Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya mediası İlham Əliyevin səfərinə həmişəkindən isti yanaşdı...

Image


Şakir Ağayev: "Rusiya mətbuatında Azərbaycan Prezidentinin səfərinə bu cür isti münasibət sərginlənməsi müsbət tendensiyadır"

Rusiya mediası Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə geniş diqqət ayırıb. Bu  xəbərlərdə ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından bu görüşün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

TASS Agentliyində yer alan xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminlik ifadə olunur.

"RİA Novosti", "Moskovski Komsomolets" nəşrləri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə mühüm töhfə verməsi barədə fikirlərini diqqətə çatdırıb.

"İnterfaks" nəşrinin xəbərində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlər və bir sıra digər mövzularda müzakirələr aparılacağını bildirdiyi qeyd olunub.

"News.ru" hər iki ölkə prezidentinin bu il yenidən ali dövləti vəzifəyə seçildikdən sonra ilk dəfə görüşdüklərini xüsusi vurğulayıb. "Onların daha əvvəl başladıqları işləri davam etdirəcəkləri gözlənilir. Politoloqlar hesab edir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində ümidverici irəliləyişdən sonra Moskva və Bakı Cənubi Qafqazda yeni geosiyasi reallıqda münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək niyyətindədir", - nəşrdə yayımlanan xəbərdə qeyd olunub.

"Arqumentı i faktı" nəşri də yazır ki, Rusiya Prezidenti Vladimir Putin Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfəni xatırladıb. Nəşr qeyd edib ki, Vladimir Putin Heydər Əliyevin SSRİ dövründə BAM-ın tikintisi ilə bağlı məsələlərə birbaşa nəzarət etdiyini və Rusiyanın buna görə ona minnətdar olduğunu vurğulayıb.

"Qazeta.ru" portalı Azərbaycan Prezidenti İlham Əliyevin "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir" fikrini xüsusi vurğulayıb. "Bu gün iki dövlət başçısı Rusiya və Azərbaycanı birləşdirəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini müzakirə etməyi planlaşdırır. Eyni zamanda, Azərbaycan liderinin fikrincə, bu dəhliz yükdaşımaların təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir", - deyə Rusiya nəşrinin xəbərində bildirilib.

"Ren.tv"də yer alan xəbərdə Prezident Vladimir Putinin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasını xüsusi vurğuladığına diqqət çəkilib. "Onun sözlərinə görə, bu rəqəm 4 milyard dollardan çoxdur. Bundan başqa, Rusiyanın yatırdığı 6 milyard dollarlıq sərmayə Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edir", - deyə telekanalın xəbərində qeyd edilib.

"Sübut olundu ki, Azərbaycan öz müstəqil, stabil və uğurlu xarici siyasəti ilə regionda Rusiyanın etibar etdiyi ən yaxın tərəfdaş ölkələrdən biridir" 

Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfərinə Rusiya mediasının geniş yer ayırmasının səbəblərini şərh edən "Novoye Vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə bildirdi ki, bu qətiyyən təsadüfi sayıla bilməz və Azərbaycan-Rusiya əlaqələrinin çox yüksək səviyyədə inkişaf etdiyinin göstəricilərindən biridir. "Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərinə bu ölkənin mediasının geniş yer verməsi təbii qarşılanmalıdır. Birincisi, İlham Əliyevin Rusuya səfəri Azərbaycanın indiki diplomatik qələbəsindən sonra gerçəkləşib. Bu səfər sülhməramlıların Qarabağdan çıxmağa, eyni zamanda Ermənistanla delimitasiya prosesinin ilk mərhələsinin uğurla  başlanmasından, Azərbaycanın işğalda olan 8 kəndindən 4-nün bir güllə atılmadan geri qaytarılması barədə razılığa gəlinməsindən sonra baş tutub. Bundan əlavə, dünyada gedən mürəkkəb proseslər, Rusiyanın dünya nizamında oynadığı rol, bu ölkənin dünya nizamının birqütblülükdən çoxqütblülüyə dəyişməsində əsas faktor olduğu bir vaxtda, eyni zamanda rus-Ukrayna müharibəsinin, Yaxın Şərqdəki savaşın hələ davam etdiyi və başqa bu cür proseslərin fövqündə Azərbaycan Prezidenti Rusiyaya səfər edib. Bilirsiz ki, İlham Əliyev Baykal-Amur Magistralının 50 illiyi ilə bağlı çox mühüm bir tədbirə dəvət edilmişdi. Bu magistralın tikintisində o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş Heydər Əliyevin böyük rolu olub, o bu komissiyaya sədrlik edib. Heydər Əliyevin bu magistralın əsrəyə gəlməsində müstəsna rolu vardı.

Rergionda gedən bugünkü proseslər göstərdi ki, Rusiyanın daim özünə müttəfiq saydığı, daim ondan aslı olan Ermənistan heç də etibarlı müttəfiq deyil, onun çətiri altından çıxıb Qərbin, Avropa Birliyinin çətiri altına düşmək istəyir. Gürcüstanla da vəziyyət məlumdur. Sübut olundu ki, Azərbaycan öz müstəqil, stabil və uğurlu xarici siyasəti ilə regionda Rusiyanın etibar etdiyi ən yaxın tərəfdaş ölkələrdən biridir. Bundan başqa, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, nəinki  Cənubi Qafqazın, eləcə də dünyanın təhlükəsizliyində Rusiya fundamental bir ölkədir. Prezident vurğuladı ki, Cənubi Qafqazın təhlükəsizliyinin təminatı Rusiyadan aslıdır"-deyə Ş.Ağayev bildirdi.

Ş.Ağayevin sözlərinə görə, Rusiya da çox yaxşı anlayır ki, təhlükəsizlik təminatının olması, regionda stabilliyin qorunmaı çox əhəmiyyətlidir. "O region ki, bu gün Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir. Yəni söhbət Cənubi Qafqazdan gedir. Biz bilirik ki, ABŞ başda olmaqla, Qərb dövlətləri Rusiyaya qarşı Ukrayanadan sonra ikinci cəbhə açmağa cəhd ediblər. Bu Gürcüstanda alınmadı. Rusiya bilir ki, bunu Ermənistan vasitəsilə etmək istəyirlər. Azərbaycan müstəqil, stabil uğurlu siyasət aparan bir dövlət kimi, təbii ki, buna imkan vermir. Rusiya anlayır ki, Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycandan çox asılıdır, Azərbaycan bunun təminatçısı ola bilər". 

Ş.Ağayev vurğuladı ki, iki ölkənin liderlərinin münasibətləri çox yüksək səviyyədədir, Əliyevin və Putinin görüşdə istinad etdiyi 2022-ci ildə imzalanmış müttəfiqlik bəyannaməsi var, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi  4 milyard dollara çatıb, 6 milyard dollar həcmində Rusiya ölkəmizə sərmayə qoyub. "Ən əsası da, bu gün Rusiya və Azərbaycan üçün çox əhəmiyyətli olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və "Zəngəzur dəhlizi"dir. İndiki sanksiyalar dövründə "Zəngəzur dəhlizi" Rusiyanın maraqlarına çox uyğundur. Təbiidir ki, bu bizim maraqlarımıza da tam uyğundur. Bu proseslər - Cənubi Qafqazda gedən və hələ də sona çatmayan böyük güc dövlətlərinin, maraqlı oyunçuların regionda maraq müharibəsi çərçivəsində  Azərbaycan kimi bir ölkənin rəhbərinin Rusiyaya səfəri və bu ölkənin prezidenti ilə danışıqları, təbii ki, Rusiya dövləti üçün çox önəmlidir. Rusiya mətbuatında Azərbaycan Prezidentinin səfərinə bu cür isti münasibət sərginlənməsi müsbət tendensiyadır. Çünki əvvəllər biz həmişə Rusiya mətbuatını ittiham edirdik ki, Azərbaycana qarşı birtərəfli mövqe tutulur, Azərbaycanın haqq işinə yer verilmir. Amma bu gün tarix hər şeyi yerinə qoydu və Azərbaycan Prezidentinin səfərinə çox böyük diqqət ayrılır. Hesab edirəm ki, bundan sonra da bu ənənə davam edər" - deyə Ş.Ağayev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ