Cümə axşamı günü, 05 noyabr 2026
     

Söz-fikir azadlığından sui-istifadənin bir forması da budur - sosial şəbəkə xəbərlərinə aludəçilik...

Image


Hazırkı dövrdə müasir texnologiyanın sürətli inkişafı dünya reallıqlarını dəyişib. Hətta bir çox dövlət başçıları, məmurlar belə öz mesajlarını sosial şəbəkələr vasitəsilə qarşı tərəfə çatdırırlar. Çox təəssüflər olsun ki, Azərbaycanda sosial şəbəkələrə münasibət bir az fərqlidir.

Ölkəmizdə daha çox qarşılıqlı kommunikasiya üçün nəzərdə tutulan sosial şəbəkədən və ya mediadan informasiya mənbəyi kimi istifadə olunur. Şübhəsiz ki, bu da ümumilikdə ölkə mediasının simasına mənfi təsir göstərir. Belə olan halda jurnalistlər axtarışlar aparmır və daha asana qaçırlar. Son nəticə isə əksər mətbuat orqanlarının eyniləşməsinə gətirib çıxarır. Doğrudur, sosial şəbəkələr və ya sosial media peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Lakin kimsə hər hansı məlumatı paylaşırsa, bu hələ dürüst məlumat deyil.

Peşəkar jurnalistika mövzu qıtlığı ucbatındanmı sosial mediaya üz tutur?

Sosial media heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir. Etik qaydalar toplusu, normaları var. Ancaq sosial şəbəkədə bunların heç biri yoxdur. Ona görə heç bir halda sosial şəbəkələri jurnalistika hesab etmək olmaz. Sosial şəbəkələr hər kəs üçün açıqdır və hamının çıxışı var. Əgər biz sosial şəbəkələri KİV kimi qəbul etsək, onda istənilən insanların paylaşımlarını da informasiya kimi təqdim etməliyik. Bu isə artıq qeyri-mümkündür.

Əlbəttə ki, sosial şəbəkə jurnalistin yeganə mövzu mənbəyi ola bilməz, bu cür deyil də. Əksər hallarda sosial şəbəkədəki müzakirələr jurnalistlərin yaydığı xəbərlərlə bağlı olur. Sosial medianı jurnalistikanın bir qolu saymaq doğru yanaşma deyil. Çünki jurnalist yazdığının məsuliyyətini daşıyır. Sosial şəbəkələrdə məsuliyyət anlayışı hələ ki formalaşmayıb, insanlar istədiklərini yazmaqda sərbəstdirlər. Jurnalist isə peşəkardırsa, dəqiqləşdirmədiyi xəbəri yazmamalıdır.

Sosial şəbəkələr peşəkar mediaya alternativ ola bilməz 

Sosial şəbəkələr də hazırda jurnalistlərimiz üçün bir növ həmin "asan yol"lardan birinə çevrilib. Hansısa siyasətçi və ya ictimai statusu olan şəxsin sosial şəbəkələrdə yazdıqlarını tez "kopyalayıb" sayta yerləşdirirlər. Halbuki, jurnalist xəbəri emal etməli, onun üzərində işləməlidir. Elə tanınmış şəxs var ki, heç öz feysbuk statusunu əməlli-başlı yaza bilmir, cümləsinin nə əvvəli, nə axırı bilinir, jurnalistlərimiz də onu olduğu kimi götürüb köçürürlər, adı da olur, guya xəbər. Bu baxımdan, sosial şəbəkələr peşəkar mediaya alternativ ola bilməz, bu, jurnalist üçün yalnız köməkçi vasitə rolunu oynamalıdır.

Media sektorunda əsas məsələ verilən məlumatların qərəzsizliyi, doğruluğu və etikliyi önəmlidir. Peşəkar media, informasiya və xəbərlərin təqdimatında mütəxəssislər tərəfindən idarə olunur. Bu media nəşrləri televiziya şirkətləri və qəzetlər kimi sahələrdə çalışan jurnalistlər tərəfindən hazırlanır və təqdim edilir. Məqsədi geniş auditoriyaya məlumat vermək və obyektiv xəbərləri təqdim etməkdir. Lakin müasir dövrdə sosial şəbəkələrin əlçatanlığı və genişliyi bu cür qaydalara riayət olunmasında maneələr yaradır.  

Mətbuat agentliklərinin informasiya paylaşımlarını sosial şəbəkələr və peşəkar media kimi fərqli fazalara bölmək doğru olmaz. Çünki sosial şəbəkələrin əhatə dairəsi çox böyükdür və buna görə də təsir etdiyi ictimaiyyət də genişdir. Hər iki media sektoru paraler şəkildə inkişaf etdirilməlidir.

Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması 

Sosial şəbəkələrdə paylaşılan statusların xəbərə çevrilməsini bəzi məqamlarda normal qarşılamaq olar. Çünki sosial şəbəkələrdə aktiv kəsim daha çox media mənsublarıdır. Ancaq bu kimi şəbəkələrdən başqa kəsimlər də istifadə edir və təbii ki, sosial şəbəkəyə nəzarət etmək mümkün deyil. Əslində, bu nəzarətin tətbiqi düzgün də deyil. Bu mənada sosial şəbəkələrdə xəbər "istehsal edib paylaşmalar"ı bir növ müharibə getdiyi məqamlarda hərbi və ya dövlət sirrinin yayılması halı ilə müqayisə etmək olar. Bu zaman xüsusilə demokratik cəmiyyətlərin mediasında problem onu yayanın daxili senzurasının ümidinə qalır. Daxili senzura isə bir az təfəkkürdəndir, bir az məfkurədəndir, bir az intellektual potensialdan, səviyyədəndir, bir az peşəkarlıqdandır. Bu amilləri nəzərə ala bilənlərin paylaşdığı sosial media xəbərlərindən, təbii ki, heç kim ziyan çəkməyəcək.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə  28 və 30 oktyabr 2023-cü il tarixlərində "Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması"  mövuzunda təlim keçilib.

Təlimin ilk sessiyasında Medianın İnkişafı Agentliyinin rəsmisi Natiq Məmmədli "Jurnalistlərin sosial şəbəkələrdə fəaliyyəti və redaksiya məsuliyyəti" mövzusunda çıxış edərək informasiya texnologiyalarının inkişafı kontekstində media, sosial şəbəkələr, rəqəmsal media kontentinin xüsusiyyətləri, rəqəmsal mühitdə media brendinin və jurnalist nüfuzunun qorunması, sosial şəbəkələrdə redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalistin etik məsuliyyəti və öhdəliyi haqqında danışıb. Göründüyü kimi, mediaya nəzarət funksiyasını həyata keçirən qurumlar da bu mövzunu diqqətdə saxlamaqda maraqlıdır.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ