çərşənbə günü, 30 sentyabr 2026
     

Bakı-İslamabad-Ankara formatının digər üçtərəfli əməkdaşlıqlardan əsaslı fərqi...

Image


Azərbaycan son illər regional və beynəlxalq müstəvidə çoxvektorlu, lakin milli maraqlara əsaslanan bir xarici siyasət yürüdür. Bu siyasətin ən diqqətçəkən istiqamətlərindən biri üçtərəfli əməkdaşlıq formatlarının yaradılması və inkişafıdır. Azərbaycan-Türkmənistan-Qazaxıstan, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Özbəkistan-Qazaxıstan kimi formatlar regionda iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır. Lakin bu formatlar arasında Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı öz strateji və hərbi dərinliyi ilə seçilir. Bu, sadəcə diplomatik və iqtisadi əlaqələrin deyil, həm də təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı etimadın təcəssümüdür.

Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının təməli və siyasi mənası daha diqqətəlayiq məsələdir.

Azərbaycan, Türkiyə və Pakistan münasibətləri uzun illərdir qarşılıqlı hörmət, mənəvi və ideoloji yaxınlıq üzərində formalaşıb. Pakistan Qarabağ münaqişəsi dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ilk ölkələrdən biri olub və bu mövqeyindən heç zaman dönməyib. Rəsmi İslamabad Azərbaycan torpaqlarını işğal etdiyinə görə, bu illər ərzində Ermənistanı bir dövlət kimi tanımayıb. Yalnız son aylar Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması istiqamətində işlərə başlanılıb.

Türkiyə ilə isə Azərbaycan “Bir millət, iki dövlət” prinsipini siyasi və hərbi müstəviyə daşıyaraq, bu gün faktiki strateji müttəfiqlik modelini reallaşdırır.

Son iki ayda baş tutan iki yüksək səviyyəli görüş – Laçında üç liderin bir araya gəlməsi və 8 noyabrda Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı – bu üçtərəfli əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Hər iki tədbir sadəcə dostluğun nümayişi deyil, həm də gələcəkdə birgə hərbi-siyasi koordinasiyanın təməlini qoyan mesaj idi.

Paradda hər üç ölkənin simvolik iştirakı və liderlərin qarşılıqlı çıxışları bu qardaşlığın siyasi əsaslarını möhkəmləndirdi. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Zəfər bizim birliyimizin, iradəmizin və gücümüzün nəticəsidir” fikri həm də bu üç ölkənin birgə gələcək vizionunun konturunu cızır.

Bu üçlük faktiki hərbi ittifaqa doğru vektorlanmış strateji əməkdaşlığını genişləndirmək yolunu sürətlə inkişaf etdirir.

Azərbaycan-Türkiyə-Pakistan formatı sadəcə dostluq münasibətləri deyil, faktiki olaraq hərbi ittifaq xüsusiyyətləri daşıyan əməkdaşlıq çərçivəsidir. Bu, ortaq təlimlər, hərbi sənaye sahəsində bilik mübadiləsi, texnologiya transferi və təhlükəsizlik məsələlərində koordinasiyanın genişlənməsi ilə özünü göstərir.

Laçında keçirilən görüşdə liderlər müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin keçirilməsi və müdafiə sənayesində inteqrasiyanın artırılması barədə razılığa gəldilər. Bu, üç ölkənin hərbi strukturlarının bir-birini tamamlayan potensialını formalaşdırmaq məqsədi daşıyır.

Bakıda keçirilən Zəfər paradı bu hərbi güc birliyinin praktiki nümayişinə çevrildi. Paradda iştirak edən şəxsi heyət əsasən Xüsusi Təyinatlı Qüvvələr idi. Bu, Azərbaycanın müasir ordu modelinin əsas dayağını təşkil edən elit qüvvələrin potensialını və yüksək hazırlıq səviyyəsini ortaya qoydu.

Bayram paradı yalnız Azərbaycan ordusunun güc nümayişi deyildi, həm də beynəlxalq təhlükəsizlik arxitekturasına ünvanlanmış strateji mesaj idi. Tədbirdə Türkiyə və Pakistanın ali hərbi nümayəndə heyətləri ilə yanaşı, bir sıra ölkələrdən yüksək səviyyəli qonaqlar da iştirak etdi:

- Slovakiya - Baş nazirin müavini, müdafiə naziri;

- Səudiyyə Ərəbistanı - müdafiə nazirinin müavini;

- Serbiya - Baş Qərargah rəisi;

- Qırğızıstan - müdafiə naziri;

- Qazaxıstan - müdafiə naziri;

- Özbəkistan - müdafiə nazirinin müavini.

Bu iştirak geniş beynəlxalq dəstəyin və Azərbaycanın artan nüfuzunun göstəricisidir. Region ölkələrinin yüksək səviyyədə təmsil olunması Azərbaycanın təhlükəsizlik və müdafiə sahəsində yeni bir əməkdaşlıq mərkəzinə çevrildiyini göstərir.

Prezident İlham Əliyevin Zəfər paradındakı çıxışı isə yeni mərhələnin siyasi manifestini yazdı.

Prezident İlham Əliyevin çıxışı Zəfərin yalnız hərbi deyil, həm də siyasi məzmununu əks etdirdi. Dövlət başçısı Azərbaycanın suverenliyinin tam bərpasını və bölgədə sabitliyin Azərbaycan modelinə əsasən formalaşdığını vurğuladı. Onun “Biz müharibə istəmirik, amma sülhü yalnız güclü ordu təmin edə bilər” fikri regionun gələcək təhlükəsizlik arxitektur dizaynına yönəlmiş strateji mesaj idi.

Cənab Prezident həmçinin Türkiyə və Pakistanla əməkdaşlığın dərinləşməsini, bu əlaqələrin yalnız ikitərəfli deyil, üçtərəfli inteqrasiya modelinə çevrilməsini vacib hesab etdiyini bildirdi.

Bu üçlüyün gələcək perspektivləri regional təhlükəsizliyin yeni dayaqlarını formalaşdırmağı hədəfləyir. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının gələcəkdə bir neçə hərbi-siyasi istiqamətdə daha da möhkəmlənəcəyi gözlənilir:

- Birgə müdafiə sənayesi layihələrinin yaradılması (mühüm komponentlər: pilotsuz uçuş aparatları, zirehli texnika, rabitə sistemləri);

- Hərbi təlimlərin və təcrübə mübadiləsinin müntəzəmləşdirilməsi;

- Regional təhlükəsizlik məsələlərində koordinasiya, xüsusilə də terrorizm və qeyri-sabitlik risklərinə qarşı ortaq mövqe;

- Siyasi və diplomatik platformalarda qarşılıqlı dəstək, o cümlədən beynəlxalq təşkilatlarda bir-birinin maraqlarının müdafiəsi.

Bu əməkdaşlıq təkcə regionda deyil, daha geniş coğrafiyada - İslam dünyasında da yeni bir təhlükəsizlik blokunun formalaşmasının başlanğıcı kimi dəyərləndirilə bilər. Azərbaycan bu platformada həm coğrafi mövqeyi, həm də balanslaşdırılmış siyasəti ilə mərkəzi rol oynayır.

Sonda nəticə olaraq qeyd edək ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı artıq sadəcə diplomatik əlaqələr çərçivəsində deyil, strateji müttəfiqlik səviyyəsində inkişaf edir. Bu formatın əsas məqsədi bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün möhkəmləndirilməsidir. Eyni zamanda, bu birlik Cənubi Qafqazdan Mərkəzi Asiyaya, oradan isə Cənubi Asiyaya qədər uzanan yeni geosiyasi körpünün formalaşmasını təmin edir.

Zəfər paradı bu birliyin gücünü, siyasi iradəsini və gələcək vizionunu nümayiş etdirdi. Azərbaycanın bu istiqamətdə atdığı addımlar təkcə hərbi müstəvidə deyil, həm də diplomatik və strateji səviyyədə regionun güc balansını yenidən müəyyənləşdirir.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ