şənbə günü, 29 avqust 2026
     

Zelenski İrəvanda həbs edilə bilər - lakin Paşinyan təkidlə "gəl" deyir...

Image


Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda Ermənistana səfər edəcəyi barədə məlumatlar gündəmdə getdikcə ən çox diqqət cəlb edən mövzulardan birinə çevrilib. Zelenskinin İrəvana martın ilk ongünlüyündə gələcəyi gözlənilir. 

Ekspertlrin fikrincə, Zelenskinin Ermənistana mümkün səfərini indi yalnız bir amillə izah etmək olar. Belə ki, Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml, birincisi, iki cəbhədə mübarizə aparmalı olacaq, ikincisi, Ermənistanı qorumağı vəd verən Qərblə münasibətləri daha da gərginləşəcək. Zelenski bu amilləri rəhbər tutaraq Ermənistana səfər planlaşdıra bilər. Mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb. Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq ki, bu da Ermənistana yaxşı heç nə vəd etmir. Hər halda, Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı da məsələyə məhz bu prizmadan yanaşır: "Ermənistanın "Factor TV" telekanalı Ukrayna prezidenti Zelenskinin martın əvvəlində İrəvana uça biləcəyi barədə məlumat yayıb. Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaç bu məlumatı təkzib etməsə də, təsdiqləməyib. Onun fikrincə, bahar ermənilərə "çoxlu müsbət hadisələr" gətirməlidir. O, həmçinin vurğulayıb ki, Kiyev Qafqaz respublikasını dəstəkləməyə hazırdır və yaxın günlərdə bu istiqamətdə addımlar atılacaq. Ermənistan Xarici İşlər Nazirliyi də məsələyə aydınlıq gətirməyib. "Deyə bilərəm ki, yüksək rütbəli məmurların səfərləri barədə rəsmi olaraq vaxtında məlumat verilir", - Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. Tezliklə Rusiyada arzuolunmaz kimi tanınan başqa bir media orqanı xəbəri genişləndirmək qərarına gəldi. Nəşr yazıb ki, Zelenski martın 4-də İrəvana uçacaq, sonra isə Azərbaycana gedəcək. Beləliklə, Ukrayna liderinin hakimiyyəti ilə münasibətləri gərgin olduğu Gürcüstandan yan keçəcəyi üzə çıxıb. Düzdür, Azərbaycan mediası bu xəbəri yalan adlandıraraq təkzib etdi. Qeyd edək ki, Zelenskinin İrəvana səfəri onun təhlükəsizliyi üçün təhdid yaradır. Belə ki, Ermənistanda Rusiya hərbi bazası və Rusiya sərhədçiləri var. Elə həmin "Factor TV" də mənbələrə istinadən iddia edir ki, Rusiya təhlükəsizlik qüvvələri "Zvartnots" hava limanından çıxarılmalıdır, lakin indiyədək heç kim bunu etməyib. Bundan başqa, Ermənistan cəmiyyəti ciddi şəkildə qütbləşib. Baş nazir Nikol Paşinyanın tərəfdarları Qərb ölkələrindən daha böyük dəstək qazanmaq üçün Ukraynaya yaxınlaşmaq istəsələr də, onun əleyhdarları əksinə, Rusiya ilə dostluğa çağırırlar. GALLUP sorğu xidmətinin məlumatına görə, yanvarda Paşinyanı respondentlərin təxminən 29%-i, onun "Vətəndaş müqaviləsi" partiyasını isə 16,1%-i dəstəkləyib. Düzdür, ölkənin üç aparıcı müxalifət qüvvəsi olan "İctimai səs" partiyasının, "Hayastan" və "Şərəfim var" ittifaqlarının ümumi reytinqi 11,2%-dən bir qədər çox idi, lakin bu, Ukrayna rəhbərinin səfərini pozmağa cəhd etmək üçün kifayətdir. Parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov artıq bəyan edib ki, Paşinyan Ermənistandan yox, 2020-ci ildə hakimiyyəti ikinci Qarabağ müharibəsində qələbə münasibətilə Azərbaycanı ilk təbrik edənlər arasında olan Ukraynadan narahatdır. "1920-ci il noyabrın sonunda Qərblə "dostluq" şəraitində Ermənistanın cəmi 10 min kvadratmetr kilometrə yaxın ərazisi var idi.  Yalnız Ermənistanın sovetləşməsi türk hökmranlığından qurtulmağa imkan verdi, respublikanın sərhədlərini demək olar ki, 30 min kvadratmetr kolimetrə çatdırıldı. Qorxuram, bu dəfə Ermənistan elə qurulsun ki, onun özünə gəlib hər hansı kənar köməyə ümid etməsi artıq çətin olsun". Politoloq Tiqran Köçəryan isə hesab edir ki, Zelenskinin Ermənistana səfəri tamamilə realdır. Üstəlik, o bunu Paşinyanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə əməkdaşlığın dondurulması barədə bəyanatı ilə üst-üstə düşən növbəti rusofob addımı hesab edir: "Görünür, Paşinyan artıq Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəmir. Maraqlıdır, baş nazir Moskvanın Ermənistana təsirini ləğv etdiyini başa düşmək üçün daha nə etməlidir? Necə ki, mafiya insanı "özününkü" etmək üçün daha ağır cinayətlər törətməyə məcbur edir, Qərb də Paşinyandan yeni rusofob addımlar tələb edir". Onun fikrincə, bu halda danışıqların gündəliyi Zelenskinin İrəvanda Paşinyanla görüşü faktı qədər önəmli olmayacaq. 

Politoloq Arşaluys Mqdesyan da hesab edir ki, Zelenskinin Ermənistana səfəri baş tuta bilər, baxmayaraq ki, o, Ukrayna liderinin Paşinyanla konkret nəyi müzakirə edə biləcəyini bilmədiyini etiraf edir. "İki KİV öz mənbələrinə istinadən eyni xəbəri yayıb. Bundan başqa, Ermənistan Xarici İşlər Nazirliyi və Ukrayna nümayəndəsi heç nəyi inkar etməyib. Bu baxımdan, çətin ki, biz sadə şayiə ilə məşğul olaq, çox güman ki, həqiqətən də səfər hazırlanır, lakin onun baş tutub-tutmayacağını söyləmək hələ də çətindir". Ekspertin fikrincə, Rusiya belə bir görüşü mənfi qarşılayacaq, lakin bu, Ermənistan-Rusiya münasibətlərinin son bir neçə ilin ümumi tendensiyasına uyğun olacaq. "Ola bilsin ki, müxalifət Zelenskinin səfərinə qarşı kütləvi mitinq keçirsin, lakin daha radikal addımlar atması çətin ki mümkün olsun. Yenə də parlamentdə təmsil olunan Paşinyanın əleyhdarları ölkəyə özləri rəhbərlik edirdilər və təhlükəsizlik mənbələrinin şaxələndirilməsinin zəruriliyi ilə razılaşırdılar. Bu baxımdan, onlar İrəvanın Qərblə təmaslarının qəti əleyhinə deyillər, lakin Paşinyanın Rusiya ilə münasibətlərini poza biləcəyindən narahatdırlar". Bunlar fonunda erməni siyasi şərhçi Edik Andresyan qeyd edir ki, Zelenski Ermənistana səfəri zamanı həbs oluna bilər. O vurğulayır ki, Ukrayna prezidenti İrəvanda hüquq-mühafizə orqanları tərəfindən həbs oluna bilər:

"Baş nazir Nikol Paşinyan britaniyalı jurnalistə verdiyi müsahibədə Rusiya prezidentinin Ermənistana səfəri zamanı həbs olunma ehtimalı ilə bağlı məsələyə münasibət bildirmişdi. Xatırlayın, Paşinyan bu məsələyə onun baxmadığını, hüquq-mühafizə orqanlarının məşğul olduğunu demişdi. Baş nazir dedi ki, buna onlar qərar verir. Volodimir Zelenski Paşinyanın müsahibəsini dinlədi və düşündü ki, baş nazirin Putini həbs etməyə cəsarəti çatmırsa, onu necə həbs edəcək? Onu da qeyd edək ki, Zelenskinin Ermənistanda həbsinə, nəinki erməni hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta Ermənistanda fəaliyyəti hələ heç kim tərəfindən qadağan olunmayan Rusiya Federasiyasının xüsusi xidmət orqanları da qərar verə bilər". Politoloq Stepan Danielyanın fikrincə, Zelenskinin səfəri ilə bağlı xəbər Nikol Paşinyanın son müsahibəsi ilə sıx bağlıdır və bu müsahibə zamanı Paşinyan Ermənistanın KTMT ilə münasibətlərini dondurduğunu bəyan edib: "İlk növbədə, Zelenskinin səfəri ilə bağlı məlumatın yayılmasının məntiqini başa düşməliyik. Həmin bəyanatlar Paşinyanın Paris səfərindən sonra səslənib. Düşünürəm ki, Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı açıqlama Ermənistanın hansı düşərgədə olduğuna aydın şəkildə qərar verməsi ilə bağlıdır. Silah siyasətdir, texnologiyadır. Əslində, bu iki hadisə, Zelenskinin səfəri və silah tədarükü ilə bağlı açıqlamalar eyni vaxtda baş verdi".

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum - Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı – İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…

29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı - məhsulları iki dəfə baha satıb…

29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…

29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…

29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm” - Türkiyənin Naxçıvandakı Baş konsulu

29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…

29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...

29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq - XƏBƏRDARLIQ

29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı - 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO

29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir - İspaniya AB-dən dəstək istədi…

29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı

29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi

29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı

29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi

29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı

29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi – Hörmüzə "həlledici nəzarət" bizdədir…

29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı

29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…

29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi

29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı

29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi - Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...

29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib - xahişi rədd edilib…

29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması - “… günlərini sayır…”

28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı – kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...

28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı - 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...

28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər - "İran böhtanına" görə...

28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir" - Zaxarovadan ağır etiraf...

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:11
Hökmdar və Şeyx - YUNUS OĞUZ yazır

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

28.08.2026 / 09:08
Tramp İranla əməkdaşlıq edən Çin banklarına niyə sanksiya tətbiq etmir? – “Hər şeyi açıqlamağa məcbur deyiləm”...

28.08.2026 / 08:43
Sankt-Peterburqda bombalı hücum - Rusiya HHQ-nin zabiti öldürüldü...

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ