ evə qayıdandan Kremlin tonu səngiyib. ABŞ xüsusi qüvvələri yanvarın 3-də Karakasda reyd keçirib Maduro və arvadını tutanda Rusiya XİN bunu "silahlı təcavüz" adlandırdı. ABŞ qüvvələri yanvarın 7-də Rusiya bayrağı ilə üzən neft tankerini ələ keçirəndə ilk reaksiya Rusiya Nəqliyyat Nazirliyindən gəldi. İranda antihökumət etirazlarına isə yanvarın 12-də Rusiya Təhlükəsizlik Şurasının başçısı Serfey Şoyqu reaksiya verib, "xarici qüvvələrin İranın daxili işlərinə daha bir müdaxilə cəhdi" baş verdiyini deyib. Bir gün sonra XİN bildirdi ki, Ağ Evin Tehrana təhdidləri "qətiyyən yolverilməzdir". Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru Sergey Radçenko bildirir: "Rusiyalıların bu məsələlərə çox diqqət yetirməsinin mənası yoxdur. Vəziyyət pisləşərsə, onlar üçün çox şey etmək alınmayacaq. Buna görə də sadəcə ABŞ və İsrailin İrana mümkün zərbələri ilə bağlı fikirlərini və dualarını dilə gətirdilər, Venesuela ilə bağlı susdular". Radçenko Kremlin Tramp administrasiyası ilə münasibətini yaxşı saxlamağa çalışdığını iddia edib: "İnqilabi bir dünya qalmayıb, Kreml də buna görə hansısa liderlik roluna iddia etməkdən çox uzaqdır. Buna görə də onlar praqmatik şəkildə bu məsələlərin əhəmiyyətini azaltmağa çalışırlar. Anlayırlar ki, hay-küy salmağın onlara heç bir faydası olmayacaq, Ukrayna münaqişəsində ABŞ-a qarşı Rusiya diplomatiyasını da zəiflədə bilər". 2024-cü ilin dekabrında Rusiyanın başqa bir müttəfiqi Əsəd Suriyada qəfil devrildi. Moskva bununla Yaxın Şərqdə tərəfdaşını itirdi. Moskvanın dünyanın o biri başında yerləşən Venesuelada hadisələrə təsir etmə qabiliyyəti daha məhduddur. Venesueladan sonra Kubada kommunist hökuməti çökərsə, daha bir problem meydana gələr. Kubanın Moskva ilə əlaqələri 1960-cı illərə dayanır. Amma ekspertlər Rusiyanın bu halda da cavab verməkdə çətinlik çəkəcəyini deyirlər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Ermənistan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

06.08.2026 / 16:25
Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

06.08.2026 / 16:21
İranda yeni inqilab başlayır - qorxulu daxili böhran...

06.08.2026 / 16:17
Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

06.08.2026 / 16:12
İranın Ermənistanla sərhədi "ən təhlükəsiz sərhəd" adlandırıldı - niyə Azərbaycan yox...

06.08.2026 / 16:03
Bilal Ərdoğanın restoranlar şəbəkəsi Bakıya ayaq açdı - Ərdoğanlar biznesdə başqa növ seçim edə bilərdimi?

06.08.2026 / 15:44
"Azərbaycan Ukraynaya qaz tədarük etməyə hazırdır" - Ceyhun Bayramov

06.08.2026 / 14:09
Mərkəzi Kəşfiyyat İdarəsi ölkəyə sızdı - neft və elektrik kəsildi… ABŞ-ın Kubanı daxildən qarışdırmaq planı ortaya çıxdı…

06.08.2026 / 13:56
Astarada narkotiklə saxlananşəxs tanışını da ələ verdi...

06.08.2026 / 13:50
Fəxrəddin İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edildi

06.08.2026 / 13:48
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı

06.08.2026 / 13:22
İdxal olunan qeyri-qida mallarına nəzarət gücləndirilir...

06.08.2026 / 13:17
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi

06.08.2026 / 13:12
Ermənilərin apellyasiya məhkəməsində yekun qərar elan olundu - FOTO

06.08.2026 / 13:11
AZCON-a yeni səlahiyyət verildi

06.08.2026 / 12:57
Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gücləndirilməsi Kiyevdə müzakirə edildi

06.08.2026 / 12:50
Ukrayna Tver bölgəsindəki Wildberries anbarına da hücum etdi…

06.08.2026 / 12:44
Ukraynalı nazır Qara dənizdə həlak olan azərbaycanlılarla bağlı başsağlığı verdi

06.08.2026 / 12:35
“Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi azalmağa davam edəcək” - Overçuk

06.08.2026 / 12:26
Rusiya Qafanda baş konsulluq, Ermənistan Şimali Osetiyada konsulluq şöbəsi açır…

06.08.2026 / 12:12
Gürcüstandan İrana narkotik aparan maşın “Mazımqara” postunda saxlandı...

06.08.2026 / 11:56
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərdi

06.08.2026 / 11:42
Valideynlərdən biri məcburi köçkün olmayan şəxslərə vahid aylıq müavinət verilmir – RƏSMİ

06.08.2026 / 11:25
Ceyhun Bayramovla Andriy Sibiha arasında təkbətək görüş keçirilir

06.08.2026 / 11:10
Ermənilərin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir...

06.08.2026 / 10:57
Paşinyan Karapetyanın “Ermənistan Elektrik Şəbəkəsi”ndən danışdı…

06.08.2026 / 10:44
DİN-in 3 bağçası BŞTİ-nin tabeliyinə verildi

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ