Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanı kim idarə edir, Paşinyan, ya kilsə? - Tavuş olayları...

Image


Sədrəddin Soltan: "Rəsmi İrəvanla Eçmiədzin arasında ciddi ziddiyyət yaranıb və bu ziddiyyət ümumerməni kilsələr şəbəkəsinə də təsir göstərib"

Azərbaycanın Ermənistanın işğalında olan 8 kəndindən  4-nün qaytarılması ermənilərin Tavuş adlandırdığı, tarixdən bilindiyi kimi, hun türklərinin yadigarı olan Tavuşda haqsız narazılıq yaradıb. 

Xüsusən də özünü "din xadimi" adlandıran revanşist  Baqrat Qalstanyan yerə-göyə sığmır, bu qərarı qəbul edən Ermənistan hökumətinə qarşı nifrət dolu fikirlər səsləndirir.  O, həmçinin, Azərbaycanın tarixi torpaqlarının özünə qaytarılmasını həzm edə bilmir. Elə qələmə verir ki, guya Qazaxın yeddi kəndi ermənilərin "tarixi ərazisi" olub. 

Erməni keşiş deyib ki, ərazilərin Azərbaycana təslim edilməsinə etiraz edir. 

Qalastyan onu tənqid edənləri "it fəlsəfəsinin" təzahürü adlandırıb. Özünü Tavuş "yeparxiyasının rəhbəri", "arxiyepiskop" kimi qələmə verən B. Qalstanyan ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini deyib və düşmənlərini cəsarətli olmağa çağırıb. "Əgər cəsarətləri varsa, mən buradayam, gəlsinlər, üz-üzə danışaq, mən artıq dedim ki, bu, itin fəlsəfəsidir"-deyə etiraz hərəkatına başçılıq edən üzdəniraq arxiyepiskop qeyd edib ki, insanlar aldadılıb və "öz torpaqlarını (?) müdafiə etmək üçün ayağa qalxıb, konkret xarakter bu kəndlərin sakinlərinə yalan danışıb (Paşinyanın vədlərini nəzərdə tutur)".

Qalstanyanın sözlərinə görə, 2021-ci ildə hökumət başçısı seçki kampaniyası çərçivəsində bu kəndlərə səfər edib və xalqa bir söz deməyib ki, bir neçə ildən sonra bu torpaqlar Azərbaycana veriləcək. Tavuş "yeparxiyasının rəhbəri" hakimiyyətin yalanlarını ifşa etməkdən yorulmayacağını bildirib. O, Paşinyanı danışdığı  böyük yalana görə üzr istəməyə çağırıb. 

Bu gün açıq görsənir ki, erməni kilsəsi Paşinyan hökumətinin qəbul etdiyi qərarları qəbul etmək istəmir və bu cür başıpozuq dəstələr yaradaraq, camaatı küçələrə tökərək haqsız etirazlar təşkil edir, erməniləri yanlış yola sürükləyir. Bəzi ekspertlər hesab edir ki, Paşinyan hökuməti dövründə kilsənin dövlət idarəçiliyində, rəsmi qərarların qəbul edilməsində rolu sıxışdırılıb, bununla barışa bilməyən kilsə isə daim hökumətə qarşı narazlıqlar ifadə edir. Qalstanyan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması məsələsində də kilsənin mövqeyini ortaya qoymağa cəhd edir. Camaatı revanşizmə səsləyən bu üzdəniraq keşiş hər zaman qarışdırıcılıq yolunu tutur. 

Ermənistanı kim idarə edir, Paşinyan, ya kilsə?

 

"...Kilsə dövlətin idarəedilməsində oyundankənar vəziyyətdədir"

 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Bakı-Xəbər"ə şərhində Ermənistanın idarə olunmasında kilsənin rolundan danışdı: "Məlumdur ki, Ermənistanda həmişə kilsə başlıca söz sahibi olub. Çünki erməni cəmiyyəti və indiki Ermənistan ölkəsi, hakimiyyət kilsənin, diasporun, yaxud lobbinin sayəsində mövcuddur. Kilsə ermənilərin bütün xülya və iddialarını yetişdirib, onu təbliğ edib, ermənilər üçün dövlətin yaranmasında əsas rollardan birini oynayıb. Məsələn, Çar Rusiyası dövründə erməni kilsəsi ilə Rusiya arasındakı, yaxud Bizansla ermənilər arasında tarixən mövcud olan münasibətləri və sairi nümunə çəkə bilərik. Onlar həmişə davmlı olaraq türklərə qarşı fəaliyyət göstəriblər, türklərin ərazilərində torpaq əldə etməyə çalışıblar, türklərin hakimiyyət qurumlarına daxil olublar, ailə qurublar. Məsələn, Osmanlı dövlətində Andranikin paşa rütbəsinə qədər yüksəlməsi faktdır. Eyni zamanda, istər Səfəvilər, istər Qacarlar dövründə və sair erməni qrupunun nümayəndələri saraylara soxulublar. Sonrakı mərhələlərdə də türk hökmdarlarına, türk hakimiyyətlərinə ilk zərbəni onlar vurublar. Odur ki, kilsə uzun illər, əsrlər boyu erməni cəmiyyətində aparıcı olub, erməni cəmiyyətinin ayaqda qalması, müxtəlif xülyalarla formalşması istiqamətində fəaliyyət göstərib.

2018-ci ilin mayında baş verən hakimiyyət dəyişikliyi həm də Ermənistanda kilsə ilə bağlı bir sıra məsələlərə təsirini göstərib. Rəsmi İrəvanla Eçmiədzin arasında ciddi ziddiyyət yaranıb və bu ziddiyyət ümumerməni kilsələr şəbəkəsinə də təsir göstərib. Ermənilər bu istiqamətdə kilsə ilə bağlı ikiyə bölünüblər. İstər erməni cəmiyyətinin, istər diasporunun bir hissəsi ənənəvi kilsəni, bir hissəsi isə Paşinyan hökumətini müdafiə edir. Paşinyan hakimiyyətə gəldikdən sonra katolikos Qareginin mühafizəçilərinə pul verməkdən imtina etdi, kilsənin müəyyən imtiyazlarını əlindən aldı və sair. Sonrakı mərhələdə məlum oldu ki, kilsə xeyriyəçilik və ianələrdən sui-istifadə edir, istintaq kilsənin fəaliyyətini araşdırmaqla məşğul oldu. Kilsənin hökumətə qarşı müxtəlif cəhdləri uğursuz olub və kilsə artıq Ermənistan  hökumətinin fəaliyyətinə birbaşa müdaxilə etmək imkanını itirib. Ona görə də, Ermənistanda kilsə müxtəlif etiraz aksiyalarının keçirilməsinə çalışır və pozuculuq fəaliyyəti ilə, iğtişaşların yaranması ilə məşğul olur"-deyə S.Soltan bildirdi.

S.Soltanın sözlərinə görə, kilsə Ermənistan dövlətinin idarə edilməsində rolunu itirdiyi üçün bu cür davranışlar sərgiləyir. "Ermənistanı müxalifət deyilən Rusiyayönümlü qüvvələr də idarə etməyə çalışır. Amma onlar nə seçkidə uğur əldə edə bildilər, nə də onların fəaliyyət göstərməsi üçün Rusiyanın onlara ciddi bir dəstəyi oldu. Hələ ki, vəziyyət bu şəkildədir. Yəni Rusiyayönlü qüvvələrin liderlərindən biri, keçmiş prezident Robert Köçəryan isə artıq üç aya yaxındır ki, müalicə adı ilə Almaniyada yaşayır. Odur ki, Ermənistanda hakimiyyəti idarə etməyə cəhd göstərənlər var, amma onların bu cəhdləri hələ ki, uğursuzluqla nəticələnir.  Nikol Paşinyan hökumətinin və komandasının fikirləri, irəli sürdükləri ideyaları beynəlxalq ictimaiyyət, daha çox Qərb dəstəkləyir. Düzdür, bu Rusiyanın maraqlarına və mənafeynə zidd olur, amma bununla belə Qərb daha çox Paşinyan hökumətini dəstəkləyir. Ona görə də Paşinyan hökumətinin fəaliyyətinə kilsənin və siyasi təşkilatların müdaxilə etməsi imkansızdır. Ola bilər, görünməyən əllər, qüvvələr, güclər Paşinyan hökumətinə təsir edir, amma faktiki olaraq, kilsə dövlətin idarəedilməsində oyundankənar vəziyyətdədir"-deyə S.Soltan əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ