Cümə axşamı günü, 05 noyabr 2026
     

Putinin qırmızı xətti kəsildi - Paşinyanla Zelenski bir oldu...

Image


Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana ehtimal edilən səfəri ilə bağlı ötən həftə ilk dəfə yayılan məlumat artıq təsdiqlənir. Ermənistan hökumətindəki diplomatik mənbə "Azatutyun" radiosuna açıqlamasında faktı təsdiq edib. "Azatutyun"un həmsöhbəti iddia edir ki, Zelenskinin Ermənistana səfəri martın 4-də baş tutacaq.

Rəsmi olaraq Ermənistan Xarici İşlər Nazirliyi Ukrayna prezidentinin səfəri ilə bağlı məlumatı şərh etməkdən imtina etsə də, hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları "Azatutyun" radiosu ilə söhbətdə bunun doğru olduğuna eyham vurublar. Onlardan biri - Qaqik Melkonyan deyib: "Rusiyanın Zelenskinin səfərinə necə reaksiya verməsi və ya reaksiya verməməsi bizi maraqlandırmır". Zelenskinin Ermənistana səfəri İrəvanla Moskva arasında münasibətlərin pisləşməsi fonunda baş tutacaq. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistan Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasının müttəfiqi deyil . Erməni ekspert Vigen Akopyan məsələ ilə bağlı bildirir: "Bu səfərin Ermənistana təhlükəsizlik baxımından fayda verəcəyi şübhə doğurur. Eyni zamanda, Moskva üçün bu, "Ermənistanın rəqibə doğru istiqamətini dəyişməsini" simvolizə edir". O vurğulayıb ki, bu, Ukrayna məsələsinin Rusiyanın həm siyasi isteblişmenti, həm də cəmiyyəti üçün kifayət qədər həssas mövzu olduğunu nəzərə alsaq, xüsusilə aktualdır: "Bu ona gətirib çıxara bilər ki, Azərbaycanla mümkün eskalasiya olarsa, Moskva İrəvanın bəyanatlarını (Moskvanın Ukraynada müttəfiqi olmadığı haqda) və Zelenskinin səfərini hətta rəsmi müttəfiqlik öhdəliklərini yerinə yetirməmək üçün qanuni əsas kimi nəzərdən keçirəcək". Siyasi şərhçi "yerdə" alternativ müttəfiqlərin olmaması və siyasi bəyannamələrin kifayət qədər ağırlığını nəzərə alaraq, Ermənistan üçün ciddi risqlər barədə xəbərdarlıq edib: "Ukraynanın özünə gəlincə, indiki vəziyyətdə o, Ermənistan üçün heç bir mühüm müttəfiq kimi çıxış edə bilməz - nə iqtisadi, nə də hərbi-siyasi baxımdan. Buna görə də Zelenskinin ehtimal edilən səfəri daha çox gizli təxribata bənzəyir". Akopyanın fikrincə, səfərin məqsədi həm də Azərbaycanla yeni eskalasiya və ya konflikt olarsa - məsələn, anklavlar və ya dəhliz məsələsi ilə bağlı - Rusiya üçün dilemma yaratmaq ola bilər. Rusiya bundan sonra aktiv müdaxilə və ya tam neytrallıq arasında seçim etməli olacaq. Akopyan regionu "ikinci cəbhə"yə çevirə biləcək bu seçimin mürəkkəbliyinə işarə edib və Rusiyanın resurslarını "dağıtmağa" çalışan Qərbin Zelenskinin səfərini Moskvaya təzyiq vasitəsi kimi görə biləcəyini istisna etməyib. O qeyd edib ki, 2020-ci ildəki qələbədən sonra Azərbaycan bir tərəfdən Moskva ilə dialoq imkanlarını genişləndirmək, digər tərəfdən isə Qərbə daha güclü təsir rıçaqlarına malik olmaqla Ermənistanla müqayisədə mövqelərini xeyli möhkəmləndirib: "Azərbaycanın Fransa ilə münasibətləri praktiki maraqlara bağlıdır, Ermənistanla isə daha çox deklarativ xarakter daşıyır. Mən Fransanın Ermənistana və erməni xalqına dost münasibətini şübhə altına almıram, amma quru rəqəmlər var. Bir yerdə deyirlər, digər yerdə hərəkət edirlər". O vurğulayıb ki, Parisin İrəvana və erməni xalqına ünvanladığı dostluq bəyanatlarına baxmayaraq, Azərbaycanla real qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələr öz sözünü deyir: "Zelenskinin səfərinin Ermənistanın suverenliyinin nümayişi olması ilə bağlı iddialar isə çox sadəlövh görünür. Əsl suverenlik simvolik jestlərlə deyil, iqtisadi inkişaf, gücləndirilmiş müdafiə, fəal diplomatiya və güclü ittifaqlar vasitəsilə qurulur. Daha çox hansısa fəalın özünü yandırması aktına bənzəyən bu cür hərəkətlərin isə dövlət praqmatizmi ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə də arxasında heç bir hesablama olmadığı halda".
 Rusiyalı politoloq, Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini Dmitri Suslov hesab edir ki, Zelenskinin səfəri Ermənistan və Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər. Ekspert qeyd edib ki, Ukrayna liderinin gəlişinin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi ola bilməz. Bu, çox güman ki, kollektiv Qərbin Rusiyanın Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələrini tamamilə məhv etmək istəyindən xəbər verir. Suslovun fikrincə, Zelenskinin İrəvana səfəri Ermənistanın hazırkı rəhbərliyi tərəfindən həyata keçirilən Rusiyadan Qərbə istiqamətlənmə siyasətinin zirvəsi olardı: "Bu siyasət sistemlidir və Rusiya ilə təhlükəsizlik münasibətlərinin zəiflədilməsi və pisləşdirilməsi, eyni zamanda Rusiyaya strateji məğlubiyyət vermək niyyətini açıq şəkildə nümayiş etdirən ölkələrlə əlaqələri genişləndirmək və dərinləşdirməkdən ibarətdir. Biz başa düşməliyik ki, indiyədək Zelenski, Baltikyanı ölkələr istisna olmaqla, heç bir postsovet ölkəsinə səfər etməyib. Heç bir halda. O, Qazaxıstanda olmayıb və ya Mərkəzi Asiyanın başqa bir yerində, Gürcüstanda, hətta Moldovada da... Ona görə də onun Cənubi Qafqaz ölkələrinə gəlişi, necə deyərlər, bütün maskaların atılacağı siyasətin zirvəsi olardı". Ekspertin fikrincə, ümumilikdə İrəvanla Moskva arasında münasibətlərdə mövcud vəziyyət birmənalı deyil. Ticarət-iqtisadi sahədə ciddi və intensiv əməkdaşlıq davam edir, ticarət dövriyyəsi artır, Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edir. Siyasət və təhlükəsizlik sferasında isə Ermənistanın açıq şəkildə Rusiyanın opponentlərinin tərəfinə keçməsi müşahidə olunur. Bunu geri qazanmaq hələ də mümkündür, lakin getdikcə çətinləşir. Zelenski İrəvana səfər edərsə, bu, geri dönüş nöqtəsinə çevrilə bilər. Onun fikrincə, bu, Ermənistanın hazırkı rəhbərliyi ilə hansısa normallaşma ehtimalını əngəlləyə bilər. Rusiyalı ekspertin sözlərinə görə, KTMT ölkələri indi çox çətin vəziyyətdədir və olacaq, çünki Rusiya ilə Qərbin qarşıdurması yox, aktiv və açıq münaqişəsi, hibrid müharibəsi Ukraynada müharibə bu və ya digər şəkildə dayandırıldıqdan sonra da davam edəcək: "Bütün bu müddət ərzində Qərb KTMT ölkələrinə, o cümlədən Ermənistana böyük təzyiq göstərəcək və Rusiyaya qarşı mübarizədə onlardan istifadə etməyə çalışacaq".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ