Cümə axşamı günü, 05 noyabr 2026
     

Zəngəzurun ayrıca tarixinin yazılmasına böyük zərurət yetişdi...

Image


Bəxtiyar Həsənov: "Mənbələr üzə çıxdıqca, yeni məlumatlar əldə edildikcə Zəngəzurun tarixinin daha da zənginləşdirilməsi, yenidən yazılması və başqa məsələlər də gündəmə gəlir"

Azərbaycanın Zəngəzur mahalının ikiyə bölünməsi tariximizin ən yaralı səhifələrindən biridir. Bu gün  Şərqi Zəngəzur Azərbaycanın, Qərbi Zəngəzur isə Ermənistanın tərkibindədir. Vətən müharibəsində qazandığımız böyük Zəfərdən sonra milli tariximizin bütün mərhələlərinə yenidən baxılması zərurətə çevrilib. Zəngəzurun tarixinə də yenidən nəzər yetirilməsi vacib bir məsələ olaraq ortaya çıxıb. 

Zəngəzur Qərbi Ermənistana verilənə qədər əsrlər boyu Azərbaycanın ərazisi olub, burada türklər yaşayıb, ermənilər isə bizim ərazilərə XIX yüzillikdı köçürülüb. 

Bildiyimiz kimi, Zəngəzurun Qərb hissəsinin Ermənistana verilməsinin çox ilginc və faciəli bir tarixcəsi var. 

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olunub. Qərarda Zəngəzur bölgəsi 2 yerə- Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzasına bölünüb.

Professor Anar İsgəndərli yazır ki, Zəngəzur qədim Azərbaycan torpağıdır və 1920-ci ildə bolşevik Rusiyası tərəfindən Ermənistana verilib. "Türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozuldu. Əgər o tarixi ədalətsizliyə yol verilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.

Azərbaycanlıların qədim tarixi-etnoqrafik mahalı olan Zəngəzur müasir Azərbaycan Respublika­sının Laçın, Qubadlı, Zəngilan və Ermənistan Respublikasının Meh­ri, Qarakilsə, Gorus və Qafan ra­yonlarını əhatə edir". 

Akademik İsmayıl Hacıyev məqalələrindən birində qeyd edir ki, Türkmənçay müqaviləsindən sonra Zəngəzura çar hökumətinin himayəsi altında Türkiyə və İrandan kütləvi surətdə ermənilərin köçürülməsinə başlanılıb, beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzurda süni surətdə erməni əhalisinin sayca çoxaldılması siyasəti yeridilib: "Zəngəzur qədim və tarixi Azərbaycan ərazisidir. Ərazinin Zəngəzur adlanması da təsadüfi deyil. "Zəngəzur" toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən "zəngi" tayfalarının adı ilə bağlıdır. Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Bu boyla bağlı Azərbaycan ərazisində Zəngilan, Zəngəran, Zəngidərə, Zəngi çayı, Zəngilər, Zəngibasar və başqa onlarla coğrafi adlar mövcuddur. Ərazinin aborigen əhalisi də Azərbaycan türkləri olmuşdur. Ümumiyyətlə, Zəngəzur ərazisində minlərlə türk mənşəli coğrafi adlar məlumdur".

Zəngəzurun tarixi ayrıca yazılıbmı? Bütün tarixi gerçəklik tarixşünaslıqda tam ifadə olunubmu? Qədim dövrdən tutmuş müasir dövrə qədər bütün hadisələr tam öz əksini tapıbmı? Zəngəzur tarixi, coğrafiyası tam olaraq yazılmayıbsa, bunun səbəbi nədir? 

Qeyd edək ki, ictimaiyyətdə formalaşan rəyə görə, Zəngəzur tarixi tam olaraq yazılmayıb və bu üzdən by mahalın tarixi tamamilə yenidən yazılmalıdır. 

Bildirək ki, gənc tədqiqatçı Ramin Əlizadə də öz sosial şəbəkə hesabında ictimaiyyətin fikri ilə səsləşən status yazıb: "Zəngəzur tarixi yazılmalıdır, faktlar olduğu kimi təqdim edilməlidir, Zəngəzurun tarixi-coğrafiyasını əks etdirən xəritələr tərtib edilməlidir, erməni yalanlarını ifşa edən etibarlı mənbələrə, arxeoloji dəlillərə, ciddi elmi əhəmiyyət kəsb edən sənədlərə və xəritələrə istinad edilərək!" 

Biz gənc tədqiqatçının fikrini müzakirə etmək istəmirik, onu nümunə üçün qeyd etdik.

Bütövlükdə xalqımız, cəmiyyətimiz, dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyan bu məsələni araşdırmaq istədik və görək Zəngəzur tarixi lazımı səviyyədə yazılıbmı?

"Ola bilsin ki, yeni materiallar əldə edilsin və Zəngəzurun tarixinə əlavə olunsun" 

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Zəngəzurun tarixi yazılıb. "Zəngəzurla bağlı Akif Muradverdiyevin "Zəngəzur tarixi", Musa Urudun "Zəngəzur" əsəri var. Zəngəzurda qırğınlarla bağlı Nazim Mustafanın 

"1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar" əsərində söhbət açıılıb. Bununla bağlı Kamran İsmayılovun Zəngəzurda azərbaycanlılara qarşı törədilmiş qırğınlarla, soyqırımla bağlı əsəri var. Yenə həmin müəllifin "Zəngəzur 1919-1920-ci illərdə" adlı əsəri mövcuddur. Zəngəzur tarixi barədə geniş şəkildə yazılıb.  Mənim özümün "Qarabağ bölgəsi XX əsrin əvvəllərində" kitabımda XX əsrin əvvəllərində Zəngəzurun demoqrafik mənzərəsi, buradakı ictimai-siyasi vəziyyət, 1905-1906-cı il hadisələri, 1918-ci il soyqırımı, XX yüzilin əvvəllərində orada aparılan inzibati ərazi bölgüsü və sairlə bağlı məlumatlar var. Hazırda Zəngəzur tarixi ilə bağlı 3-4 kitab yazılıb. Əldə olunmuş məlumatlar əsasında yazılan bu kitablar qədim dövrdən bugünə qədər Zəngəzur tarixini ehtiva edir. O ki qaldı Zəngəzurun tarixinin tam yazılması məsələsinə, tarixdə belə bir məsələ var: əldə olunan yeni məlumatlar istər-istəməz tarixə yenilik gətirir, o tarixin yazılmasına töhfə verir. Ola bilsin ki, yeni materiallar əldə edilsin və Zəngəzurun tarixinə əlavə olunsun. Ancaq ümumikdə baxanda bəli, istər bir kitabda qədim dövrdən bugünə qədər, istərsə də ayrı-ayrı kitablarda Zəngəzur tarixi ilə bağlı aydın təəsvvür var". 

B.Həsənovun sözlərinə görə, Azərbaycan türklərinin qədim dövrlərdən o ərazidə yaşaması, yaratdığı mədəniyyət, ondan sonra Zəngəzurda baş verən ərazi dəyişiklikləri, yaşanan hadisələr, XX əsrin əvvəllərində Zəngəzurun Azərbayan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsi, Zəngəzurun Şərqi və Qərbi Zəngəzura bölünməsi kimi hadisələr, demək olar ki, tarixə aid kitablarda aydın şəkildə verilib. 

"Cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında Zəngəzurla bağlı çox məsələləri vurğulayıb və ortaya qoyub, təbii ki, bizim tarixçilərin verdiyi sənədlər, faktlar əsasında o torpaqların bizə məxsus olduğu göstərilib. Ona görə də Prezidentin çıxışlarında dediyi kimi, Zəngəzur bizim üçün çox əhəmiyyətli bir ərazidir. Bildiyiniz kimi, son dövrlərdə "Zəngəzur dəhlizi" məsələsi beynəlxalq səviyyədə gündəmə gəlib və Prezidentimiz bu dəhliz məsələsi üzərində həm diplomatik, həm də başqa cəbhələrdə öz mübarizəsini aparır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bu dəhliz mütləq şəkildə açılmalıdır. Əminik ki, bu dəhliz açılacaq. O torpaqlar  bizim dədə-baba torpaqlarımızdır, çünki orada yaranan maddi mədəniyyət bizə - Azərbaycan türklərinə aiddir. Biz tarixlər boyu orda yaşamışıq. 

Zəngəzurun tarixi məsələsinə gəlincə, mənbələr üzə çıxdıqca, yeni məlumatlar əldə edildikcə  Zəngəzurun tarixinin daha da zənginləşdirilməsi, yenidən yazılması və başqa məsələlər də gündəmə gəlir.  Alimlərimiz hər saat, hər gün, demək olar ki, bu yöndə araşdırmalar aparırlar. Yeni sənədlərin əldə edilməsi nəticəsində onlar da bura cəlb olunar. Zəngəzurun tarixi ilə bağlı bir məqamı da vurğulayım ki, Tarix və Etnologiya İnstitutunun nəşr etdiyi  "Azərbaycan tarixi"nin 7 cildliyində, eləcə də başqa nəşrlərində çoxlu qısa məqalələr yazılıb, bu sahədə kitablar, monoqrafiyalar var" - deyə B.Həsənov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ