Cümə günü, 28 avqust 2026
     

Kilsə və müxalifət Ermənistanı yenidən Azərbaycanla müharibəyə sürükləyir...

Image


"Son 5 ay ərzində bizim Azərbaycanla iki böyük razılaşma əldə etməyimiz olduqca mühümdür. Nəhayət, sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqlarıdır". Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir: "Sülhdən ilk faydalananlar Ermənistan və Azərbaycandır və bu nəzəri tezis addım-addım əsaslı şəkildə həyata keçirilə bilər". Paşinyan qeyd edib ki, iki ölkə arasında delimitasiya komissiyasının ötən həftə əldə etdiyi razılaşma regionda sülhün əldə olunmasına kömək edə bilər. Onun sözlərinə görə, uzunmüddətli və sabit sülh həm Ermənistana, həm də Azərbaycana resursları sosial-iqtisadi problemlərin həllinə xərcləməyə, həmçinin regional iqtisadi inkişaf haqqında düşünməyə imkan verəcək. Əslində, Paşinyanın dediklərini Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra təklif edib. Sadəcə, erməni tərəfi indi Azərbaycanın yanaşmasının doğru olduğunu bəyan edir. Elə Qazaxın 4 kəndinin dinc müstəvidə Azərbaycana qaytarılması da bundan qaynaqlanır. Bu fonda Nikol Paşinyan bildirir ki, Tavuş rayonundakı Rusiya bazaları oradakı situasiyaya görə qurulmuşdu, amma indi bu situasiya əhəmiyyətli şəkildə dəyişib və dəyişiklik bütün başqa istiqamətlərdə də əksini tapmalıdır: "Bu o deməkdir ki, indi bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülh rəmzidir. Bu o deməkdir ki, burada Ermənistan və Azərbaycan sərhədçiləri müstəqil və qarşılıqlı əlaqə şəklində sərhədi qoruyacaqlar". Bu arada Ermənistanın şimalında, Azərbaycanla həmsərhəd Tavuş rayonunda bir neçə gündür ki, yüzlərlə yerli sakin hökumətin bu rayonun bitişik ərazilərinin Azərbaycana qaytarılması qərarına etiraz olaraq İrəvan-Tiflis magistralını bağlayıb. Ermənistan hökuməti Azərbaycanın dörd kəndinin  ölkəmizə qaytarılmasına dair qərarı ötən həftəsonu Bakı və İrəvan arasında sərhədin delimitasiyasına dair razılaşma əldə olunduqdan sonra qəbul edib. Qazax rayonunun Aşağı Əskipara, Xeyrımlı, Bağanis Ayrım və Qızılhacılı kəndləri Ermənistan tərəfindən 1991-1992-ci illərdə işğal olunub. İndi həmin kəndlər geri qaytarılır. Nikol Paşinyan Qərb tərəfindən də dəstəklənən razılaşmanı müdafiə edərək deyib ki, bu, Azərbaycanla daha bir müharibənin qarşısını alıb. Lakin Azərbaycana veriləcək ərazilərə bitişik erməni kəndlərinin sakinləri bu prosesə qarşı çıxırlar. Onlar iddia edirlər ki, gələcək sərhəd onların torpaq sahələrinə bitişik olacaq və buna görə də erməni sakinlər üçün təhlükə yaradacaq. Halbuki, bunun reallıqla heç bir əlaqəsi yoxdur. 

Azərbaycana aid ərazilərin Bakının nəzarətinə verilməsini Ermənistan müxalifəti və erməni kilsəsi də qəbul etmir. Onlar deyirlər ki, veriləcək yerlər strateji mövqeyə malikdir. Bu da vurğulanır ki, Ermənistanı qazla təchiz edən boru kəməri də bu ərazidə yerləşir. Erməni kilsəsinin Tavuş yepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulub. Bu fonda Ermənistan hərbçilərinin sözügedən ərazini minalardan təmizləməsinə dair xəbərlər gəlir. Aşağı Əskipara kəndi ərazisindəki kilsənin ətrafı da minalardan təmizlənir. Tavuş yepiskopu Baqrat Qalstanyan və digər etirazçılar minalardan təmizləmənin dayandırılmasını tələb edirlər. Hazırda xüsusi təyinatlı polis etirazçılarla kilsə arasında olan xətt boyunca keşik çəkir. Onlar yepiskop Qalstanyanın əraziyə daxil olmasına icazə verməyiblər. Ermənistan parlamentinin "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Hasmik Hakopyan bunlar fonunda qeyd edir: "Hazırda media manipulyasiyasının "qurbanı" olan vətəndaşlarımızı arxayın edirlər ki, "Tavusdan kəndləri təhvil verirlər". Düzdür, biz bu yalan tezisi bütün mümkün vasitələrlə və hallarda inkar edirik, lakin bir daha demək istəyirəm ki, Ermənistanın suveren ərazisinin bir kvadratı belə təhvil verilməyəcək, əksinə, Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan ilk dəfə demarkasiya aparılmış dövlət sərhədinə sahib olacaq. Demarkasiya aparılmış dövlət sərhədinin olmadığı indiki vəziyyətdə biz faktiki olaraq müharibə təhlükəsi altındayıq. İndi görəcəyik ki, kimlər sərhədin demarkasiyasına qarşıdır, beləliklə kimlər Ermənistanı müharibəyə cəlb etməyə çalışır". "Vətəndaş Müqaviləsi" fraksiyasının digər deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan isə qeyd edir ki, Ermənistan kiçik addımlarla Azərbaycanla etimad mühiti yaratmağa çalışır və Tavuş istiqamətində sərhədin delimitasiyası bu məntiqə uyğundur: "Real siyasət konsensusun əldə oluna biləcəyi və irəliləməyə davam edə biləcəyimiz sərhədləri tapmağa çalışmaq üzərində qurulur. Nəticə etibarı ilə, kiçik addımlarla qarşılıqlı etimad bəzi epoxal qərarlardan daha vacibdir". Onun sözlərinə görə, Ermənistanda sərhəddə sabitliyin olmasını və təhlükəsizliyin artırılmasını istəməyən qüvvələr var: "Bütün qonşularla 1991-ci il Almatı Bəyannaməsinə uyğun gələn ən dəqiq, demarkasiya edilmiş sərhədin olmasını təmin etmək üçün hər iş görülməlidir". Ermənistanın "Past" nəşri yazır ki, Azərbaycanla anlaşma Qərbdə də razılıqla qarşılanır: "Qərb Ermənistanda tələsir. Tavusun dörd kəndi ətrafında yaranan hay-küyün arxa planda olduğunu söyləmək olar, amma Qərbin əsas məqsədi Zəngəzur dəhlizini açmaq və Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsi yaratmaqdır. Yanvarın 29-da Brüsseldə Aİ-Mərkəzi Asiya Nəqliyyat Rabitə İnvestorları Konfransı keçirilib. Bunun çərçivəsində məlum olub ki, Avropa İttifaqı Cənubi Qafqaz və Türkiyə ərazisi vasitəsilə Rusiyadan yan keçən nəqliyyat dəhlizinin yaradılması üçün Mərkəzi Asiyadan Avropaya 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ