çərşənbə günü, 30 sentyabr 2026
     

Tramp Qazaxıstanda Rusiyanın "mövqelərini söküb atır" - milyardlarla dollarlıq razılaşma...

Image


ABŞ Qazaxıstan üzərindən Rusiyanın cənub sərhədlərini necə “sakitcə” çevrələyir?

Son günlər Qazaxıstanın Qaraqanda vilayətində volfram və nadir torpaq metalları yataqlarının birgə işlənməsi barədə ABŞ-la imzalanan yeni saziş beynəlxalq siyasətdə diqqətçəkən hadisəyə çevrilib. Bu, yalnız iqtisadi deyil, həm də ciddi geosiyasi məna daşıyır. Birləşmiş Ştatlar ilk dəfə olaraq Qazaxıstanın strateji nadir torpaq metalları bazarına rəsmi şəkildə daxil olur.

Ekspertlərə görə, bu addım ABŞ-ın Orta Asiya regionunda getdikcə dərinləşən maraqlarının tərkib hissəsidir və Rusiya üçün yeni strateji problem yaradır.

Qazaxıstan bu gün həm enerji, həm də nadir torpaq resursları baxımından dünyanın diqqət mərkəzindədir. ABŞ şirkətlərinin hasil etdiyi hər beşinci barel neftin Qazaxıstan mənşəli olması artıq Vaşinqtonun regiondakı iqtisadi iştirakının dərəcəsini göstərir. İndi isə bu əməkdaşlıq neftdən enerji texnologiyalarının “əsas elementi” olan nadir torpaq metalları sahəsinə keçib.

Maqsut Narikbayev Universitetinin nümayəndəsi Miras Jienbayev qeyd edir ki, süni intellektin (AI) və yüksək texnologiyaların inkişafı qlobal enerji və resurs balansını dəyişir. ABŞ-da məlumat mərkəzlərinin enerji istehlakı sürətlə artır - Energetika Nazirliyinin hesablamalarına görə, 2028-ci ilə qədər bu rəqəm 12%-i keçə bilər. Bu isə Vaşinqtonu yeni enerji mənbələri və strateji resurs axtarışına məcbur edir. Qazaxıstan isə bu axtarış üçün ideal məkandır - sabitlik, zəngin yataqlar və Çinlə coğrafi yaxınlıq onu əsas strateji oyunçuya çevirir.

Donald Tramp administrasiyasının son zamanlar atdığı addımlar göstərir ki, ABŞ Cənubi Qafqazdan Orta Asiyaya qədər uzanan “strateji kəmər” formalaşdırır. Bu kəmərin məqsədi təkcə enerji marşrutlarını şaxələndirmək deyil, həm də Rusiyanın cənub sərhədlərində yeni təsir zonası yaratmaqdır.

Vaşinqton artıq Qazaxıstan, Özbəkistan və Qırğızıstanla iqtisadi və texnoloji əməkdaşlığı sistemli formaya salıb. Bu ilin yazında Səmərqənddə imzalanan sənədlər Aİ və ABŞ-ın regionda institusional iştirakını rəsmiləşdirdi. Həmin sənədlər “C5+1” formatını (Mərkəzi Asiyanın beş dövləti və ABŞ) real iqtisadi platformaya çevirdi.

Beləliklə, ABŞ artıq təkcə investisiya deyil, həm də təhlükəsizlik, enerji və resurs menecmenti sahələrində regionun əsas aktoruna çevrilir. Bu, Rusiya üçün strateji xəbərdarlıq siqnalıdır: Moskva qərb sərhədlərində NATO təzyiqlərinə fokuslanarkən, cənub istiqamətində “sakitcə” ABŞ və Qərb möhkəmlənir.

Rusiya hazırda əsas diqqətini Ukrayna və Avropa istiqamətinə yönəldib. Lakin ABŞ-ın Orta Asiyada aktivləşməsi Kremlin “cənub cinahını” zəiflədib. Qazaxıstanın çoxvektorlu siyasəti – həm Rusiya ilə KTMT çərçivəsində əməkdaşlıq, həm Çinlə “Bir Kəmər, Bir Yol” layihəsində iştirak, həm də Aİ və ABŞ-la texnoloji tərəfdaşlıq - Moskvanın strateji balansını çətinləşdirir.

Əgər ABŞ Qazaxıstan üzərindən nadir torpaq metalları, enerji tranziti və texnologiya zəncirinə tam daxil olarsa, bu, Rusiyanın enerji təsir dairəsini Şərq və Cənub istiqamətlərdə ciddi şəkildə zəiflədəcək. Bundan əlavə, Qazaxıstanın ABŞ və Qərb texnologiyalarına inteqrasiyası Moskva üçün siyasi təsir imkanlarını məhdudlaşdırır.

Bu prosesin daha geniş mənzərəsi ondan ibarətdir ki, Orta və Mərkəzi Asiya artıq təkcə Çin və Rusiyanın “maraqlar zonası” deyil. Vaşinqton və Brüssel burada enerji, texnologiya və təhlükəsizlik üçbucağında yeni nizam qurur.

Səmərqənd razılaşmasından sonra ABŞ regionda iqtisadi iştirakını koordinasiyalı şəkildə genişləndirir. Nadir torpaq elementlərinin işlənməsi, enerji keçidi layihələri və süni intellektlə bağlı texnoloji mərkəzlərin yaradılması Qazaxıstan, Özbəkistan və Türkmənistanı Qərbin iqtisadi orbitinə yaxınlaşdırır. Bu isə Kremlin uzun illər qoruduğu “postsovet tampon zonası” anlayışını faktiki olaraq aradan qaldırır.

Yəni ABŞ-ın Qazaxıstanda aktivləşməsi təkcə iqtisadi deyil, həm də strateji qarşıdurmanın yeni mərhələsidir. Tramp administrasiyası “sakit genişlənmə” siyasəti ilə Rusiyanın cənub sərhədlərini iqtisadi və texnoloji baxımdan çevrələyir.

Moskva Qərb istiqamətində NATO ilə, Şərqdə isə Çinlə “taktiki balans” axtararkən, Cənubda, Orta Asiyada artıq yeni oyunçuların təsiri artmaqdadır.

Vaşinqton üçün Qazaxıstan təkcə nadir metallarla zəngin ölkə deyil, həm də Rusiyanın təsir dairəsində “strateji yarıq” deməkdir.

Əgər bu proses indiki templə davam edərsə, yaxın illərdə Orta Asiya artıq nə “postsovet”, nə də “Çin-Rusiya tamponu” adlandırılacaq, bu məkan qlobal rəqabətin yeni mərkəzinə çevriləcək.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ