Cümə günü, 28 avqust 2026
     

"Əskiparada VI əsrə aid erməni kilsəsi" yeni saxtakarlıqdır...

Image


Ermənilər Cənubi Qafqaza, Azərbaycan ərazilərinə kütləvi şəkildə XIX yüzilliyin ortalarında köçürülüb. Yəni onlar bu ərazilərin yerli sakinləri deyil və bu səbəbdən də onların burada qədim kilsələri, məbədləri monastırları yoxdur. Amma təəssüf ki, Ermənistan tərəfi, bir qayda olaraq, bu ərazilərdəki qədim monastıralara, kilsələrə iddia edirlər. 

Bu günlərdə isə Ermənistanla əldə edilən razılıq  əsasında Azərbaycana qaytarılacaq 4 kənddən biri olan Aşağı Əskiparada yerləşən qədim kilsə ilə bağlı bu ölkənin yeni iddiası ortaya çıxıb. Belə ki, Ermənistanın baş nazirinin müavini, Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryanın ofisi Aşağı Əskipara kəndində yerləşən VI-VII əsrlərə aid Müqəddəs Məryəm kilsəsinin "erməni kilsəsi" olduğu iddiasını irəli sürüb. 

Baş nazirin müavininin ofisindən Armenpress-ə bildirilib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalar həyata keçirildikdən sonra Aşağı Əskipara (Voskepar) kilsəsi Ermənistan ərazisində qalacaq.

Əskipara məbədinin ermənilərə heç bir tarixi bağının olmadığı məlumdur və onların iddiasının yalan olduğunu bir daha sübut etmək üçün kilsənin tarixini araşdırdıq. 

Azərbaycan tarixçilərinin verdiyi məlumata görə, Əskipara məbədi Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsidir.  Vurğulayaq ki, uzun illər işğalda olan Əskipara monastırı Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınıb.

Məbədin V-VIII əsrlərdə tikildiyi qeyd edilir. Məlumatlara görə,  Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır.

Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnir. Yüksək mövqedə yerləşən əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılıb. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılıb, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilib.

Araşdırmaçılar güman edir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mehrani hökmdarlarının iqamətgahı olub. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Alimlər yazır ki, buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə, əsas binanı VII-XI əsrlərə aid etmək mümkündür.

Abidənin memarlıq xüsusiyyətlərinə gəlincə, qeyd olunana görə, kompleksin ən çox diqqət çəkən və daha yaxşı vəziyyətdə dövrümüzə çatmış hissəsi başkilsə olan Müqəddəs Tanrı anası kilsəsidir. Kilsə plan baxımından düzbucaqlı formaya malikdir. Abidənin dövrümüzə çatmış hissələri onun yaxşı işlənmiş plana malik mühüm memarlıq kompleksi olduğunu göstərir. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılıb. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş tuf daşlarından hazırlanıb.

Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənib. Alimlər güman edirlər ki, tağlar yarımdairəvi olub. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir.

Qalaya gəlincə, qeyd olunur ki, monastır kompleksini əhatə edən qala uzunluğu 2 m-ə qədər olan daşlarla hörülmüş iki divarla əhatələnib. Daxili qala divarları daha möhkəm və hündür düzəldilib. İki divar arası məsafə 20 m-ə çatır. Bu isə qalanın mühafizəsini daha da gücləndirir. Hər 10 m-dən qala divari boyu hündürlüyü 9 m-ə qədər olan yarımdairəvi bürclər qurulub. Dövrümüzə həmin bürclərdən yeddisi çatıb. Bürclər bir-birinə yeraltı yollarla birləşdirilib.

Qalanın içərisində ikimərtəbəli binanın qalıqları vardır. Bu bina ölçüləri 22x22x4 sm olan bişmiş kərpicdən tikilib. Onun hündürlüyü 12, eni 18, uzunluğu isə 42 m-dir. Suvaqlanmış divarlar naxışla bəzədilib. Qalanın sahəsində bir neçə təsərrüfat quyusu və dağılmış bina qalıqları aydın görünür.

Bu ermənilərin iddia etdiyi kilsə haqda məlumtdır. Buradan aydın olur ki, Əskipara monstrı alban irsidir və Albaniya dövrünə aiddir. 

Alban irsinin dəyərli örnəyi, Azərbaycan xalqının maddi-mədəni, tarixi-dini irs nümunələrindən olan Əskipara monastırının ermənilərlə heç bir əlaqəsi yoxdur. Ekspertlər qeyd edirlər ki, Albaniya dövlətini idarə edən sülalələrdən biri Mehranilər olub və Mehranilər dövründən də bizə xeyli sayda tikililər qalıb. Mehranilərin də, Albaniyanın da haylarla hər hansı bir əlaqəsi yoxdur. Bu baxımdan, Əskipara monstırı ilə bağlı Ermənistan tərəfin dedikləri boş cəfəngiyatdan başqa bir şey deyil. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ