Cümə axşamı günü, 05 noyabr 2026
     

Əliyevin Moskva səfəri - Ermənistan Qərbdən də, Moskvadan da oldu, Azərbaycan hər ikisi ilə anlaşa bildi...

Image


Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş dövlətlərdən biri də Rusiya Federasiyasıdır. Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir. 

Rəsmi səviyyədə mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Bu baxımdan, aprelin 22-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri də böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, prezident İlham Əliyevin Baykal-Amur Magistralının 50 illik yubileyi ilə əlaqədar Moskvaya işgüzar səfəri Cənubi Qafqazda reallıqların kökündən dəyişməsi nəticəsində Rusiya-Azərbaycan münasibətlərində baş verən keyfiyyət dəyişikliklərini nümayiş etdirdi. SSRİ-nin ən böyük infrastruktur layihəsi olan Baykal-Amur Magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə Moskvada BAM-ın veteranlarını şəxsən Rusiya Prezidenti Vladimir Putin qəbul etdi. Tədbirin səciyyəvi cəhəti Azərbaycan prezidentinin burada iştirakı idi. Bu da təsadüfi deyildi. Dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biri olan Baykal-Amur Magistralının inşa edilməsində ümummilli lider Heydər Əliyev mühüm rol oynamışdı. Yubiley tədbirində bu nəhəng nəqliyyat yolunun uğurla başa çatdırılması və istifadəyə verilməsində Heydər Əliyevin xidmətlərindən geniş bəhs edildi. Vladimir Putin Heydər Əliyevi SSRİ-nin və müstəqil Azərbaycanın dövlət xadimi kimi necə yüksək qiymətləndirdiyindən danışdı. Həm Vladimir Putin, həm də İlham Əliyev bütün söhbətlərində Rusiya və Azərbaycanın ümumi tarixə dəyər verdiklərini vurğuladılar, həmçinin keçmişdə əldə olunan infrastruktur nailiyyətləri ilə bu gün birgə həyata keçirilən qlobal infrastruktur layihələri arasında paralellər apardılar. Həqiqətən də, indi gündəmdə İran hissəsinin tamamlanması və Rusiyanın şimalını Azərbaycan ərazisindən keçməklə İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınması və BAM ilə analogiya durur. Əgər o zaman Heydər Əliyevin rəhbərliyi ilə nəhəng yol uğurla tikilirdisə, indi də onun qalib varisi İlham Əliyevin dövründə Şimal-Cənub layihəsinin eyni dərəcədə səmərəli nəticəsini gözləmək lazımdır. Ümumiyyətlə, prezidentlər Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olduğunu dəfələrlə vurğulayıblar. 

Vladimir Putin və İlham Əliyevin ictimai bəyanatlarının diqqətəlayiq cəhəti Ermənistanın adının çəkilməməsi olub. İkitərəfli mövzulardan kənarda Rusiya prezidenti yalnız bütövlükdə Cənubi Qafqazla bağlı deyib: "Biz regionda təhlükəsizliyin təmin olunması ilə bağlı vəziyyət barədə də danışacağıq, onlar çox həssasdır". Və Azərbaycan prezidenti təsdiqlədi ki, "görüşlərimizdə regional təhlükəsizlik məsələləri daim gündəmdədir". İlham Əliyev, eyni zamanda, regional vəziyyətin Rusiya-Azərbaycan aspekti ilə davam etdi: "Biz onların necə həll olunmasından məmnunuq ki, Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından fundamental ölkədir. Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır və biz etimad quruculuğu tədbirlərini, əməkdaşlığı, qarşılıqlı anlaşmanı və bütün məsələlərin həllini gücləndirməyə sadiqik". Ermənistanın Vladimir Putinlə İlham Əliyev arasında dialoqun açıq hissəsindən "yoxa çıxması" təkcə Ermənistan-Azərbaycan nizamlanmasında deyil, həm də Bakı-Moskva-İrəvan siyasi üçbucağında reallıqların dəyişməsindən xəbər verir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi nəhayət ki, həm Azərbaycan, həm də Rusiya tərəfinin razılaşdığı vasitəçisiz ikitərəfli rejimə keçib. Bu səbəbdən Azərbaycan öz müttəfiqi ilə görüşlərdə erməni məsələsini qaldırmağa ehtiyac görmür. Bundan sonra Moskva ilə Bakının qarşılıqlı fəaliyyətinin diqqət mərkəzində yalnız Rusiya-Azərbaycan məsələləri dayanır. İndi Ermənistanın əvəzinə Vladimir Putin və İlham Əliyev Cənubi Qafqazda təhlükəsizliyin birgə təmin edilməsindən danışır və onların İrəvanın adını çəkməkdən yayınmaları Moskva ilə Bakının Ermənistan hakimiyyətinin müstəqilliyinin olmaması ilə bağlı ortaq nöqteyi-nəzərini nümayiş etdirir. Həm Azərbaycanın, həm də Rusiyanın regionda təhlükəsizliyinə ümumi təhdid Ermənistan deyil, nəzarət edilən Ermənistan hakimiyyəti vasitəsilə Cənubi Qafqaza daxil olan Qərbin qüvvələridir. Bu fonda sözügedən səfər həm də Ermənistanın Qərblə münasibətlərdə xüsusi bir üstünlük qazanmadan Rusiya ilə əlaqələrinin, belə demək olarsa, məhvi fonunda baş verir. Rus ekspert Stanislav Pritçin bu xüsusda qeyd edir:  "Azərbaycan obyektiv olaraq Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşlərini Ermənistanda çox diqqətlə izləyirlər. Azərbaycan həm iqtisadi nöqteyi-nəzərdən, həm də Şimal-Cənub, Xəzər dialoqu üzrə geostrateji layihələr, bütövlükdə regionda təhlükəsizlik məsələləri baxımından da əhəmiyyətlidir". Onun sözlərinə görə, Qarabağ probleminin həlli əvvəllər Moskva ilə Bakı arasında münasibətlərin inkişafına əngəl olan maneələri aradan qaldırır. Ermənistanın hakimiyyət orqanları üçün bu vəziyyət "maksimum dərəcədə əlverişsizdi. Təsadüfi deyil ki, İlham Əliyevin birgünlük səfəri fonunda Paşinyanın da Vladimir Putinlə görüşmək ehtimalı barədə dərhal söz-söhbət yayıldı. Hələ bir həftə bundan əvvəl bu mövzu gündəlikdə yox idi". Bu səfərin Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması kontekstində baş verməsi də diqqətdən yayınmır. Bu proses iki ölkə liderlərinin qarşılıqlı anlaşma və qərarı əsasında baş tutdu. Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov qeyd edir ki, liderlər Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsini açıq müzakirə etməyiblər: "Lakin şübhə etmirəm ki, bağlı qapılar arxasında bu məsələ qaldırılmaya bilməzdi. Əliyev Rusiya sülhməramlılarının Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə verdiyi töhfəyə görə Rusiya dövlətinin başçısına təşəkkür edib. Yeni prezidentlik dövrləri həmişə simvolik xarakter daşıyır. Hər iki liderin yenidən seçildikdən sonra həqiqətən yaxşı qonşular, eyni istiqamətə baxan ölkələr, strateji tərəfdaşlar və müttəfiqlər kimi qeydləri müqayisə etmək qərarına gəlməsi simvolikdir. Rusiya lideri mütəmadi olaraq Şimal-Cənub layihəsinin həyata keçirilməsinin vacibliyindən danışır. Rusiya üçün Azərbaycan böyük dost, müttəfiq, strateji tərəfdaşdır, onunla çoxlu müştərək layihələr həyata keçirilir. Azərbaycan Rusiya üçün doğrudan da şəffaf, məsuliyyətli, etibarlı tərəfdaşdır, digər məsələlərlə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından da vacibdir. Münasibətlərimiz zamanın ciddi sınaqlarından çıxıb... Putinin Əliyevi belə bir tədbirə dəvət etməsi, məncə, həm Moskvanın, həm də Bakının bizim güclü tarixi əlaqələrimizə nə qədər diqqət yetirdiyini bir daha nümayiş etdirir ki, bu da son dərəcə vacibdir. Moskvanın Heydər Əliyevə və onun Sovet dövlətinin inkişafındakı xidmətlərinə necə hörmət etdiyini göstərir. Əliyevin Moskva səfərindən sonra Paşinyan, çox güman ki, bir neçə günə Moskvaya gələcək. Rusiya ilə Ermənistan bu gün çətin münasibətlərdədir. Liderlər həm də bəzi həssas məsələləri, eləcə də regiondakı vəziyyətə baxışlarını müzakirə etmək imkanı əldə edəcək. Putinin həm Azərbaycan, həm də Ermənistan liderlərinin mövqeləri ilə tanış olmaq və müvafiq nəticələr çıxarmaq imkanı var". Beləliklə, Azərbaycan bu gün həm Rusiya, həm də Qərblə yaxşı münasibətdədir. Ermənistan Azərbaycanın gedişlərini təkrar etmək istəsə də hər şeyi məhv edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ