Cümə axşamı günü, 05 noyabr 2026
     

Makron Kaledoniya xalqını "pandemiya referendumu" ilə necə aldatdı...

Image


Rauf Zeyni: "Kanak xalqı Fransanın pandemiya şəraitdən sui-istifadə edərək keçirdiyi referendumun nəticələrini ləğv etdirmək istəyində haqlıdır"

Fransanın paytaxtı Parisdəki "La Bourse du travail" Həmkarlar İttifaqı Mərkəzinin binasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarı olan kanak xalqının nümayəndəsi senator Rober Ksovinin, eləcə də Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) nümayəndə heyətinin iştirakı ilə "Kanak xalqı ilə həmrəylik toplantısı" adlı iclas keçirilib.

Mətbuatda gedən məlumata görə,  iclas iştirakçılarının ilk tələbi fevralın 21-də Yeni Kaledoniyada polislə nümayişçilər arasında baş vermiş toqquşma nəticəsində saxlanılan 5 fəalın azad edilməsi olub.

Tədbirdə çıxış edən kanakın müstəqillik tərəfdarları Fransa hökumətinin onların səsini eşitməsini istədiklərini qeyd ediblər. Onlar, həmçinin, kanak xalqına məxsus torpaqların müstəmləkəyə çevrilməsindən 170 il və FLNKS-ın yaranmasından 40 il sonra Fransa hökumətinin bu xalqın gələcəyini sual altında qoyaraq, Yeni Kaledoniyanın - kanakların institusional gələcəyinə dair iki qanun layihəsini birtərəfli şəkildə irəli sürməsinə etirazlarını bildirirlər.

2021-ci ildə keçirilmiş muxtariyyətlə bağlı üçüncü referendumun nəticələri yekdilliklə şübhə altına alınıb. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları həmin referendumu COVID dövründəki qapanma şəraiti ilə əlaqədar təxirə salınmasını istəsələr də, Fransa dövləti prosesin keçirilməsini məcburi qaydada qəbul etdirib və beləliklə, kanak xalqı bu referendumda iştirak edə bilməyib. Müstəqilliyin tərəfdarları bu referendumun nəticələrini tanımır və onun şərtlərinin qəbuledilməz olmasının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınması üçün FLNKS tərəfindən şikayət hazırlanıb. Kanaklar bildirirlər ki, bu gün Fransa hökuməti "demokratiya" adı altında əyalət seçkilərini təxirə salmaq və seçki orqanında dəyişiklik etmək istəyir. Məqsəd 30 ildən çoxdur başlanılmış müstəmləkəsizləşdirmə prosesinə son qoymaq və kanak xalqının azlığa çevrilməsi ilə bağlı sübut edilmiş təcrübəni bərpa etməkdir. Bu, ərazinin yenidən müstəmləkəyə çevrilməsini və kanak xalqının milli azlıq olduğunu təşviq etmək üçün bir vasitədir. Dövlət bu iki qanun layihəsi ilə Numea Sazişini çox qısa müddət ərzində ləğv etmək istəyir. Fevralın 27-də əyalət seçkilərinin təxirə salınmasına dair dəyişiklikləri əks etdirən qanun layihəsi Senata, sonra Milli Assambleyaya təqdim ediləcək. Seçicilərin tərkibinin dəyişdirilməsi ilə bağlı ikinci qanun layihəsi isə mart ayından etibarən Senatda müzakirəyə çıxarılacaq. İyulun 1-dək müstəqillik tərəfdarları ilə heç bir saziş bağlanmazsa, hökumət Versal Konqresini çağırmaqla güc yoluna əl atmaq niyyətindədir.

Toplantı iştirakçıları kanak xalqı ilə həmrəylik nümayiş etdirərək onların hüquqlarına, o cümlədən tam suverenlik əldə etmək istəyinə hörmət bəslənilməsi üçün səfərbər olmağın vaxtının çatdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, 1984-1988-ci illərdəki toqquşmalardan sonra Fransa dövləti ilə bəzi şərtləri Konstitusiyada təsbit olunan kanak xalqı arasında kompromis 30 ildən çox davam edən dekolonizasiya və öz müqəddəratını təyinetmə prosesinin başlamasına imkan verib.

Bildirilib ki, hu gün hakimiyyət Numea Sazişinə son qoymaq üçün manevrlər edir. O, insanları 2022-ci ildə keçirilmiş üçüncü referendumun Fransanın tərkibində Yeni Kaledoniya üçün demokratik qərar qəbul etməyə imkan verdiyinə inandırmaq istəyir. Bu, müstəmləkə edilmiş xalqın öz ölkələrinin gələcəyi ilə bağlı qərar vermək kimi fundamental hüququna, habelə BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymamaqdır. Eyni zamanda, COVID-dən sonrakı qeyri-münasib mühit səbəbindən kanakların referendumun təxirə salınmasını xahiş etmələrini görməzdən gəlməkdir.

Həmçinin qeyd edilib ki, Makron və onun hökuməti üçün "milli maraq" Yeni Kaledoniyanın qəti olaraq fransız olmasıdır. Onların nəzərində bu, Hind-Sakit Okean kimi tanınmış və getdikcə həlledici zonaya çevrilən regionda iqtisadi və strateji aktivliyi təmin edir. Hökumət bununla da neokolonial təkəbbürü və kanak xalqına hörmətsizliyi davam etdirməyə haqq qazandırır.

Tədbir iştirakçıları vurğulayıblar ki, Hind-Sakit Okean regionunda, habelə onun hüdudlarından kənarda dekolonizasiya prosesinin davam etdirilməsi və dərinləşməsi sosial bərabərsizliklərə qarşı, ölkənin inkişafı və sosial-demokratik tərəqqisi üçün mübarizənin prioritet istiqamətə çevrilməsinə səbəb olmalıdır. Eyni zamanda, Yeni Kaledoniyanın yenidən müstəmləkə olması təkliflərinin əvəzinə tərəfdaşlıq, müstəqillik təkliflərinə ciddi yanaşılmalıdır.

Diqqətə çatdırılıb ki, Fransada müstəmləkəçiliyi müdafiə edən, xalqların öz müqəddəratını təyinetmə hüququna qarşı çıxan qüvvələrlə çətin mübarizədə kanak xalqının ətrafında toplaşmaq, onunla həmrəy olmaq lazımdır.

Kanak xalqı 2021-ci ildə Fransanın onları aldatmaq niyyətilə keçirdikləri referendumun nəticələrini tanımırlar və beynəlxalq  məhkəməyə müraciət etdilər.  Fransa 2021-ci ildə Yeni Kaledoniyanın muxtariyyəti ilə bağlı referendum keçirib, halbuki  xalq tələb edib ki, referendumu keçirməyin, çünki pandemiyadır, pandemiya dövründə insanlar çölə çıxmır, seçki keçirmir. Lakin Fransa hökuməti pandemiyadan sui- istifadə edərək xalqın iştirakı olmadan bu referendumu keçirtdi. Beləliklə də, bu referendumun nəticələri kanak xalqının iştirakı olmadan ortaya qoyuldu. İndi  kanak xalqı beynəlxalq məhkəməyə müraciət edib ki,  bu araşdırılsın. Məqsədləri beynəlxalq məhkəmədə referendumun nəticələrini ləğv etdirməkdir. Bunun nə dərəcədə perspektivi var?  Kanak xalqı pandemiya şəraitində keçirilən və xalqın iradəsini ifadə etməyən referendumun nəticələrinin ləğvi tələbində nə dərəcədə haqlıdır? 

Ekspertlər qeyd edir ki, kanak xalqı birmənalı olaraq haqlıdır və onlar Beynəlxalq Məhkəmə vasitəsilə bu referendumun nəticələrinin ləğv olunmasına nail ola bilərlər. Çünki pandemiya şəraitində referendum kimi ciddi tədbir keçirilməsi düzgün deyildi, qanunsuz idi,  amma Fransa pandemiyadan sui-istifadə edərək kanak xalqının iradəsini ifadə etməyən referendum keçirib. 

"Beynəlxalq məhkəmələr də bunu nəzərə almalıdır" 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Bakı-Xəbər"ə şərhində "Əvvəla, Yeni Kaledoniya muxtariyyəti ilə bağlı keçirilən referendumun nətəcələrini kanak xalqı tanımır. Kanak xalqı Fransanın pandemiya şəraitdən sui-istifadə edərək keçirdiyi referendumun nəticələrini ləğv etdirmək istəyində haqlıdır. Onlar çox düz edib bu referendumun nəticələrini tanımırlar"-deyə bildirdi.  

R.Zeyninin sözlərinə görə, çünki belə ciddi tədbirin, referendumun pandemiya vaxtı keçirilməsi qeyri-ciddi bir vəziyyət yaradır: "Ona görə də kanak xalqı doğru olaraq Beynəlxalq Məhkəməyə müraciət edib və müstəqilliyi, azadlığı, hüquqları uğrunda mübarizə aparır. Düşünürəm ki, kanak xalqının haqqı var və bu haqların beynəlxalq hüquqda da təsbit olunması göz qabağındadır. Onlar da o hüquqlardan istifadə edərək özlərinin referendumunu keçirmək istəyirlər, bundan irəli gələrək də Yeni Kalendoniyanı elan etmək istəyirlər. Hesab edirəm ki, Fransa hökuməti haqsız olaraq Yeni Kalendoniyanın hüquqlarını məhdudlaşdırır, saxtalaşdırır, haqqını danır. Bundan irəli gələrək  qondarma, saxta bir referendum keçirərək və onun nəticələrini dünyaya elan edərək Yeni Kalendoniyanın, kanak xalqının hüquqlarını    tapdalayır. Bu baxımdan, əlbəttə ki, bundan nəticə çıxararaq Fransa hökumətinin ədalətsiz olduğunu demək mümkündür. Bundan irəli gələrək, təbii, beynəlxalq məhkəmələr də bunu nəzərə almalıdır".

R.Zeyni əlavə etdi ki, Fransa öz əlindəki vasitələrdən istifadə edərək bu qondarma referendumu keçirməklə həm kanak xalqını, həm də dünyanı aldadıb, amma artıq onun bu qanunsuz addımları ifşa olunub. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ