Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanda ictimai və dövlət maraqlarının hüquqi müdafiəsi uğurla təmin edilir...

Image


Dünya təcrübəsi artıq sübuta yetririb ki, şəxsi mənafelərin müdafiəsi eyni zamanda dövlətin, ictimai maraqların müdafiəsi deməkdir.

Bunlar fonunda hətta mülki və arbitraj prosesində belə dövlətin iştirakı qanunun aliliyi çərçivəsində şəxsi və ictimai mənafelərə zidd ola bilməyən dövlət maraqlarının müdafiəsinə xidmət edir. 

Vətəndaşların ictimai maraqlarla bağlı məhkəmə proseslərinin hüquqi monitorinqində iştirak etməsi vacibdir

Hüquqi dövlətdə ictimai maraqların müdafiəsi qanunun aliliyi prinsipinin həyata keçirilməsini ifadə edir. Bu, hakimiyyət institutlarına və siyasi proseslərin inkişaf tendensiyalarına müsbət münasibətin formalaşmasında cəmiyyətin fəal rolunu da təşviq edir. Məlumdur ki, dövlət öz vətəndaşlarının təhlükəsizliyində maraqlı olmaqla, insanların rifah halında yaşaması üçün əlverişli şəraitin yaradılması məqsədilə bütün tədbirləri görür. Vətəndaşların hüquqlarının müdafiəsi üçün məhkəmə mexanizmlərinin olması cəmiyyətin siyasi sisteminin ayrı-ayrı elementlərinin qarşılıqlı əlaqəsini və qarşılıqlı anlaşmasını təmin edir. Bu, sosial nemətlərin və ya maddi dəyərlərin əldə edilməsinə müəyyən təminat verir. Buna görə də effektiv və ədalətli məhkəmə sistemi haqqında tam və qərəzsiz danışmaq yalnız o halda mümkündür ki, məhkəmə müdafiəsinin obyekti təkcə şəxsi maraqlar olmasın. Bundan əlavə, vətəndaşlar ədalət mühakiməsinin həyata keçirilməsində həm bilavasitə müstəntiqlər - məhkəmənin kollegial tərkibinin üzvləri kimi, həm də dolayısı ilə ictimai nəzarətin iki formasından birində iştirak edə bilərlər: hüquqi monitorinqdə və müşahidədə iştirak buna əyani misaldır. İştirakın bu cür formaları özlüyündə ictimai maraqların qorunacağına zəmanət vermir, lakin konkret dövlətdə insan hüquqlarının müdafiəsinin əsas problemlərinin müəyyənləşdirilməsinə kömək edə və ümumilikdə cəmiyyətin ədalətə münasibətini əks etdirə bilər. 

Demokratik hüquqi dövlət öz subyektlərinə zərər vurmasının nəticələrinə görə məsuliyyət daşımaqdan çəkinməməli, bu prosesi idarə etməli və müəyyən növ hüquq münasibətlərinin gələcək inkişaf perspektivlərini qiymətləndirməlidir. Və burada cəmiyyətin dövlətin təklif etdiyi mexanizmlərdən istifadə etmək, hüquqi fəaliyyət yolu ilə rifah halını yaxşılaşdırmaq və fəaliyyətinin nəticələrini qiymətləndirmək, onları siyasi həyatın yeni istiqamətinə çevirmək istəyi mühüm rol oynayır. İctimai maraq və onun məhkəmədə müdafiəsi haqqında danışarkən, Azərbaycan üçün ən xarakterik olan və cəmiyyətin siyasi əhəmiyyətli qərarların qəbulunda fəallığına mane olan bir neçə problemi müəyyən etmək lazımdır. Bu problemlərdən biri də vətəndaşların hazırda ictimai maraqlara toxuna biləcəyi məhkəmə proseslərinin hüquqi monitorinqində iştirak etməməsi ilə sıx bağlıdır. Mövcud qanunvericiliklə ictimai nəzarət məhkəmə sisteminə şamil edilmir. Müvafiq olaraq, məhkəmə sistemi ilə vətəndaşlar arasında praktiki olaraq heç bir əks əlaqə yoxdur. Təbii ki, konkret işlə maraqlanan şəxs məhkəməyə gəlib məhkəmə iclasında baş verənləri müşahidə edə bilər, lakin bu iştirak ictimai forma almır. Ədalət mühakiməsi haqqında rəyi əks etdirmək, onun müsbət və mənfi xüsusiyyətlərinin ictimailəşdirilməsi baş vermir. Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu məhkəmə proseslərinin monitorinqinə dair praktiki təlimat hazırlayıb. Burada vətəndaş cəmiyyətinin ədliyyə sisteminə dəstək funksiyası vurğulanır. Yalnız bitmiş monitorinq nəticələrini qiymətləndirmək deyil, həm də orada iştirak etmək imkanı böyük əhəmiyyət kəsb edir. Sənəddə monitorinqin üç növünün (sistemli, tematik və xüsusi) hər birinin əhəmiyyətinə, onların seçilmə meyarlarına, metodlarına və planlaşdırılmasına diqqət çəkilir. 

Vətəndaşların ictimai nəzarəti həyata keçirmək hüquqları uğurla reallaşır

Əhalinin ictimai maraqları, bir qayda olaraq, əlverişli yaşayış şəraitinin təmin edilməsində,  təsərrüfat və digər fəaliyyətlərin ətraf mühitə zərərli təsirlərinin məhdudlaşdırılmasında, ekoloji vəziyyətin yaxşılaşdırılmasında, şəhər və kənd yaşayış məntəqələrinin mühəndis, nəqliyyat və sosial infrastrukturunun inkişaf etdirilməsində öz əksini tapır. İctimai maraqlar kateqoriyası hüquqi tənzimləmənin bir çox sahələrində sistematik xarakterə malikdir. İctimai nəzarət sahəsində münasibətləri tənzimləyən qanunvericilik ictimai maraqlar kimi hüquqi kateqoriyanı da əhatə edir. 

Bu konsepsiya vətəndaşların ictimai nəzarəti həyata keçirmək hüquqlarının reallaşmasında əsas meyar kimi təyin oluna bilər. İctimai maraqlara, insanlıq və əxlaq prinsiplərinə zidd olan addımlarla bağlı hüquqi müdafiə təmin edilmir. Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənir. Elə  bu fonda ictimai, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Burada o da qeyd olunamlıdır ki, müasir Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşıb. Bu da o deməkdir ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir sosiumdur. Ölkədə ictimai və milli maraqların təmin olunması prioritetdir. O da mühüm faktdır ki, maraq məfhumu ölkənin tarixindən, mədəniyyətindən, ənənələrindən, dəyərlərindən irəli gəlir. Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi işinə mühüm töhfələr verən strateji amillərdən biri demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsi, o cümlədən bütün azadlıqların təmin olunmasıdır. Mütəmadi həyata keçirilən sistematik islahatların qanunauyğun nəticəsi kimi, ölkədə tam demokratik siyasi sistem bərqərar olunub. Əsas etibarı ilə də, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bu halda ictimai və dövlət maraqlarının daha uğurla təmini də daha asan formada mümkün olur.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ