çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Kremlyönlülər Ermənistanda hakimiyyət çevrilişi üçün hərəkətə keçdilər... “Mer Dzevor hərəkatı”...

Image


Ermənistanda həbsdə olan milyarder Samvel Karapetyan tərəfdarlarına müraciətində bildirib ki, onun yeni yaratdığı müxalifət hərəkatı hökuməti cəmi bir neçə aya devirəcək. Bu açıqlamadan öncə isə İrəvanda məhkəmə onun barəsində həbs-qətimkan tədbirini daha iki ay uzadıb.

Karapetyan həbsxanadan yayılan bəyanatında deyib: “Hər birinizi ümidsiz olmamağa çağırıram. Düşünməyin ki, Ermənistanı idarə edən kiçik qrup öz məqsədinə nail olub. Müqəddəsləri tapdalamaqla, həbsxanaları doldurmaqla, əmlakı ələ keçirməklə və qorxu atmosferi yaratmağa çalışmaqla siz ən çoxu daha altı ay hakimiyyətdə qala bilərsiniz, amma ölkəni saxlaya, onun ləyaqətini bərpa edə, vətəndaşlarınızın həyatını yaxşılaşdıra, dövlətin problemlərini həll edə bilməyəcəksiniz”. O, mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Bununla Karapetyan açıq-aşkar gələn iyunda keçiriləcək parlament seçkilərinə işarə edir. Onun “Mer Dzevov” hərəkatı avqustun sonunda rəsmi olaraq fəaliyyətə başlayıb və seçkidə hakim “Vətəndaş müqaviləsi” partiyasının əsas rəqiblərindən olacağı gözlənilir. Amma Ermənistan qanunlarına görə, 60 yaşlı iş adamı Rusiya vətəndaşlığına görə baş nazir ola bilməz. Onun hərəkatının artıq 8 min üzv topladığı bildirilir. Baş nazir Nikol Paşinyan isə bir daha bildirib ki, partiyası 2026-cı il seçkilərində qalib gələcəyinə əmindir. O, İrəvanın qərbindəki Vağarşapat şəhəri və 17 kəndi əhatələyən dairədə yerli seçkidə partiyasının qələbəsini misal gətirib. “Mer Dzevov” hərəkatının fəaliyyətini isə həbsdə olan oliqarxın qardaşı oğlu Narek Karapetyan koordinasiya edir. O, Vağarşapatda Paşinyanın partiyasının qələbəsinin əhəmiyyətini kiçildib, “Mer Dzevov”un həmin seçkiyə qatılmadığını deyib. Narek Karapetyan yeni müxalif qüvvənin Paşinyanın hakimiyyətdən getməsini təmin edəcəyini vurğulayıb. Samvel Karapetyan Paşinyanın Ermənistan Apostol Kilsəsinin ruhanilərini vəzifədən uzaqlaşdırmaq cəhdlərini tənqid edəndən bir neçə saat sonra ona zorakı rejim dəyişikliyinə çağırış ittihamı irəli sürülüb. O, iyulda siyasətə gəlmək qərarından sonra vergidən yayınma, dələduzluq və çirkli pulyuma ittihamları ilə üzləşib, bütün ittihamları siyasi motivli sayaraq rədd edir. Erməni ekspert Tiqran Köçəryan isə iddia edir ki, Karapetyan azadlığa buraxılacağı təqdirdə Paşinyanın partiyadaxili mövqeləri nəzərəçarpacaq dərəcədə zəifləyə, hətta onun üçün sonun başlanğıcı ola bilər. Köçəryanın sözlərinə görə, “Mer Dzevov” siyasi hərəkatının artan nüfuzu hakimiyyət üçün ciddi çətinlik yaradacaq. O vurğulayıb ki, Karapetyan həbsdə olsa belə, bu siyasi hərəkatın güclənməsi davam edir. Xatırladaq ki, Ermənistan parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək. Bu seçkilərdə iştirak niyyətini artıq Nikol Paşinyan, ölkənin ikinci prezidenti Robert Köçəryan, keçmiş ombudsman Arman Tatoyan, eləcə də Samvel Karapetyan bəyan edib. Robert Köçəryan və Samvel Karapetyan Rusiyanın siyasi dairələri ilə əlaqəli fiqurlar hesab olunur. Bu isə o deməkdir ki, əgər Nikol Paşinyan qarşıdakı seçkilərdə məğlub olarsa, Ermənistanda Moskvanın təsirinin yenidən güclənməsi real ssenariyə çevrilə bilər.

Baş verənləri şərh edən erməni politoloq Aleksandr İskəndəryan qeyd edir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının 2026-cı il seçki kampaniyasında əsas mesajı belə olacaq: onlar sülh tərəfdarıdır, digərləri isə buna qarşıdır.: “Yəni əgər onlar qalib gələcəklərsə, sülhün təmin olunması üçün böyük imkan yaranacaq, halbuki başqa bir qüvvə qalib gəlsə, bu müharibəyə gətirib çıxaracaq. Ermənistanda siyasət çox şəxslərə bağlanmış şəkildə qurulub və mövqelər də əsasən belədir: insanlar səhvdir, müəyyən şəxslər siyasi səhnədən uzaqlaşdırılmalıdır və bu halda vəziyyət dəyişəcək, amma necə dəyişəcək, bunu heç kim izah etmir. Proqramlar əvvəlki kimi mənfidir, yəni onlar nəyəsə qarşıdırlar, nəyinsə tərəfdarı deyillər. Bu, Ermənistan siyasi mədəniyyətinin xarakterik xüsusiyyətidir. Bu, ləğv etmə mədəniyyətidir, burada hökumət mahiyyətcə bildirir ki, hazırkı müxalifətlə əməkdaşlıq mümkün deyil və buna görə də ölkə yalnız o zaman inkişaf edə bilər ki, bu insanlar və bu qüvvələr siyasətdən uzaqlaşdırılsın. Müxalifət də eyni şeyi deyir: hökumətlə qarşılıqlı fəaliyyət mümkün deyil və ölkə yalnız onlar getdikdə inkişaf edəcək. Fərqli siyasi qüvvələr arasında əməkdaşlıq imkanları minimum səviyyədədir. Hər bir seçki taleyüklü, unikal hadisəyə çevrilir. Biz həmişə həyatla ölüm arasında seçim edirik: əgər səhv səs versək, Ermənistan yox olacaq, biz uçurumun kənarındayıq və sair. Bu, həm əvvəlki, həm də 2026-cı ildə keçiriləcək seçkilərin xarakterik cəhətidir”. Ermənistanın “Past” nəşri isə yazır ki, 2026-cı il seçkiləri ərəfəsində hazırkı Ermənistan hakimiyyəti beynəlxalq platformalarda öz reytinqini yüksəltmək, Qərb tərəfdaşları ilə mümkün qədər nümayişkaranə əlaqələr yaratmaq və bu yolla ölkə daxilində itirilmiş etimadı kompensasiya etmək üçün maksimal səylər göstərir: “Paşinyanın beynəlxalq forumlarda iştirakı, “sülh gündəliyi” barədə çağırışları və açıq PR xarakteri daşıyan görüşlər bir məqsədə xidmət edir: onu regionda “əsas demokratik lider” kimi təqdim etmək. Halbuki Ermənistanda demokratik institutlar ardıcıl şəkildə çökdürülür. Sülhpərvər bəyanatlarla xarici tərəfdaşları çaşdırmaq cəhdləri ölkə daxilində həyata keçirilən siyasi repressiyalarla kəskin ziddiyyət təşkil edir. Son aylarda hakimiyyət sistemli şəkildə yalnız müxalifət nümayəndələrini deyil, həm də icma rəhbərlərini, hüquqşünasları, din xadimlərini və ictimai nüfuza malik xeyriyyəçiləri, o cümlədən Samvel Karapetyanı təzyiq obyektinə çevirib. Bu proses ayrı-ayrı işlərin cəmindən ibarət deyil, 2026-cı il seçkiləri ərəfəsində siyasi meydanın təmizlənməsinə yönəlmiş aydın hakimiyyət strategiyasıdır. Ermənistan hakimiyyəti Qərbə bunu “anti-demokratik qüvvələrə qarşı mübarizə” kimi təqdim edir və öz addımlarını bu ssenari ilə əsaslandırmağa çalışır. Lakin reallıq ondan ibarətdir ki, məhz mövcud hakimiyyət anti-demokratik praktikanın əsas daşıyıcısıdır, qanunun gücünü güc strukturlarına, ədaləti siyasi sifarişə, seçki prosesini isə qarşılıqlı əks-təsirləri aradan qaldırılmış monopoliyaya çevirir. Qərb tərəfdaşları üçün düzgün sözlər və düzgün selfilər təqdim olunduğu müddətdə, ölkə daxilində siyasi rəqiblərin sıradan çıxarılmasını hakimiyyət “demokratiyanın müdafiəsi” kimi qələmə verir. Seçkiöncəsi təqiblərin real məqsədi aydındır: 2026-cı ilə qədər formalaşan bütün siyasi mərkəzləri, təmsilçi müxalifət qüvvələrini və hakimiyyətin yenidən istehsalına təhlükə yarada biləcək hər bir şəxsi neytrallaşdırmaq. “Rəqabətli seçkilər” görüntüsü yaradılır, lakin rəqiblərin özləri yoxdur, birinin haqqında cinayət işi məhkəmə mərhələsindədir, digəri həbsdədir, üçüncüsü kütləvi təbliğatın hədəfindədir”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ