Cümə günü, 07 avqust 2026
     

Prezident İlham Əliyev Bakı və Abşeronun su təhlükəsizliyini təmin edən genişmiqyaslı layihəni elan etdi

Image


Azərbaycanın hərtərəfli və əhatəli inkişaf konsepsiyası hesab edilən regional inkişaf proqramlarının icrası ötən 20 il ərzində ölkəmizin sosial infrastrukturunun tamamilə yenilənməsinə səbəb olmuş, Bakı şəhəri və bölgələrdə elektrik, qaz, su, rabitə, yol, nəqliyyat və digər infrastrukturlar ən müasir tələblər səviyyəsində qurulmaqla kommunal xidmətlərə əlçatanlıq maksimum səviyyəyə yüksəlmişdir.

Ötən dövr ərzində elektrik enerjisinin etibarlı təchizat fasiləsizliyi təmin edilib, müasir gündəlikdə isə təmiz enerji mənbələrinə keçidin möhkəm əsasları qoyulub. Qazlaşdırma ilə bağlı ardıcıl tədbirlər sayəsində əhalinin 96 faizi təbii qazla təchiz olunub, habelə avtomobil yollarının inşası istiqamətində həyata keçirilən layihələr magistral və şəhərlərarası, eləcə də kənd yollarının qurulmasına imkan verib.

Kommunal infrastrukturun həyati vacib ən ümdə sahələrindən olan içməli su və suvarma layihələrinin icrası da əhalinin dayanıqlı və keyfiyyətli xidmətlərlə təchizatında əsaslı dönüş yaradıb. 2004-cü ildə içməli su təminatına dair birinci Dövlət Proqramının qəbul edildiyi dövrdə ölkə üzrə su təminatı 40 faiz, Bakı şəhəri və Abşeron yarımadasında 29 faiz səviyyəsində idisə, hazırda içməli su ilə təminat ölkə üzrə 73, Bakı və Abşeron üzrə 70 faizə çatdırılıb.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026‒2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bəyan olunduğu kimi, etibarlı və fasiləsiz su təchizatı xüsusi prioritet məsələdir və dövlət davamlı olaraq bu sahəyə investisiya qoyur.

Ölkəmizin maliyyə potensialı və sənaye qüdrəti sayəsində son 20 il ərzində tutumu 500 milyon kubmetrdən çox nəhəng su anbarlarının inşası, “Taxtakörpü” və “Şəmkirçay” su anbarları kimi irihəcmli təchizat rezervuarlarının yaradılması da məhz bu məqsədyönlü siyasətin nəticəsidir. Eləcə də, son illərdə istismara buraxılmış “Tovuzçay”, “Göytəpə”, Naxçıvandakı “Heydər Əliyev”, “Vayxır” su anbarları, Oğuz-Qəbələ-Bakı və Samur-Abşeron su kəmərləri içməli su ilə təchizatda güclü infrastrukturlar olmaqla, dövlətin iqtisadi gücünü, su strategiyasının misilsiz uğurlarını əks etdirir.

Azərbaycan dövlətinin siyasi-hərbi qüdrəti sayəsində erməni separatizminin kökü kəsilməklə bərabər, Ermənistanın su terroru təhdidləri də tamamilə aradan qaldırılıb, azad edilmiş ərazilərdə dağıdılaraq yararsız vəziyyətə salınmış su infrastrukturları əsaslı şəkildə modernləşdirilib.

“Sərsəng” və “Suqovuşan”, “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarı tamamilə yenidən qurulmaqla ölkəmizin vahid su şəbəkəsi blokuna inteqrasiya edilib. Bu bölgədə daha iki böyük su anbarının - “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin yaxın vaxtlarda tikintisinin başa çatması ölkəmizin su mənbələrinin həcmlərini böyüdəcək, su mənbələri sistemini vahid infrastruktur zəncirində birləşdirəcək.

Yeri gəlmişkən, həmin su mənbələri birbaşa daxili resurs olmaqla, ölkəmizin ümumi su ehtiyatı fondunun dörddə birini təşkil edir ki, bu da ən az 25 faiz dayanıqlı rezervlərin formalaşması deməkdir. Onu da nəzərə alsaq ki, ölkənin yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən axan suların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axınlarının həcminə də öz təsirini göstərdiyindən xarici mənbə azalır. Bu baxımdan, birbaşa yerli mənbələrin davamlı su fondunun artırılması daha aktuallıq kəsb edir.

Postmünaqişə və rəqəmsal inkişaf dövrünə daxil olmuş Azərbaycanın müasir inkişaf çağırışlarından meydana çıxan vacib amillər, qlobal iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması, eləcə də suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması su çatışmazlığını şərtləndirməkdədir. Həmçinin, Bakı şəhərində və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf və demoqrafik artım, son 45 ildə yaşayış məntəqələrinin ərazisinin 2,6 dəfə, əhalinin isə 2,1 dəfə çoxalması tələbatı pik həddə yüksəldib. Bunlarla yanaşı, əsas magistral xətlərin istismar müddətinin başa çatması, yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması nəticəsində sistemlərdə əlavə yüklənmələr yaranır ki, bu da yağış sistemlərinin ötürücülüyünü ciddi problem qarşısında qoyur. Bütün bu amilləri nəzərə aldıqda su təsərrüfatı sektorunda ardıcıl tədbirlərə və islahatlara ciddi ehtiyacların yaranması istisna deyil.

Cənab Prezidentin müşavirədə çıxışı əsas etibarilə bir neçə milli prioritetin ortamüddətli inkişaf ssenarisini əks etdirir. Onlardan birincisi su ehtiyatlarının artırılması üçün zəruri infrastrukturların restrukturizasiyası və yenidən qurulması, mövcud mənbələr və yeni mənbələr hesabına əhalinin dayanıqlı və keyfiyyətli içməli su xidmətləri ilə təminatın yaxşılaşdırılmasıdır.

Bu məqsədlə 200 kilometrdən çox magistral kanalların və paylayıcı şəbəkənin tikilməsi və yenidən qurulması, su anbarlarının sayının 30-a çatdırılması nəzərdə tutulur. Proqram çərçivəsində Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə” su anbarının, Oğuz və Şəki rayonlarında “Əlicançay” su anbarının tikintisi, “Şirvan” və “Qarabağ” kanallarının yenidən qurulması planlaşdırılır. Qeyd olunanlardan əlavə, 3 suvarma kanalının yenidən qurulması, “Qız Qalası” və “Xudafərin” su anbarlarının su ehtiyatlarından səmərəli istifadə edilməsi tədbirlər planına daxildir.

İkinci prioritet yerli su təchizatında birbaşa milli mənbələrimizin cəmləşdiyi azad ərazilərin ehtiyatlarının tam səfərbər edilməsi və istismara hazır vəziyyətə gətirilməsi, ümumi sistemə inteqrasiyasının təmin olunmasıdır.

Üçüncü prioritet kimi sənaye, energetika, kənd təsərrüfatı, əkin sahələrinin su təchizatının planlı, koordinasiyalı və prioritetləşmə aparılmaqla optimal istifadəsinin təmin edilməsini qeyd etmək olar.

Dördüncüsü, dünyada geniş yayılmış modellərdən biri olan dəniz suyunun duzsuzlaşdırılması sayəsində içməli şirin su ehtiyatı fondunun qurulmasıdır. Bu hədəf istiqamətinə uyğun olaraq, birbaşa xarici investor ‒ Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən həyata keçiriləcək layihə sayəsində Xəzər dənizinin suyunu təmiz və keyfiyyətli içməli su halına gətirilməklə Abşeron yarımadasının su təchizatını yaxşılaşdıracaq. Bu meqalayihə sayəsində Bakı şəhərində və Abşeron yarımadasında faktiki istifadə olunan suyun 25 faizini təşkil edəcək. Beş mənbədən su ilə qidalanan Bakının altıncı su mənbəyi formalaşacaq.

Bu layihə, eyni zamanda, Azərbaycanın “təmiz su və sanitariya”, “dəniz ekosisteminin mühafizəsi” kimi qlobal təşəbbüslərdə fəal mövqeyini nümayiş etdirməklə, hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunmasını, alternativ su mənbələrindən istifadənin genişləndirməsini təmin edəcək.

Beşinci prioritet yağış suyu kollektorlarının yenidən qurulması sayəsində şəhərin və ətraf ərazilərin su təhdidlərinin aradan qaldırılması, kanalizasiya sistemlərinin təkmilləşdirilməsidir. Bu məqsədlə Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq, su-kanalizasiya və yağış suyu infrastrukturu inkişaf etdiriləcək.

Digər mühüm prioritet dayanıqlı çevik idarəetmə və təminetmə sisteminin qurulmasıdır. Rəqəmsal idarəetmə sisteminin tətbiqi də strategiyada nəzərdə tutulan əsas prioritetlərdən biridir. “SCADA” sistemləri, “IOT” internet texnologiyalarından istifadə sayəsində nəzarət sistemləri qurulacaq ki, bu da uçot sisteminin elektronlaşdırılmasına və təkmilləşdirilməsinə səbəb olacaq.

2035-ci ilə qədər icra olunması nəzərdə tutulan Dövlət Proqramının icrası əsasən iki mənbədən maliyyələşəcək. Birincisi, dövlətin öz yerli resursları ‒ büdcə vəsaitləri, ikincisi, xarici maliyyə hesabına.

Azərbaycan Hökuməti Dövlət Proqramını daxili vəsait hesabına icra edə bilər, ancaq ölkə qarşısında duran əsas başlıca hədəf ‒ Qarabağ və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması və sosial proqramların maliyyə ahəngdarlığını təmin etməkdir. Bu iqtisadi-sosial prinsiplərin hər il artan büdcə axıcılığını pozmamaq üçün xarici maliyyələşmə ən məntiqli seçimdir.

Bir məqamı da yaddan çıxarmamalıyıq ki, proqram üçün cəlb ediləcək borc 84 milyard suveren strateji valyuta ehtiyatları olan və cəmi 6 faiz xarici borca malik Azərbaycan dövləti üçün sıxıntı və narahatlıq yaradacaq məbləğ hesab edilə bilməz. Hətta Azərbaycan həmin borcu proqramın icra ediləcəyi 10 il müddətində bağlayacaq maliyyə imkanına malikdir.

Beləliklə, Dövlət Proqramı əhaliyə keyfiyyətli xidmətlərin göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla su təsərrüfatı sektorunda təhlükəsizliyin təmin edilməsi, xidmətlərin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, rəqəmsal texnologiyaların tətbiqi, ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsini və digər prinsipləri hədəfləyir ki, onların icrası sayəsində ölkəmizdə böyükhəcmli və dayanıqlı su fondu formalaşacaq. Hazırda 70 faiz təşkil edən fasiləsiz içməli su təminatı səviyyəsi 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Habelə kanalizasiya xidməti göstərilən əhalinin çəkisi 50 faizdən 95 faizə çatdırılacaq.

Ramid Namazov
Milli Məclisin deputatı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 18:47
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın Quliyev yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Ermənistan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

06.08.2026 / 16:25
Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

06.08.2026 / 16:21
İranda yeni inqilab başlayır - qorxulu daxili böhran...

06.08.2026 / 16:17
Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

06.08.2026 / 16:12
İranın Ermənistanla sərhədi "ən təhlükəsiz sərhəd" adlandırıldı - niyə Azərbaycan yox...

06.08.2026 / 16:03
Bilal Ərdoğanın restoranlar şəbəkəsi Bakıya ayaq açdı - Ərdoğanlar biznesdə başqa növ seçim edə bilərdimi?

06.08.2026 / 15:44
"Azərbaycan Ukraynaya qaz tədarük etməyə hazırdır" - Ceyhun Bayramov

06.08.2026 / 14:09
Mərkəzi Kəşfiyyat İdarəsi ölkəyə sızdı - neft və elektrik kəsildi… ABŞ-ın Kubanı daxildən qarışdırmaq planı ortaya çıxdı…

06.08.2026 / 13:56
Astarada narkotiklə saxlananşəxs tanışını da ələ verdi...

06.08.2026 / 13:50
Fəxrəddin İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edildi

06.08.2026 / 13:48
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı

06.08.2026 / 13:22
İdxal olunan qeyri-qida mallarına nəzarət gücləndirilir...

06.08.2026 / 13:17
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi

06.08.2026 / 13:12
Ermənilərin apellyasiya məhkəməsində yekun qərar elan olundu - FOTO

06.08.2026 / 13:11
AZCON-a yeni səlahiyyət verildi

06.08.2026 / 12:57
Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gücləndirilməsi Kiyevdə müzakirə edildi

06.08.2026 / 12:50
Ukrayna Tver bölgəsindəki Wildberries anbarına da hücum etdi…

06.08.2026 / 12:44
Ukraynalı nazır Qara dənizdə həlak olan azərbaycanlılarla bağlı başsağlığı verdi

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ