Cümə axşamı günü, 05 noyabr 2026
     

Müstəmləkə adalar Makronu küncə sıxdılar - ittiham məktubu...

Image


"Makrona ünvanlanan ittiham dolu məktub dünyaya bir mesajdır ki, dünya birliyi "demokratik" Fransaya təzyiq göstərsin"  

Fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən "Dekolonizasiya: İntibah dövrünün başlanğıcı" mövzusunda beynəlxalq konfransın iştirakçıları Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarının məruz qaldıqları müstəmləkəçilikdən dərin narahatlıqlarını ifadə etmək üçün Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanlayıblar.

Məktubda 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin imzalanmasından sonra özünüidarəetmənin beynəlxalq normalarının Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının öz müqəddəratını təyinetmə və müstəmləkəsizləşdirmə üçün tələb olunan şərtləri nəzərdən keçirməsi sayəsində inkişaf etməyə başladığı vurğulanıb. Qeyd olunub ki, 1946-1960-cı illərdə BMT Baş Assambleyası tərəfindən müvafiq qətnamələr qəbul edildi və bu beynəlxalq prinsiplər üzrə qlobal konsensus yarandı. 1960-cı ildə dekolonizasiya haqqında tarixi bəyannamənin (1514 saylı qətnamə), ondan sonra 1541 saylı qətnamənin qəbul edilməsi ilə proses sürətləndi. Bu hadisələr müstəmləkə ərazilərində olan ölkələrin müstəqillik uğrunda hərəkatına təkan verdi.

Vurğulanıb ki, yuxarıda qeyd olunan tarixi qətnamədən 64 il keçməsinə baxmayaraq, Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqları hələ də müstəmləkəçiliyin yeni təzahürlərinə məruz qalırlar.

Qeyd olunub ki, 2023-cü ildə beynəlxalq əhəmiyyətli qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun (BTQ) əsas məqsədi müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizəni dəstəkləməkdir.

Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən beynəlxalq konfranslar zamanı Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarının müstəqillik tərəfdarları və millətçiləri tərəfindən məşğulluq, mənzillə təminat, təbii sərvətlərin istismarı və digər sahələrdə ayrı-seçkilik halları, o cümlədən hökumətin himayəsi altında təşkil edilən kütləvi emiqrasiya ilə bağlı ilk mənbədən çoxsaylı məlumatlar verilib...

Eyni zamanda vurğulanıb ki, tarix və xalqları qarşısında məsuliyyətlərini anlayaraq, Fransanın son müstəmləkələri olan Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları təşkilatlarının nümayəndələri və Bakı Təşəbbüs Qrupu Prezident Makrondan Fransa hökumətinin beynəlxalq qaydalara və təcrübələrə zidd hərəkətlərinin qarşısını almasını tələb ediblər.

"Biz yerli xalqların mədəni və dini irsinin vəziyyəti ilə əlaqədar hesabat hazırlamaq üçün UNESCO-nun rəhbərliyi altında beynəlxalq ekspert qrupunun yaradılmasının və dərhal müvafiq ərazilərə göndərilməsinin zəruriliyini vurğulayırıq.

Biz Fransa hökumətini ətraf mühit, iqtisadiyyat, insan haqları və yerli xalqların hüquqları sahələrində vəziyyətin yerində öyrənilməsi məqsədilə ATƏT-dən xüsusi missiyanın göndərilməsini tələb etməyə çağırırıq.

Bəşəriyyətimizin qlobal istiləşmənin böyük fəsadları və gələcəyi təhdid edən görünməmiş təhlükələrlə üzləşdiyi bir vaxtda sizdən (Prezident Makron – red.) BMT-nin Nizamnaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarına hörmətlə yanaşmağınızı xahiş edirik", - deyə məktubda qeyd olunur.

"Fransa ermənilərə göz yaşı tökməkdənsə, öz müstəmləkələrinə azadlıq verməlidir, onların öz müqəddəratını təyin etməsinə şərait yaratmalıdır, onlara bu statusu verməlidir" 

İstanbulda dekolonizasiya konfransında Makrona ünvanlanan ittiham məktubunu şərh edən AVCİYA-nın vitse-prezidenti, tarixçi alim, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu məsələ bütün dünyanı düşündürməlidir. "Bu olduqca aktual bir mövzudur. Xüsusən də İkinci Dünya müharibəsində beynəlxalq hüquqa söykənən bir sıra məsələlərə aydınlıq gətirmək lazım gəlir. Özlərini demokratik hesab edən ABŞ başda olmaqla Avropa İttifaqının aparıcı ölkələri Almaniya, Fransa və Avropada ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya həmişə belə bir fikri əsas götürürlər ki, insan haqları heç bir ölkənin daxili işi deyil, harda insan haqları pozulursa biz ora müdaxilə etməliyik, insan haqlarını qorumalıyıq. Beynəlxalq hüququn digər bir maddəsindən də istifadə edirlər ki, millətlərin öz müqəddəratını təyin etmək hüququ var. Bilirsiz ki, qüvvədə olan əsas aparıcı hüquqi  maddə dövlətlərlərin ərazi bütövlüyünü təmin etmək, ikincisi isə millətlərin öz müqəddəratını təyin etmək hüququ ilə bağlıdır. İnsan haqları, millətlərin öz müqəddəratını təyin etmək hüququ Fransa kimi böyük Qərb ölkələri üçün siyasi alver vasitəsinə çevrilib. Harada mənafeləri varsa, hansı əraziyə müdaxilə etmək istəyirlərsə, hansı ərazini öz nüfuz dairələrinə salmaq istəyirlərsə məhz bu iki amildən - insan haqları və millətlərin öz müqəddarətını təyin etmək hüququn istifadə edirlər. 

İstanbulda keçirilən bu konfransın əhəmiyyəti ondan ibarətdir ki, Fransanın, Makronun irticaçı siyasətinin iç üzünü açıb. Fransa ermənilər üçün göz yaşı tökdüyü bir vaxtda müstəmləkəçilik siyasəti yürüdür, insan haqlarını kobud şəkildə pozur. Fransanın ayrı-ayrı xalqları əsarət altında saxlaması onu deməyə əsas verir ki, bu ölkə bütün məsələlərə ikili standartlarla yanaşdıqları kimi, insan haqları məsələsinə də iki standartla yanaşır. Məsələn, öz müqəddəratını təyin etmək hüququ məhz Fransa müstəmləkələrinə aiddir. Fransa nə üçün müstəmləkədə saxladığı xalqlara öz müqəddəratını təyin etmək hüququnu vermir?"-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlının sözlərinə görə, Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarına müstəqillik vermək istəməyən Fransa Ermənistan adlı dövlət olduğu halda Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyasına düşürdü. O qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa ermənilər üçün göz yaşları tökməyə başladı. "Fransa ermənilərə göz yaşı tökməkdənsə, öz müstəmləkələrinə azadlıq verməlidir, onların öz müqəddəratını təyin etməsinə şərait yaratmalıdır, onlara bu statusu verməlidir. Halbuki, bu adaların heç dövlət qurumu belə yoxdur. Amma ermənilərin BMT tərəfindən tanınmış dövlətləri var. Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqları isə müstəmləkə olaraq qalırlar, Fransanın hakimiyyəti altında fəaliyyət göstərirlər. İkinci, Avropada bir sıra xalqlar var ki, o hüquqdan istifadə etmək istəyirlər. Məsələn, İspaniyada və digər   ərazilərdə də belə insanlar var, amma onlara bu hüquq verilmir. 

Hansı dövləti zəiflətmək istəyirlərsə, həmin hüququ tətbiq etməyə çalışırlar, lazım olanda isə   dövlətlərin ərazi bütövlüyü məsələsini ortaya atırlar. Mənə belə gəlir ki, bu cür konfransları tez-tez keçirmək lazımdır. Bu konfranslar dünyanın gözünü bir daha açır və kimin kim olduğunu göstərir. Konfransdan Makrona ünvanlanan ittiham dolu məktub dünyaya  bir mesjadır ki, dünya birliyi "demokratrik" Fransaya təzyiq göstərsin.  

Məsələn, bu ölkələr hamısı özünü "sülhpərvər" kimi qələmə verməyə çalışır. Amma ən çox silah satan ölkələr də bunlardır. Sual olunur, bunlar niyə silah istehsal edən şirkətləri bağlamırlar, amma insan haqlarından, sülhdən, humanizmdən danışırlar? Ona görə də, mənə belə gəlir ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən bu cür konfransaların sayı daha da çox olmalıdır. Bu bizim beynəlxalq imicimizin artmasına səbəb olur və haqq işi uğrunda mübarizə apardığımızı bir daha sübut edir"-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ