şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycan modeli Yaxın Şərqdə savaşın əsas həll yolu ola bilər

Image


Bu gün dünyanın xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də Üçüncü Livan müharibəsi və bunun Yaxın Şərqdə proseslərə necə təsir edəcəyidir. İsrailin Livan əməliyyatı, görünür, "Hizbullah"ı tamamilə məhv etməyə hesablanıb. "Hizbullah" da öz növbəsində İsrailə maksimal dərəcədə zərər vurmağa çalıır.

İsrailin Livandakı əvvəlki döyüş təcrübəsi heç də uğurlu olmayıb. 1982-ci ildə Birinci Livan müharibəsi ölkənin cənubunda Livan xristianlarının rəhbərlik etdiyi İsrailyönlü hökumətin "təhlükəsiz zona" yaradılması ilə başa çatdı. 18 il mövcudiyyətini qoruyan bu hökumət İsrail qoşunlarının çıxarılması ilə yoxa çıxdı və öz bacarıqsızlığını sübut etdi. 2006-cı il İkinci Livan müharibəsi əldə edilən uzunmüddətli hədəflər baxımından İsrail üçün daha uğursuz oldu. "Hizbullah"ı məğlub etmək mümkün olmadı, lakin onilliklər ərzində ilk dəfə olaraq dünyada İsrail ordusunun məğlubedilməzliyinə dair şübhələr yarandı. İndi İsrailin özünü Livandan gələn hücumlardan qorumaq üçün üçüncü cəhdidir. Bunun hər ehtimala qarşı uğurlu olub-olmayacağı tezliklə bəlli olacaq. "Hizbullah" hələlik müqavimət göstərir. Lakin İsrailin "Hizbullah" hərəkatına qarşı başlatdığı hərbi əməliyyatlardan sonra 460 mindən çox şəxs Livanı tərk edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Suriya Qızıl Aypara Cəmiyyəti bildirib ki, sentyabrın 23-dən bəri Livandan Suriyaya 440 minə yaxın, İraqa isə 22 min insan gedib. Proseslər hərbi əməliyyatların və qaçqın axını probleminin hələ davam edəcəyini göstərir. Elə bu fonda Azərbaycan nümunəsindən istifadə olunmaqla Yaxın Şərqdəki bu münaişəyə son qoyulmasının mümkünlüyü barədə fikirlər səslənir. İsrailin "Yerusəlim Post" nəşri bu fonda yazır ki, "Hizbullah" və İsrail arasında gedən müharibədə Livan xalqı əziyyət çəkir. Qeyd olunur ki, "Hizbullah" Livan xalqının özünə qarşı da teraktlar törədib, baş nazir Rafiq Həririni qətlə yetirib, o cümlədən digər qətliamlar törədib: "Livan xalqının oyanma vaxtı çatıb ki, onların ölkəsi ikinci Qəzzaya çevrilməsin. Onlar İsrailə Livanı "Hizbullah"dan təmizləməyə və bütün vətəndaşları üçün dini tolerantlığı və plüralizmi təbliğ edən Azərbaycan kimi sülhsevər bir ölkə qurmağa kömək etməlidirlər". Məqalədə  Livandakı sünni və şiələr, xristianlar, yəhudilər üçün Azərbaycan nümunə olaraq göstərilib: "Livan üçün ən yaxşı irəliləyiş Azərbaycan modelidir. Azərbaycan Cənubi Qafqazda yerləşən dünyəvi, plüralist, multikultural ölkədir. Xalqının əksəriyyəti şiə olsa da, sünni azlıqlara o qədər hörmət edirlər ki, Bakıda Heydər məscidində birlikdə (sünni və şiələr) namaz qılırlar. Bu, dünyada sünni və şiələrin sülh və harmoniya içində birlikdə namaz qıldığı yeganə böyük məsciddir. Azərbaycanda müsəlman əksəriyyəti ilə dinc yanaşı yaşayan böyük yəhudi icması var. "Biz Azərbaycanın dağ yəhudiləri 2500 ilə yaxındır ki, bu torpaqda yaşayırıq. Bu müddət ərzində Azərbaycan xalqı bizi qucaqlayıb, təhlükədən qoruyub. Dünyanın hər hansı bir yerində hər hansı bir yəhudi özünü təhlükədə hiss edirsə, Azərbaycana köçməlidir", - Azərbaycan Yəhudi İcmasının lideri Milix Yevdayev bildirib. Azərbaycan yəhudiləri Azərbaycanda müsəlmanlarla bərabər dinc yanaşı yaşayan yeganə azlıq deyil. Azərbaycanda çiçəklənən xristian və bəhai icmaları da var. Ölkə həm də zərdüştilik irsi ilə fəxr edir və zərdüştiliyin bir çox qalıqları bu gün də Azərbaycanın bir hissəsidir. Bu günlərdə Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycan mətbuatına açıqlamasında deyib: "Dini tolerantlıq - müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət, onların ölkəmizdə ahəngdar və dinc yanaşı yaşamasıdır. Etnik mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, bu, Azərbaycanın səciyyəvi əlamətidir və bütün azərbaycanlılar üçün qürur mənbəyidir. Şərqlə Qərbin kəsişməsində yerləşən geostrateji mövqeyimiz və hər iki sivilizasiyanın dəyərlərini mənimsəmək və qoruyub saxlamaq qabiliyyətimiz bizə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında canlı körpü rolunu oynamağa imkan verir". Bu multikultural mühitdə yaşayan Azərbaycanın Qəzzada davam edən müharibəyə münasibətinə və Türkiyə ilə qardaşlıq əlaqələrinə baxmayaraq, İsrail dövləti ilə də çox möhkəm dostluğu var.

Əgər Livan "Hizbullah"dan qurtulsa və dini plüralizm üçün Azərbaycan modelini izləsəydi, Livan çox tez İbrahim razılaşmalarına qoşulub bu müharibəni geridə qoya bilər, beləliklə də Livan xalqını çox faciə və ürək ağrısından xilas edə bilərdi. Ona görə də Livan xalqını İranın Tehrandan Aralıq dənizinə qədər şiə ayparası tikməsinə icazəö verməməyə çağırırıq. Siz yox, yalnız İran və onun proksiləri üçün nəyin yaxşı olduğunu düşünən "Hizbullah" naminə əziyyət çəkməyi dayandırın. Livanı "Hizbullah"dan azad etməkdə İsrailə kömək edin və onu İsrail dövlətinin yanında dinc yanaşı yaşayacaq Azərbaycan multikulturalizm modeli ilə əvəz edin". Hazırda İsrail "Hizbullah"a qarşı müharibəni genişləndirərək, bombardman və qurudan quruda müdaxilə kampaniyası keçirir. Bu vəziyyətdə çoxlarının nə gedəcək yeri, nə də sosial müdafiəsi var. Dövlət xidmətləri illərlə davam edən maliyyə böhranı və qeyri-effektiv idarəetmə nəticəsində fəaliyyətini dayandırıb. Son dövrlərdə Livanı bürüyən hər ardıcıl böhranla dövlət getdikcə daha az yardım təklif edir. Livanın tükənmiş könüllülər sektorunun üzvləri hökumətin təmin edə bilmədiyi yardımı göstərmək üçün yenidən səfərbər olur. 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra fəallar mənimsəmə və qohumbazlığa görə yardımın lazım olan yerə çatmasına mane olacağından qorxaraq, beynəlxalq donorlardan yardım çatdırarkən bunun Livan hökumətindən yan keçmələrini xahiş edirlər. Bu günlərdə Parisdə keçirilən beynəlxalq konfransda Livana yardım üçün bir milyard dollar vəsait toplanıb. Fəallar ümid edirlər ki, bu vəsait rahatlıq təmin edəcək doğru yerlərə sərf ediləcək.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ