İsrailə dəstəyi ilə tanınan ABŞ-ın İsraildəki səfiri Mayk Xakabi sosial şəbəkələrdəki paylaşımlarında Fransanın Fələstin dövlətini tanımasına sərt reaksiya verib.
Fransa prezidenti Makronu hədəfə alan Xakabi onun Fələstin dövlətini tanıma qərarını ələ salıb: "Makronun birtərəfli “Fələstin dövləti” elanında bunun harada olacağı göstərilmədi. İndi isə Fransanın (Fələstin dövləti üçün) Fransız Rivierasını təklif edəcəyini və yeni ölkənin adının belə olacağını deyə bilərəm."
Xakabi başqa bir paylaşımında isə yazır: "Nə qədər ağıllıca bir qərardır! Makron bir dövlətin varlığını "elan edə" bilərsə, bəlkə də İngiltərə Fransanı Britaniya müstəmləkəsi "elan edə" bilər!"
TAHİR