Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərb liderləri Makronun yalanlarını çıxarır...

Image


Fransa prezidenti Emmanuel Makron xarici siyasətində və bir ölkə rəhbəri kimi açıqlamalarında hələ çox naşı olduğunu bir daha isbata yetirdi. İndi Qərb ölkələri bir-birinin ardınca Makronun səhvini düzəltməyə çalışırlar.

Qeyd edək ki, Parisdə Avropa liderlərinin sammiti keçirilib. Makron bildirib ki, Parisdə keçirilən tədbirdə Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilib: "Düzdür, Avropa quru qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı heç bir konsensus yoxdur, lakin məqsədimizə çatmaq üçün heç nə istisna edilməməlidir. Rusiya bu müharibədə qalib gələ bilməz". Bu fonda Kreml Kiyevin avropalı müttəfiqlərinə xəbərdarlıq edib ki, Ukraynaya qoşun göndərmək Rusiya və NATO arasında müharibənin qaçılmazlığına gətirib çıxaracaq. Kremlin sözçüsü Dmitri Peskov Makronun açıqlaması ilə bağlı suala cavab olaraq deyib ki, NATO ölkələrindən Ukraynaya müəyyən kontingentlərin göndərilməsi imkanının müzakirəsi faktının özü çox vacib yeni elementdir: "Bizə ehtimaldan deyil, Rusiya ilə NATO arasında birbaşa münaqişənin qaçılmazlığından danışmaq lazım olacaq". Bütün bunlar fonunda Avropa ölkələri bir-birinin ardınca Makronun Ukraynaya qoşun yeritmək ehtimalını rədd edib. Almaniya kansleri Olaf Şolz qeyd edib: "Ukrayna torpaqlarında Avropa dövlətləri və ya NATO dövlətləri tərəfindən oraya hərbçi göndərilməyəcək. NATO və Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərməmək barədə razılığa gəliblər". Praqada Çexiyanın baş naziri Petr Fiala və onun ölkədə səfərdə olan polşalı həmkarı Donald Tusk hökumətlərinin belə bir addım atmağı düşünmədiyini bildiriblər. Fiala Tuskla birgə mətbuat konfransında deyib: "Mən əminəm ki, biz Rusiyanın təcavüzündən sonra getdiyimiz dəstək yollarını inkişaf etdirməliyik. İnanıram ki, başqa üsul və ya yollara əl atmağa ehtiyacımız olmayacaq". Tusk da bildirib ki,  Polşa öz qoşunlarını Ukrayna ərazisinə göndərməyi planlaşdırmır: "Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı iştirakçılar arasında heç bir istək yoxdur". NATO-nun rəhbəri Yens Stoltenberq deyib ki, alyans müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir: "Biz bunu 2014-cü ildən etdik və genişmiqyaslı müdaxilədən sonra gücləndirdik. Lakin NATO-nun Ukraynaya qoşun yerləşdirilməsi planı yoxdur". Ağ Evin Milli təhlükəsizlik şurasının nümayəndəsi Edrien Uotson da bildirir ki, Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərməyəcək. Sözçünün sözlərinə görə, prezident Bayden ABŞ-ın Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə söyləyib. İsveç də Makronun dediklərini təkzib edib. Bildirilib ki, bir ölkə dünyanın istənilən nöqtəsinə ordu göndərirsə, bu, NATO-nun ümumi qərarı deyil: "Emmanuel Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər. Əgər bir ölkə dünyanın başqa yerinə qoşun göndərmək istəyirsə, bu, NATO-ya təsir etmir. Fransanın ənənəsi İsveç ənənəsi deyil". BMT də dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyətin pisləşməsinə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırır.Təşkilatın baş katibinin sözçüsü Stefan Düjarrik bildirib: "Münaqişə başlayandan bəri biz vəziyyəti gərginləşdirə biləcək çoxlu ritorika gördük. Bizim çağırışımız dəyişməyib. Belə ritorikadan qaçmaq lazımdır". Slovakiyanın baş naziri Robert Fiko da bildirib ki, ölkəsi Ukraynaya qoşun yeritmək niyyətində deyil. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto da qoşunların Ukrayna ərazisinə daxil edilməsinə qəti şəkildə qarşı çıxıb. O, həmçinin vurğulayıb ki, ölkəsi Kiyevə silah göndərmək niyyətində belə deyil. Nazirin sözlərinə görə, münaqişəni genişləndirmək yox, dayandırmaq lazımdır. Finlandiya da öz ordusunu Ukraynaya göndərməyi planlaşdırmır. Bunu ölkə prezidenti Sauli Niinise deyib. İtaliyanın xarici işlər naziri Antonio Tajani Makronun NATO qoşunlarını Ukraynaya göndərmək planlarını rədd edib. O, İtaliya ölkəsinin Rusiya ilə müharibə aparmadığını vurğulayıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Makronun Avropa hərbi qüvvələrinin Ukraynaya yeridilməsinin mümkünlüyü barədə açıqlamasını şərh edərkən maraqlı məqamlara toxunub: "Fransa prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı və Andorra şahzadəsi Emmanuel Jan-Mişel Frederik Makronun eyni anda iki problemi yaranıb: əvvəlcə onun başına at təpib, sonra isə "dilinin qadağası" sıradan çıxıb". Medvedyev bu "xüsusi idiomu" onun üçün seçdiyini bildirib, çünki bu, səfeh reaksiyalara meylli insanlara münasibətdə istifadə edilir: "Makronun Fransanın nüvə arsenalını bütün istəkli avropalılarla bölüşmək istəyini də nəzərə alsaq, deyə bilərik ki, onun "özünü buraxması" uzunmüddətli və ağrılı xəstəlikdəndir". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifinə belə cavab verib:  "Fransa prezidenti Emmanuel Makron Ukraynanı müdafiə etmək üçün "Şarlman II" SS diviziyasını təşkil etmək niyyətindədir". O, nasist Almaniyasının lideri Adolf Hitlerin bunkerini müdafiə edən Fransa diviziyasının taleyini xatırladıb, qeyd edib ki, Makron nə dediyini bilmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ